Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə107/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Nüvə zədələnməsi ocağı
Nüvə zədələnməsi ocağı
nüvə partlayışının zədələyici amilləri nəti cəsində 
saysız-hesabsız binalar, qurğular dağılan, yanğınlar və radioaktiv zəhərlənmə 
baş verən ərazidir. Burada mü hafizə olunmayan əhali kütləvi surətdə zədələnə 
bilər. 
Nüvə zədələnməsi ocağının ölçüləri, burada dağıntıların nəti cəsi və tələfat – 
nüvə sursatının gücü, partlayışın növü, yaşayış məntəqəsindəki tikililərin xüsu-
siyyətləri, yerin relyefi və s. faktorlardan asılı olur.
Dağıntıların ehtimal olunan xarakterini, aparılacaq xilasetmə işlərinin həc-
mini və şəraitini müəyyən etmək məqsədilə nüvə zədələnməsi ocağını dörd 
zonaya – tam, güclü, orta və zəif dağıntılar zonasına ayırırlar. 
Zədələnmə ocağı sahəsinin 13%-ni tam, 10%-ni güclü, 15%-ni orta, 62%-ni 
zəif dağıntılar zonası təşkil edir.
Bu zonalarda görüləcək xilasetmə işləri: 
Zədələnmə sahəsi
Layih
ə


160
Tam dağıntılar zonasında
– xilasetmə işləri aparılacaq sahələrə keçid yolu 
düzəltmək və oradakı yanğını söndürmək; uçqun altında qalmış sığınacaq 
və daldalanacağa hava keçməsini təmin etmək; oradan insanları çıxarmaq, 
onlara tibbi yardım göstərmək və s.
Güclü dağıntılar zonasında
– yanğını söndürmək, uçqunlar altında və yanan 
binalarda qalan insanları xilas etmək; uçqun altında qalan sığınacaqları 
açmaq, oraya hava vermək; xilasetmə işlərinə təhlükə törədən zədələnmiş 
binaları və qurğuları dağıtmaq və s.
Orta dərəcəli dağıntılar zonasında
– güclü yanğınları söndürmək; mühafizə 
qurğularının çıxış yerlərini açmaq, buradan və yanan binalardan insanları 
xilas etmək və s.
Zəif dağıntılar zonasında
– ayrı-ayrı yanğınları söndürmək; yanan binalardan 
insanları xilas etmək, tibbi yardım göstərmək və s. 
Radioaktiv zəhərlənmə zonalarında görülən tədbirlər.
Burada radiasiyanın 
səviyyəsini müəyyən etmək üçün kəşfiyyat işləri aparılır, xəstəlik və ölümün 
sayı hesablanır, görüləcək işlərin (
baytar emalı, heyvanların müalicəsi və ya 
məhv edilməsi, tikilinin, yemin, suyun dezaktiva si yası və s.)
həcmi müəyyən 
edilir. Radioaktiv zəhərlənmə zonasında heyvan ların mühafizə və saxlanma 
rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin