27. XİLASETMƏ TƏDBİRLƏRİ ZAMANI ƏHALİNİN HƏRƏKƏTLƏRİ
Dünyada həm təbii fəlakətlərin, həm də texnogen qəzaların artdığı bir
zamanda fövqəladə halların qarşısının alınması,
baş verə biləcək hadisə lər
zamanı təhlükəsizliyin təmin olunması hamını düşündürən mövzu olmalıdır.
Hər bir vətəndaş özünü,
ailəsini müdafiə etməyi, digər insan lara yardım
göstərməyi bacarmalıdır. Bu məqsədlə əhalidə qəza və fəla kətlər zamanı qa-
baqlayıcı tədbirlərdə iştirak etmək və səriştəli davran maq vərdişlərinin for-
malaşdırılması olduqca əhəmiyyətlidir.
Fövqəladə hallar üçün müəyyən olunmuş qaydalara biganəlik nə ilə
nəticələnə bilər?
Xilasetmə işləri aşağıdakıları əhatə edir:
X
hərəkət marşrutlarında və iş sahələrində (
obyektlərində)
yanğınların
məhdudlaşdırılması və söndürülməsi;
X
zədələnmiş adamların axtarılması və onların uçqunlar altından, da-
ğılan və yanan binalardan, qaz, su və tüstü ilə dolmuş otaqlardan
çıxarılması;
X
uçmuş və zədələnmiş mühafizə qurğularının açılması, oradan insan-
ların
xilas edilməsi;
X
uçqunlar altında qalmış və süzücü-havalandırma sistemi zədələn-
miş mühafizə qurğularına
hava verilməsi;
X
zədələnmiş adamlara ilk tibbi yardım və ilk həkim yardımı göstəril-
məsi, onların müalicə müəssisələrinə köçürülməsi;
X
əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara çıxarılması;
X
əhalinin sanitar təmizlənməsi, paltarların, texnikanın, nəqliyyatın, mü -
ha fizə vasitələrinin, ərazinin, qurğuların, habelə ərzaq məhsulla rının
və suyun zərərsizləşdirilməsi.
156
Layih
ə
157
Fövqəladə hallar zamanı ailənizin təhlükəsizliyini
təmin etmək və təşvişin
qarşısını almaq məqsədilə ailə üçün plan hazırlanması tövsiyə olunur.
Dostları ilə paylaş: