153
Sürüşmə
Torpaq sürüşmələri
geoloji fəlakətlərin ən təhlükəli
növlərindən biri olub
təsərrüfatlara, tikililərə, ətraf mühitə böyük zərər verir, itkilərə səbəb olur. Əsas
zədələyici faktorları hərəkət edən dağ süxurlarıdır. Onların təsiri nəticəsində
binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə massivləri süxur layları
ilə örtülür, çayların yataqlarının dəyişməsinə və çoxsaylı insan tələfatına səbəb
olur. Bir çox hallarda bu geoloji hadisələr dağlıq ərazidə yerüstü nəqliyyat üçün
təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, avtomobil yollarını dağıdır, elek-
trik
və rabitə xətlərini, neft kəmərlərini, yaşayış məntəqələrini sıradan çıxarır.
Sürüşmənin miqyası proses gedən sahə ilə xarakterizə olunur. Miqyasına
görə sürüşmələr
nəhəng
– 400
ha və daha çox,
çox böyük
– 200–400 ha,
böyük
– 100–200 ha,
orta
– 50–100 ha,
Dostları ilə paylaş: