193
Bunu bilmək vacibdir!
Xlorlu
əhəng suyu əlləri, qab-qacağı, otağı, ayaqyolunu və s. zərər siz-
ləşdirmək üçün 0,2–0,5 faiz, 2–3 faiz, 5–10 faiz su məhlulu halında və quru
halda işlədilir.
Xlorlu əhəngin 10 faizli durulaşdırılmamış məhlulunu hazırlamaq üçün
1 kq xlorlu əhəng və 10 litr (1 vedrə) su götürülür. Bu miqdardakı
xlorlu
əhəngə əvvəlcə azacıq su qatıb bütün kəsəklərini əzib xırdalayır və qalan
suyu tədricən əlavə edərək əhəngə qarışdırırlar. Belə məhlul hazır landıq dan
dərhal sonra işlədilir.
Xloraminin 0,2–0,5 faizli məhlulu damcılı yoluxma zamanı binaları dez in-
feksiya etmək, 0,2–3 faizli məhlulu bağırsaq yoluxmaları zamanı alt pal tar-
larını yumazdan əvvəl islatmaq üçün işlədilir.
Lizol 3–5 faizli məhlul halında maye ifrazatları, binaları, dəri və rezin mə-
mulatları, ayaqqabıları,
əlləri zərərsizləşdirmək, alt və üst paltarlarını islat-
maq üçündür.
Formalin formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya kamera-
larında dəri və xəz əşyaları zərərsizləşdirmək üçün işlədilir.
Dezaktivasiya
Dezaktivasiya qurğulardan, binalardan, paltarlardan, sudan, qida məhsul la-
rın dan və s.-dən radioaktiv maddələrin təmizlənməsidir.
Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra dərhal radioaktiv tozu kə-
nar etmək lazımdır. İnsan bədənindən radioaktiv
maddələrin kənar edilməsi
sani tar təmizlənmə ilə həyata keçirilir. Paltarların ən sadə dezaktivasiya yolu
sil kələmə, tozu çırpma, tozsoranla təmizləmə, bu üsulların az effektliliyi za manı
yuyucu vasitələrlə xüsusi camaşırxanalarda yuyulmadır. Suyun dezakti vasiyası
üçün bioloji süzgəclərdən istifadə olunur. Yaxşı qablaşdırılmış məhsul ların de-
zaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezak tiva siyası
üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları
məhv edirlər.
Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət
dozimetrik və radiometrik
cihazlarla yerinə yetirilir.
Layih
ə