Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə124/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Fərdi dərman qutusu
Fərdi dərman qutusunun içərisində yanıqlar, yaralanmalar zamanı (
ağrını 
aradan qaldırmaq məqsədilə
) öz-özünə və qarşılıqlı yardım üçün lazım olan, 
radio aktiv, zəhərli və qəza təhlükəli kimyəvi maddələrin təsirini azaltmaq
aradan qaldırmaq və yoluxucu xəstəliklərin qarşısının alınması üçün lazım olan 
vasi tələr olur.
Fərdi dərman qutusu yuvacıqlara malik, 90 × 100 × 20 mm ölçüdə, 130 qr 
çə kiyə malik plastmas qutudur. Havanın soyuq vaxtı maye halında olan dər man 
vasitələrinin donmaması üçün onu paltarın içəri cibində saxlamaq lazımdır. 
Dərman qutusunun yuvacıqlarında aşağıda göstərilən dərman vasitələri yer-
ləşdirilir: 
Yuvacıq №1.
Ağrıkəsici vasitə şpris-tübikdə hazır halda olur. Sınıqlar za-
manı, geniş sahəli yaralar və yanıqlarda istifadə edilir. Təcili hallarda inyeksi-
yanı paltarın üstündən də yeritmək olar.
Yuvacıq №2.
Zəhərlənməyə qarşı vasitə. Fosfor-üzvi zəhərləyici maddə-
lərlə zəhərlənmələr zamanı antidot istifadə olunur. Zəhərlənmə təhlükəsi ol-
duqda antidot qəbul edilir və bundan sonra əleyhqaz geyinilir.
Yuvacıq №3.
Bakteriyaya qarşı vasitə. Bu preparatdan radiasiyanın təsi rin-
dən yaranan mədə-bağırsaq pozuntularında, yoluxucu xəstəliklərin profilak tika-
sında istifadə edilir.
Yuvacıq №4.
Radiasiyaya qarşı vasitə. Radiasiya təhlükəsi olduqda qəbul 
edilir.
Yuvacıq №5.
Geniş təsir spektrli bakteriyaya qarşı vasitə. Yoluxucu xəstə-
liklərlə yoluxma təhlükəsi olduqda, yaxud yoluxma baş verdikdə, geniş ölçülü 
yanıq və yaralarda təcili profilaktik vasitə kimi istifadə olunur.
Təlimat üzrə qəbul etmək
Ağrıkəsici vasitə
Zəhərlənməyə qarşı vasitə
Bakteriyaya qarşı 
vasitə N 2
Radiasiyaya qarşı vasitə N1
Radiasiyaya qarşı 
vasitə N2
Qusmaya qarşı vasitə
Bakteriyaya qarşı vasitə N1
Layih
ə


188
Yuvacıq №6.
Radiasiyaya qarşı vasitə. Preparat atom elektrik stan siya-
larında baş verən qəzalardan sonra, radiasiyalı ərazidə otlayan inəyin təzə 
südündən içdikdə 10 gün müddətində qəbul olunur. Preparat orqanizmə südlə 
daxil olan radioaktiv yodun qalxanvarı vəz tərəfindən tutulmasının qarşısını alır.
Yuvacıq №7.
Qusmaya qarşı vasitə. Başda olan zədələnmələr, beyin sil kə-
lənmələri zamanı, eyni zamanda radioaktiv şüalanma baş verdikdə qus ma nın 
profilaktikası məqsədilə istifadə olunur.
Fərdi dərman qutusunda ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı 
maddədir. Bu, ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədir. Bu həbləri 
şüalan madan 30-40 dəqiqə əvvəl qəbul etmək məsləhətdir.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin