Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə120/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

S
/
T
su
al ta
p
şırıq
1. 
Asudə vaxtınız səmərəli təşkil olunubmu?
2. Yoluxucu xəstəliklər, yoluxma mənbələri və bu xəstəliklərə yo luxmamaq 
üçün vacib olan tədbirlərlə tanışsınızmı? Fikrinizi əsaslan dırın.
3. Sağlam həyat tərzinin formalaşmasında müəllimlərin və valideyn lərin şəxsi 
nümunələrini şərh edin.
4. Siqaret çəkmənin, narkomaniyanın, spirtli içki qəbul etmənin orqa nizmə 
vurduğu ziyan haqqında təqdimat hazırlayın. 
5. Mobil telefonların, kompüterlərin və oturaq həyat tərzinin sağlam lığa mənfi 
təsiri haqqında təqdimat hazırlayın.
Layih
ə


179
32. FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI İLK TİBBİ YARDIM
Hər hansı fövqəladə hadisə zamanı zərər çəkmiş şəxsin həyatını xilas 
etmək və sağlamlığının bərpası üçün ona göstərilmiş ilk tibbi yardımın böyük 
əhəmiyyəti var. Hadisə yerində bəzi tədbirləri yubanmadan həyata keçirməklə 
ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.
Fövqəladə hallar zamanı ilk tibbi yardım hansı bilikləri zəruri edir?
İstənilən vaxtda və məkanda baş verə biləcək fövqəladə hadisə zamanı 
yaxınlıqda tibb işçisi olmaya bilər və bu vaxt digər şəxslər zərərçəkmişə ilk 
yardım göstərməyə borcludurlar. Özünü itirmək və bacarıqsızlıq zərərçəkmişin 
vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə hər kəs ilk tibbi yardım qayda-
larını öyrənməli və ehtiyac olduqda həkim gələnə qədər yerinə yetirməlidir.
Təbii fəlakət zamanı insanlarda düşüncə və davranış dəyişikliyi, həyəcan, 
depressiya, əsəbilik, ağlama, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inam-
sızlıq, yardım qəbul etməmək və s. hallar yaşanır. Bunların baş verməməsi 
üçün hər kəsin maariflənməsi, müxtəlif fövqəladə hadisələrə əvvəlcədən hazır 
olması vacibdir. Fəlakət zonasına düşmüş şəxs özünü ələ almalı və təmkinli 
olmağa çalışmalıdır.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin