174
31. SAĞLAMLIĞIN MÜHAFİZƏSİ
Sağlam həyat tərzinin formalaşdırılmasında insanın sağlamlığına müsbət
təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın və
idmanla məşğul olmağın təsiri böyükdür.
Sağlam həyat tərzini hansı amillər şərtləndirir?
Hörmətli gənclər, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu), hemo-
filiya, talassemiya, narkomaniya, alkoqolizm, xərçəng və s. xəstəliklərin geniş
yayıldığı bir dövrdə yaşayırıq. Sağlamlıq haqqında biliklərə yiyələnmək və bu
biliklərə riayət etmək hər kəsin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi
hər
bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.
Məktəblilərdə onun formalaşmasında valideynlərin və müəllimlərin şəxsi nümu-
nəsi xüsusi rol oynayır.
Siz Həyat bilgisi,
Biologiya, Çağırışaqədərki hazırlıq fənlərini öyrənər kən
ekoloji biliklərə yiyələnməklə yanaşı, ekoloji təfəkkür və mədəniyyətə malik şəx-
siyyət kimi də formalaşırsınız. Asudə vaxtınızın səmərəli təşkili sizi zərərli vər-
dişlərdən çəkindirir, sağlam həyat tərzinə meyilləndirir. Ətraf mühitin qayğı sına
qaldıqca öz fiziki və mənəvi sağlamlığınız barədə də düşünürsünüz.
Zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, yanğın, eləcə də digər təbii fəla kət lər
zamanı davranış və xilasolma qaydaları ilə tanış oldunuz. Təbii fəlakət zamanı
Layih
ə
175
insanların ilk yardıma nə qədər ehtiyacı olduğunu və bu yardımın onlar üçün nə
qədər önəm daşıdığını da artıq bilirsiniz. İndi isə təbii fəlakət zamanı zərər çə-
kən insanların
xilas edilməsi, onlara yardım göstərilməsi kimi vərdişlərə yiyə-
lənməyin əsl vaxtıdır.
Oxuduğunuz təhsil müəssisəsində təşkil edilmiş
ekoloji lövhələrdən yolu-
xucu xəstəliklər, yoluxma mənbələri və bu xəstəliklərə yoluxmamaq üçün pro-
filaktik tədbirlərlə tanış olmalısınız.
Dostları ilə paylaş: