79
12. ATICI SİLAHLARLA ATIŞ QAYDALARI
Yəqin ki, hər biriniz müxtəlif silahlar görmüş və onların atışını izləmisiniz.İlk atışda
hədəfi vurmaq heç də asan deyildir. Buna nail olmaq üçün düzgün nişanalmanı
öyrənmək lazımdır.
Düzgün nişanalmanı necə təsəvvür edirsiniz?
Atışa düzgün hazırlaşdıqda silahın sabitliyi təmin edilir. Bu da, öz növ bə-
sində, atışın dəqiqliyinə təsir göstərir.
Atışa hazırlaşmaq atış üçün vəziyyətin alınmasından, silahın doldurul ma-
sından və silahın qundağını çiyinə dayamaqdan ibarətdir.
Avtomatı hədəfə düzgün tuşlamaq üçün onu sol əl ilə lülə yatağından,
yaxud maqazindən, sağ əl ilə isə tapança dəstəyindən tutmaq, hədəfi gözdən
qoyma dan qundağı çiyinə dayamaq, sağ əlin işarət barmağını
tətiyin üzərinə
qoymaq lazımdır.
Müxtəlif vəziyyətdən atəş açmaq üçün vəziyyət
atışa
hazırlaşma
nişanalma
Atıcı silahlardan atış qaydaları
tənəffüsün
düzgün
təşkili
tətiyin çəkilməsi
Layih
ə
80
Başı azacıq irəli əymək və sağ yanağı qundağa yüngülcə söykəmək gərək-
dir. Bu vaxt sağ göz nişangah səviyyəsində ondan 25–30 sm, yaxud elə məsa-
fədə olmalıdır ki, atıcı nişangahın gəzini və arpacığını həmişə aydın görə bilsin.
Qundağın arxa tərəfinin mərkəzi hissəsi çiyinə bərk sıxılmış vəziyyətdə olmalıdır.
Atıcı münasib vəziyyət almaq
üçün gövdəsini azca irəli, yaxud geri əyir.
Düzgün tuşlama atıcının gövdəsinin, ayaqlarının, əllərinin və başının vəziyyə-
tindən asılıdır. Silahın sabitliyi isə,
öz növbəsində, düzgün tuşlamadan
asılıdır. Bunu yoxlamaq üçün tuşla-
madan
sonra sağ əli çiyin bərabə-
rində kənara qaldırmaq lazımdır.
Əgər qundaq çiyinə düzgün və bərk
sıxılmayıbsa, əl qalx dıqda o, yuxarı
və ya aşağı sürüşəcək.
Bütün atış boyu silahın tuşlanmasını və atışa hazırlığını eyni cür saxlamaq
üçün silahın hədəfə tuşlanmasının əvvəlki vəziyyətini əllərin deyil, gövdənin
tərpədilməsi hesabına təmin etmək lazımdır. Əgər silah aşağı tuşlanıbsa, göv-
dəni arxaya; yuxarı tuşlanıbsa, irəli əymək lazımdır.
Dəqiq nişan
almaq üçün sol gözü yummaq, sağla nişangahın gəzindən
arpa cığa elə baxmaq la zım dır ki, o, gəzin tən orta sında, hün dürlüyü isə nişan-
gahın hün dürlüyündə olsun.
Belə nişanalma
Dostları ilə paylaş: