124
Xüsusiyyətlərindən asılı olaraq
mülki müdafiənin əsas vəzifələri:
X
Obyektdə işləyənləri və onların ailə üzvlərini qəzaların,
təbii fəla kət-
lərin nəticələrindən mühafizə etmək. Bu məqsədlə kollektiv və fərdi
mühafizə vasitələri ehtiyatları yaratmaq, köçürmə təd birlərini planlaş
-
dırmaq və vaxtında
yerinə yetirmək;
X
Fövqəladə hallarda obyektdə işin fasiləsizliyini təmin etmək üçün təd
-
birlər hazırlamaq və həyata keçirmək;
X
Obyektdə qəzaların və təbii fəlakətlərin nəticələrini aradan qal dı rar-
kən xilasetmə
işlərini yerinə yetirmək;
X
Obyektdəki ərzaq mallarını, kənd təsərrüfatı heyvanlarını, su mən-
bələrini,
radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmədən qorumaq;
X
Düşmən hücumu təhlükəsi, müasir qırğın silahlarının işlədil məsi, qə
-
zaların, təbii fəlakətlərin nəticələri haqqında
əhalini xəbərdar etmək;
X
Fövqəladə hallar yaranarkən fəaliyyət göstərmək üçün mülki müdafiə
dəstələri yaratmaq, lazımi avadanlıqla təchiz etmək və işə hazırla
-
maq;
X
Obyektin bütün işçilərinə fövqəladə hallarda
mühafizə olunmaq və
fəaliyyət göstərmək üsullarını öyrətmək.
Obyektin rəhbəri mülki müdafiə rəisidir və bununla bağlı bütün tədbirlərin
vaxtında təşkil olunub yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
Obyektlərdə mühafizə və xilasetmə işləri görmək məqsədilə hərbiləşməmiş
mülki müdafiə manqaları təşkil edilir. Onlara ona görə hərbiləşməmiş dəstələr
deyilir ki, onlar obyektdə işləyənlərdən, yəni hərbi qulluqçu olmayan şəxslərdən
təşkil edilir. Ümumiyyətlə, mülki müdafiə manqalarına 18 yaşından 62 yaşı na dək
kişilər, 18 yaşından 55 yaşınadək qadınlar cəlb edilirlər. I və II qrup əlillər, hamilə
və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali
tibb təhsilli qadınlar mülki müdafiəyə cəlb olunmurlar.
Q
qadağa
Mülki müdafiə manqalarına cəlb edilmiş bütün vətəndaşlar bu
dəstələrin işində
(məş ğələlərdə, məşqlərdə, təlimlərdə) fəal iştirak etməyə borcludur. Bu tədbir
lərdə iştirak etməkdən heç kəs boyun qaçırma malıdır.
Layih
ə
125
Mülki müdafiə manqaları, adətən, işçilərin sayı 50 nəfərdən artıq olan ob-
yektlərdə yaradılır. Onların şəxsi heyəti komandirlərin rəhbərliyi altında xüsusi
proqramlar əsasında məşğələlər keçirməklə vəzifələrini öyrənirlər. Bu manqa-
lara cəlb edilib-edilmədiyindən asılı olmayaraq bütün vətəndaşlar mülki müda-
fiə işlərinin icrasına hazırlanırlar.
Dostları ilə paylaş: