Qilman eyvazov iNTİqam əSGƏrov


HƏRƏKƏT ZAMANI XƏRİTƏLƏRDƏN İSTİFADƏ



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə79/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

20. HƏRƏKƏT ZAMANI XƏRİTƏLƏRDƏN İSTİFADƏ
Hərəkət zamanı istiqamətin saxlanması, əsasən, xəritə üzrə səmt lən məyə hazırlıqdan 
asılıdır.
Yer səthində hərəkətə hazırlıq və hərəkət zamanı xəritə la zım dırmı?
Yer səthində hərəkətə hazırlıq zamanı və hərəkətdə olarkən aşağıdakı təd-
birlər həyata keçirilməli və qaydalara əməl olunmalıdır:
Yol boyu hərəkət
zamanı əvvəlcədən xəritə üzrə hərəkət marşrutu və 
marşrut boyu yolların xarakteristikası, yol boyu qurğular, yol ətrafındakı ori yen-
tirlər, cəhətlərə uyğun olaraq ümumi istiqamət, özünün və düşmənin və ziy yəti 
öyrənilir. 
Bundan sonra marşrut boyu yoxlama məqsədilə əsas oriyentirlər qeyd 
edilir. Bu halda dağılma təhlükəsi az olan obyektlər: yaşayış məntəqələri, yol 
kəsişmələri, daşdan tikililər, relyefin xarakterik formaları seçilməlidir. Oriyentir-
lərin seçilməsi ilə yanaşı, onların arasındakı məsafələr ölçülür və qeyd edilir. 
Sonra marşrut boyu ümumi məsafə hesablanır. Marşrutun seçilməsində ən 
vacib işlərdən biri yol kəsişmələrinə diqqət yetirməkdir ki, bu da hərəkət zamanı 
istiqamətin düzgün seçilməsinə şərait yaradır. Hərəkət zamanı müntəzəm ola-
raq oriyentirlərin düzgünlüyü – ardıcıllığı yoxlanılır. Meşədə və oriyentiri az olan 
ərazilərdə vaxtı qeyd etməklə hərəkət sürətinə görə olduğun yeri təyin etmək 
olar.
Yolsuzluq şəraitində hərəkət
edərkən əvvəlcə xəritədə marşrutu qeyd 
edib əsas döngələri işarələyir və oriyentirləri seçirlər. Bu halda üstünlük düz-
xətli oriyentirlərə verilir. Məsələn, rabitə xətləri, xəndəklər, meşə kənarı və s. 
rəngli karandaşla marşrut cızılır və oriyentirlər qeyd edilir. Oriyen tir lərin az 
olduğu, görünmənin məhdud olduğu sahələrdə azimutla hərəkət etmək olar. 
Hərəkət zamanı oriyentirlər tez-tez yer səthi ilə tutuşdurulur. Xəritə daima göz 
önündə olmalıdır.
Meşədə hərəkət
edərkən kompasdan istifadə edilir, yəni azi mut lar üzrə 
hərə kət xəritə üzərində hazırlanır. Bu zaman meşə yol ları, tala lar, relyefin xa-
rakterik formaları, göllər və s. istifadə oluna bilər. Hərə kət za manı ölçmə işləri 
aparılır və məsafələr qeyd edilir. 

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin