21. Darıx-an-tik
Bu kömürgözlü gecə borc kimi ağır
küçəyə yağış yağır.
Binalar yuyunur, ağaclar su içir.
Adamın ağlından min fikir keçir...
Saat üç tamam.
qonşunu oyadıb soruşmaq istəyir adam:
bəlkə, bir az hənirtiniz ola?
109
22.Çarəsizlik
Danışdıqca adamlar
ağızlarından töküldülər,
çilikləndilər.
göründü sözlərinin altından
içlərindəki diktator,
qəlblərindəki bölgü.
ürəkləri yaltaqlığa döyündü,
sözlər boylarını
daha dəqiq göstərdi şəxsiyyət vəsiqəsindən.
Susdum.
Siqareti siqaretə caladım,
tüstü uddum, tüstüsüz yandım
adamlar danışdıqca.
110
Danışdıqca adamlar
yetimin tapdığı çörək kimi
didildim, parçalandım.
Söz-söz böyüdüm,
Cümlə-cümlə yaşlandım.
Gözlərimi yummağa,
əllərimi qulağıma tıxmağa utandım.
Yapmacıq gülüşlərlə gülümsündüm.
Susmağın yalanını danışdım.
Gülümsünən sükutuma baxıb
danışdılar adamlar.
Çıxıb gedə bilmədim.
Axı kimsəm yoxuydu onlardan başqa...
111
NO COMMENT
112
113
1. Yalan
Əsir düşüb
susuzluqdan ölən əsgərin
evdən çıxanda dalınca su atmışdılar.
Onu aldatmışdılar...
114
2. Analiz
Adamlar,
səhər acqarına
bir kibrit qutusu ürək verin analizə.
Görəcəksiz ki,
günahınızın atası şeytandı.
Görəcəksiz ki,
siz günaha hamiləsiz...
Ağaclar,
səhər acqarına
bir kibrit qutusu yarpaq verin analizə.
Görəcəksiz ki,
yarpaqlarınızın atası buluddu.
Görəcəksiz ki,
siz ucalığa hamiləsiniz...
115
Dənizlər,
səhər acqarına
bir kibrit qutusu mavilik verin analizə.
Görəcəksiz ki,
maviliyin atası səmadı.
Görəcəksiz ki,
siz qağayılara hamiləsiniz.
Şairlər,
səhər acqarına
bir kibrit qutusu SÖZ verin analizə.
Görəcəksiz ki,
ALLAH var.
Görəcəksiz ki,
Hər şey dəqiqdi, düzdü.
Görəcəksiz ki,
dünya SÖZDÜ...
116
3. Qorxu
Olacaq, olacaq onsuz da olacaq
Hamı öləcək.
Hamı biləcək hər şeyi...
Elə buna görə də
məni daha
nə yaslardakı samovar çayı,
nə halva, nə dovğa
mərhum arxasınca
başlanan mübahisə, qovğa maraqlandırmır.
Məni daha nə məzarlıq,
nə də torpaq qorxudur.
Məni bu dünyada bir gün
şeirsiz, dostlarsız,
sevgisiz qalmaq qorxudur...
İlahi, şükür bu uzun, bəstəboy
117
eynəkli, eynəksiz,
ürəkli, ürəksiz,
kök, arıq dostların varlığına, şükür!
gedənlərin qoyduqlarına,
qalanların sağlığına şükür!
118
4. Edison üçün silsilə
(A) Nəsə elə...
Kompyuter yanında kaktus kimisənsə çoxdandı,
telefonun susursa Qraham Belin səsiylə,
teleseriallar ağlada bilmirsə daha
saatlı bomba ürəyilə döyünürsə
divar saatında vaxt
darıxma, sıxılma, üzülmə...
nəsə elə, dostum, nəsə elə...
pəncərələri aç, pəncərələri
burax günəş ayaqqabılı keçsin içəri
pencəyini küləyə bağışla
çətirini yağışa...
119
sərçələrin səsi öpsün divarların dodaqlarını,
uşaqların gülüşü öpsün.
Bu gün yeməyi özün qızdır,
çayı özün dəmlə
ütünü köynəyin bağrına özün sıx bu dəfə,
səninlə getsin bu dəfə ütü
şalvarın ayağına düşməyə...
Gülümsə hamıya, gülümsə!
Darıxma, sıxılma, üzülmə...
Bir şeir yaz, əzbərlə,
dənizə get,
şeir pıçılda dənizin qulağına, şeir pıçılda...
Hərəniz bir siqaret yandırın
sən və dəniz.
Sən burnundan burax tüstünü,
dəniz uzaqlardakı gəmilərin borularından.
işığında şeir yazmağa bir-iki ulduz al gecədən.
Bir mahnı saxla həmişə dilinin altında
zümzümə elə,
gülünməmiş lətifələr tap dostlarınla gülməyə.
Nəsə elə dostum, nəsə elə...
Darıxma, sıxılma, üzülmə...
120
(B) Şükranlıq
Səlim Babullaoğluna
Əlləri kirli
çəkməsi toz
gecəsi, gündüzü bomboz bu şəhərdə
səni anlayan olmasa da
o məlum ünvanda
ventilyatorun yanındakı masada
bir Bakı gecəsində
bir iftar süfrəsində
istiqanlı, ağzıdualı bir stəkan suyu,
qəhvəyi gözlü bir xurmanı,
sarı saçlı, mübarək üzlü bir çörəyi bölmək varsa
günəş varsa, dostlar varsa, gülmək varsa
şükür olsun, şükür olsun, GÜLÜMSƏ!
darıxma ki, qüssələr var,
iztirablar var.
axı bu dünyada dostlar var,
kitablar var...
şükür olsun, axı hələ sağlar var,
axı hələ uşaqlar var...
axı hələ gəziləcək şəhərlər,
üzülməli mavi gözlü dənizlər,
qızınmalı sünbül saçlı günəş,
121
yazılmalı şeirlər,
içilməli çaylar,
bölünməli çörək var.
Axı hələ Sona var, Mübarək var.
Şükür ki, var, şükür ki, var, şükür ki...
Bu dünyada kədər qədər xeyir varsa,
Gözlərində işıq varsa,
ürəyində şeir varsa
sevgi varsa,
axmaqlarla, əclaflarla, avamlarla
küsüşdüyün, barışdığın adamlarla maraqlıdır
məncə həyat.
Maraqlıdır, maraqlıdır, maraqlıdır şükür ki...
Hər namazın səcdəsində
alnına nə yazılıbsa pak torpağa yaxınlaşar.
Ana torpaq öpər onda bir gün geri qayıdacaq
övladının alnındakı yazılanı.
Namaz bitər
ürəyində bahar olar,
görərsən ki, yanağında güllər açır.
Sən Tanrıya addım-addım yol gedərsən,
Görərsən o tərəfdən sənə tərəf qaçır Tanrı...
Şükür olsun, şükür olsun, min şükür!
122
(C) Dekabr səhərində ümid
Çöldə cilvələnərkən dekabr günəşi,
çıxıb getməyə yer varkən,
evdə oturmaq vasvası adamlar kimi
sevgi məcəlləsinə görə cinayət.
Dünya həbsxana zatən
qutu evlər içrə kibrit olmağa nə hacət.
Bu günəşdən od almaq,
yanmaq, alışmaq, sevmək...
İnsanları sev, dostum.
Siqaretini ver zibil qutuları çəksin,
Ayaqqabının öpüşü qalsın
yolların yanağında,
uşaqlardan bir çimdik oğurla,
göz vur bir gözələ dodaqları qaçsın.
Gözlərini yum, dərin bir nəfəs çək!
pıçılda ki, şükür sənə ilahi!
Dodaqları qaçan qızın dodaqlarına çatıb
götür dodaqlarını.
qayıt
de ki, buyurun dodaqlarınız.
Qıvırcıq saçları altında gizlənən qulağına
İki söz üfür: səni sevirəm.
123
Başını çəkmənə sürtən pişiyi oynat,
tüklərinin
ağlığına,
bozluğuna,
qaralığına,
sənin,
pişiyin,
dekabrın
birgəliyinə,
o saatın
o anına yaxşı bax!
Gözəldi, elədirmi?
Sevmək, dostum, sevmək...
Allahı, sevmək, Allahı...
124
5. Şillə
Ucuz, sığortasız bir qəbir qazın,
O qızın qəlbimi qırdığı yerdə.
Üstünə adicə bir cümlə yazın,
Bu oğlan ölməyib durduğu yerdə.
Qəlbini qırmadım ürəkqıranın,
Aldım salamını aravuranın,
Əli qırılaydı saat quranın,
Vaxtı sənsizliyə qurduğu yerdə.
Çıxırıq, sonuncu pillədi ölüm,
Şamda öləziyən şölədi ölüm,
Atadan övlada şillədi ölüm,
Gül bitər atanın vurduğu yerdə...
125
6. Üzü işığa
Solğun bənizimdə yox idi işıq,
Hər tərəf bir dəli zülmətdə idi.
Sənsiz hər nə varsa qatmaqarışıq,
Sənsiz hər nə varsa həsrətdə idi.
Qıfıllar qapıda toz bağlamışdı,
Cəftələr, elə bil, daş olmuşdular.
Baxışım tavanı qucaqlamışdı,
Gözlərim it kimi yorulmuşdular.
Sən uzaq gəzəndə könüldən, gözdən
Ürəklər hər şeyi boşlamışdılar.
Bir acı baxışdan, bir acı sözdən,
Adamlar ölməyə başlamışdılar.
126
Gecə istəmirdim səhər açılsın,
Ölmək istəyirdim yatdığım yerdə.
Deyirdim cəsədim qoy basdırılsın,
Hər səhər zibili atdığım yerdə.
Təkliklə yüklənmiş, dərdlə yüklənmiş
Hər şeyi bitirmiş bir adamıydım.
Saçları uzanmış, üzü tüklənmiş
Səsini itirmiş bir adamıydım.
Ölü siqaretlər, dolmuş külqabı
Qəzaya uğramış ev telefonu...
Ömür sualının buymuş cavabı,
Dünyanın sonuymuş ümidin sonu.
Günbəgün güzgüdə əksim itirdi,
Sakitcə ölürdü adamın biri...
İşıqsız ömrümə işıq gətirdi,
Ümid nə yaxşı ki, qayıtdı geri.
127
7. Döymək
Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.
Düşdü aralığa tətil – ayrılıq,
Dinamit ucunda fitil – ayrılıq,
Səssiz tapançayla qatil – ayrılıq,
Ümidin işini bitirdi, gəldi.
Mən cavan, can verən ümidim qoca…
Bir dostdan bir ümid istədim borca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi, gəldi.
128
8. Qış gecəsi – 2005
İşıqlar keçəndə qış gecələri,
Yorğanım soyuqdan tir-tir əsəndə.
Şaxtanı geyinmiş buz küçələri,
Dostlarsız gəzəndə, yalqız gəzəndə
Səni düşünürəm donmamaq üçün...
Səni düşünürəm, buzlar əriyir,
Göz yaşı tökməyə başlayır küçə.
Səni düşünürəm, qızlar əriyir,
Əriyir bu parkda hər şey bu gecə.
Bir günə saçları ağarmış parkda,
Şaxta köynəyimdən, canımdan keçir,
Yolum kafelərin yanından keçir.
Çay içib qızınan adamlar olur,
129
Gözlərdə yaşamaq, sevmək həvəsi...
Qəfildən nəfəs tək içimə dolur,
Kafedən küçəyə axan qız səsi.
Bu kimdir oxuyan sənin səsinlə?
Bu səsdə mən səni tapıb, gedirəm.
Açıq kafelərin pəncərəsindən,
İsti bir hərarət qapıb, gedirəm.
Şirin gülüşlərdən, haydan-haraydan
Kafedən görünən yarımçıq aydan,
Bir az masadakı qəhvədən, çaydan,
Bir az siqaretdən dartıb gedirəm...
Əllərim titrəyir, yaman titrəyir...
Səni düşünəndə qızışır içim,
onda gərək olmur siqaret çəkib,
yoxsul kafelərdə isti çay içim...
Səni düşünəndə vulkan oluram,
Ən məğlubedilməz insan oluram.
Onda bilirəm ki, dəyərin nədir
Onda bilirəm ki, işsiz olmağım,
Həyatın içimdə dərd tikməyi də,
Metronun həddindən artıq dolmağı,
Elə avtobusun gecikməyi də
Hamısı, hamısı bəhanələrdi
Çünki sən yanımda deyilsən mənim...
130
9. Şaxta babanı gözləmək
Qara bəxtimizə qar da yağmadı,
Təqvim təzələndi, biz köhnə qaldıq.
Saat on ikidə heç nə olmadı,
Fişənglər atdılar, yenə qocaldıq...
On iki. Yeni il. Bitdi. Bu da son...
Tullanıb-düşdük ki, il təzə ildi.
Təbrikdən yoruldu yazıq telefon,
Yenə keçənilki mesajlar gəldi...
Bu il də eyniydi toyuğun dadı,
Acıydı araqlar, acı, yenə də.
“Kədər ayağımın tozu olmadı,
Sevinc də başımın tacı yenə də... “
131
Saat on ikidə eyvanda durduq,
Şəhrə qar yerinə fişənglər yağdı...
Biz “yolka” qurmadıq laqeyid olduq,
Guya ki, qursaydıq nə olacaqdı?
Yüngül mahnılardan, boş zarafatdan –
Bezdim. Bu kanallar düzələn deyil.
Əqrəblər asıldı qaldı saatdan,
Köhnə arzularla gəldi təzə il...
Keçdik növbəti il, növbəti günə
İllər də, günlər də hamısı əkiz.
On iki... əqrəblər qovuşdu yenə,
Ən xırda ümidə qovuşmadıq biz.
Bu il də arzumun üzü gülmədi,
Bu il də çıxmadı arzum ağ günə.
Bakını axtardı tapa bilmədi,
Bu il Şaxta baba gəlmədi yenə...
132
10. Qar
* * ** *
*
* * * * * * *
* *
* * * * * * *
* * ** * * *
* *
* * * * * *
Bir Pam*uk rom*anın*dan * * *
* *
şe*ir ayaqlı qa*r yağı*r şəh*ərə. * * *
* *
* * * * * *
Küç*ə fən*ərinin eynə*yi torla*nır...* *
133
*
* * * * * *
* * *
*Düny*asa yen*ə sərxo*şdu,* *
Ba**şı* fır*lanır...* * *
*
* * * * * *
* *
Bi*z kü*çələr*in b*uzdola*bına atı*lmış ada*mla*r
* * *
*əlc*əkləri*miz*ə əl ge*yin*mişi*k,* * *
* * *
Şa*rfım*ıza boğ*az ba*ğlamı*şıq. * *
* * *
S*axla*mışıq* təbi*ətlə da*vamızı* *
* * *
*İn*di ş*əhər ö*zü bo*yda təs*lim bayra*ğıdı.*
* * * *
* * * * * * * * *
* *
Çör*ək düka*nları*nı nənə*mə bən*zədi*b qar*
İşıq*lı*, ə*tirli v*ə saç*ları tə*başir...* *
* * *
* * * * * * * * *
* * *
Ha*rda*sa bir* qar*ğa “qa*rrrr” e*ləy*ir * *
* * *
134
E*lə b*il, p*əlt*ək b*ir u*şağ*ın * * *
* *
*ağ*zın*ı əy*ir.* * * * * *
* *
M*ən Sü*leym*an ol*madı*ğımı* bi*lir*əm * *
* * * *
*qa*rğa* di*limi*zi ha*rdan* bi*lir *???* * * *
* * *
* * * * * * * * *
*
B*ir uş*aq bulu*dları vu*rmaq is*təyir
qa*rtopuyla*** * * * *
təkə*mse*yrək bul*udla*rı. * * * *
*
Tu*m kimi xır*da gözl*əri va*r,* * *
* *
Batı*q ovu*rdları*. * * * * *
*
Bay*aq*kı qar*ğa qarı*lda*yır ye*nə* *
* *
Uşağ*ın ata*sı kiş*ilənir *: * * *
* *
“öz* başı*nı yeyə*sən*...” * * * * *
*
*At*ası*nın y*aşı* ot*uz* * * *
* *
“*merse*des”i* də v*ar, bı*ğl*arı d*a. *
135
* * * *
üstəl*ik adı İs*may*ıldı.* * * *
* *
Şa*h o*ğlu şah*dı. * * * * *
* *
Xoşbaxt*dı. * * * * *
* *
Mə*n or*dan uzaq*laşı*ram,* * *
* * *
*vax*tdı.* * * * * *
* * *
* * * ** * * * ** *
* * *
* * * ** *
* * *
Şax*ta öp*ür üzü*mdən* * * * *
* * *
Ma*rç-mar*ç * * * * *
* * * *
Ad*dım*larımı*n dilin*də ey*ni nəğ*mə :* *
* * * * *
xa*rç*-xa*rç. * * * * * *
* * * *
* ** * * * * * *
* * * *
N*ə qə*ribə*di q*ar!* * * * *
* * * *
136
Bi*lmi*rsən* * * * * * *
* * * * * * * *
şə*h*ər gə*lin*lik ge*yin*ib, * * * *
* * * .* *
yo*xsa* kəf*ən?* * * * *
* * *
* * * * * * *
* * * *
... *qar*dan* ada*m düzəl*dir u*şaq*lar* * *
* * * *
əri**yəcə**k, *əfsus.* * * * * * *
* * * *
137
11. Axtarış
Hərdən qalib olursan,
Söz güləşdirməyin yunan-roma növündə.
Qoç bürcünü yamsılayır baxışların,
əllərin göyərçinləri bir az...
sözlərinlə çarmıxlayırsan məni
gecənin divarına.
Mel Gibsondan xəbərsiz bir filmdə
İsanı oynayıram,
plastik zəncirlər içində Prometey oluram
universitet tiyatrosunda.
Səni istəyirəm, səni axtarıram
altından xətt çəkilmiş kitab cümlələrində.
138
Sənsə elə burdasan, bax burda
Sol tərəfimdə, 288 nömrəli avtobusda,
işdə, yolda, güzgüdə,
“Prins” şadlıq sarayına qonşu bir evdə
və həm də bunların hamısında,
heç birində.
Gecələr,
bəzi gecələr
məni bıçaqlayır
dodağından çıxan
qara maskalı cümlələr.
Axşam xəbərlərində adım “mərhum” sözündən
sonra...
Şahid kimi dindirilən qapılar danışıblar: “
Xəbərimiz yoxdu”.
Polis iki vergül tapıb, bir də nida
Və belə təsbit edilib cinayət silahı:
“Səsboğucu taxılmış son model ƏLVİDA“.
İndi mənim üzümdə göz,
sinəmdə söz izi var.
İndi nə bilsinlər kim necə baxıb,
İndi nə bilsinlər söz kimdən çıxıb,
Nə bilsinlər sən hardasan?
Sənsə elə burdasan, bax burda
288 nömrəli avtobusda, “Karl Marks” küçəsində,
139
tədbirdə, marketdə, internetdə, atanın evində
və əlbəttə, bunların hamısında
və əlbəttə, bunların heç birində.
Mən səni sevdim,
çünki bezmişəm ürəyin
həbs-müvəqqəti imkan tədbirlərindən...
çünki küçələrin adamsız vaxtı
ulduzları parıldadana,
fikrimizi quş kimi qanadlı qılana,
həmişə olacaq olana inanıram.
çünki sənin gözlərin dənizdi,
çünki mən balıqlar bürcündə çırpınıram...
|