Qismət meqapolis hüznləRİ



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix25.04.2017
ölçüsü2,11 Kb.
#15738
1   2   3   4   5

 
 
 
 
 
 
 
 
 
 
12. Eros üçün 
 
Sən gəlib çatanda getmişdi hamı, 
Qaldıq ikilikdə, qaldıq azlıqda. 
Köhnə öpüşlərin o şirin tamı, 
İçimi göynətdi çıxılmazlıqda. 
 
Otaq geniş idi, zaman darıydı, 
Bir az sərxoşuydum, bir az dəliydim... 
Soldakı gözündə “gəldim” varıydı, 
Sağdakı gözündə “gəlməməliydim”. 
 
Sürüşüb ayaqlar altına düşdü, 
Ürəyin, əllərin, tərəddüdlərin. 
Sonra gözlərindən utanc sürüşdü, 
Sonrasa köynəyin, şalvarın  sənin... 
 

 
141
Susdu maşın səsi, lal oldu küçə, 
Günəş ayrı yerə doğdu özünü. 
Ulduz gözlərini bərəltdi gecə, 
Divarlar utanıb yumdu gözünü. 
 
Sonra zaman keçdi, saatlar ötdü, 
Yorulduq, dayandıq, oğrunca güldük. 
Dəli bir məhəbbət oyunu bitdi, 
Bir az razı qaldıq, bir az üzüldük... 
 
Otaq geniş idi, zaman darıydı, 
Güldüm, alnındakı tərini sildim. 
Soldakı gözündə “gəldim” varıydı, 
Sağdakı gözündə “yaxşı ki, gəldim”. 
 

 
142
 
 
 
 
 
 
 
 
 
 
13. Tənbəlin şeri 
 
Nikotinli  dodaqlarla 
axmaq  zarafatlara  gülümsəmək, 
eynəkli  gözlərlə   
ağlamaq  adamların  təkliyinə... 
bir  az  dəyişmək  lazımdı 
 
Eyni  kafedə 
dünənki  kimi   ümidlənmək  nəyəsə... 
dünənki üzlə gülmək, 
dünənki dişlərlə yemək
vaxt öldürmək dünənki cümlələrlə 
sonda eyni sözü demək: 
bir  işə  girişmək  lazımdı... 
 

 
143
 
 
 
 
 
 
 
 
 
 
14. Blok 
 
Kilidləmək  hər  şeyi... 
Eskalatorun  dibinə 
basdırılmış  qadının 
gözlərindəki  yorğunluğu,   
ümidsizliyi, kədəri. 
İllərdi  çayı  şəkərsiz içənlərin  
qonşularının  qanında  tapılan  şəkəri   kilidləmək. 
 
Kilidləmək  hər  şeyi... 
ərsiz  və  ümidsiz 
qadının  ikinəfərlik 
yatağının boş  yerini. 
Qaz, su, işıq  pulundan   
qaçan  kişilərin  qüssəsini  kilidləmək... 
 

 
144
Bir  azdan  aldanacaq  
və  bir  azdan  qadın  olacaq 
qızın  qızlığını, 
yalqızlıqdan  şerə hamilə  şairin 
şeirdən  öncəki  şeir  boyda  yalqızlığını  
kilidləmək... 
   
Sonra  bütün  kilidlərə   
bir  kilid  vurub  
tolazlamaq dənizə. 
 

 
145
 
 
 
 
 
 
 
 
 
 
15. Şablon bir ayrılıq 
 
Günü  bu  gün 
hansısa  küçədə, 
hansısa  qızla 
nə  cürsə  tanış  olmalı. 
 
O  qızla   
nəyəsə  görə  bir-birimizi  sevməli
nə  cürsə  sevirəm  deməli, 
haralardasa  gəzməli, 
hansısa  bir  yerdə, 
hansısa  adi  bəhanəylə  bir-birimizə sarılmalı. 
 
Günü  sabah 
kiminsə  sözünə  inanıb, 
nədə  isə  bir  şübhə  tapıb, 

 
146
bir-birimizə  söz  atıb, 
özlüyümüzdə  düşünərək  ki, 
bu  eşqin  sonu  çatıb 
küsüşüb  ayrılmalı. 
 

 
147
 
 
 
 
 
 
 
 
 
 
16. Gecə zəngləri 
 
Madam  ki, yığmısan  niyə  susursan? 
Dillən, ağzını  aç, danış,  nəsə  de. 
Bəxtin  var, dəstəkdə  məni tutmusan, 
Dəstəyi  asıram... Çalış  nəsə  de. 
 
Susursan... Arabir  nəfəs  alırsan, 
Səni  nəfəsindən  tanımaq  olmur. 
Əzizim, görünür  qız  xeylağısan, 
Yəqin, utancaqsan  qınamaq  olmur. 
 
“Əzizim” – deyirəm,  əzizimmisən? 
Bu  söz  dodağıma  hardan  yapışdı... 
Sən Allah, de görüm,  nəçisən, kimsən? 
Elə  bil,  susmağın  mənə  tanışdı. 
 

 
148
Yoruldum, qurtaraq  bu  oyunu,  kəs, 
Maraqdan  çatladım, kimsən  axı  sən? 
Bəlkə  də,  sən  “o”-san? Yox! Ola  bilməz, 
“O”  olsan  susmazdın, bəs  onda  kimsən? 
 
Qoy  baxım  saata...  Saat  düz  iki! 
Susursan, adamın  acığı  gəlir. 
Arabir  sən  elə  “ah”  çəkirsən  ki, 
Adamın  lap  sənə  yazığı  gəlir. 
 
“Ah”  çəkdin...  Nə  deyim  bu  təəssüfə, 
Qulaq  as, deyəsən  yoxdur  ayrı  yol – 
Qızsansa,  dəstəyə  öskür  bir  dəfə, 
Əgər  oğlansansa  işim  var, sağ  ol. 
 
Öskürdün. Deməli,  qız  xeylağısan, 
Gecənin  bu  vaxtı   buna  da şükür. 
Denən   adın  nədir? Harda  qalırsan? 
İncimə, susursan,  yuxum  tökülür... 
 
Susursan, vaxtımız  ötüşür  hədər, 
Ay  qız, çox  danışdın,  yaman  dillisən! 
Nə  isə... bugünlük  bəsdir  bu  qədər, 
Gecdir, davamını  sabah  deyərsən... 

 
149
 
 
 
 
 
 
 
 
 
 
17. Müqəddəs yalanlar 
 
Bir  gün  getməyib  ömürdən  hədər, 
Nə  olsun  küsmüşük, barışmışıq  biz. 
Görüş  xatirinə  düşün  nə  qədər, 
Müqəddəs  yalanlar  danışmışıq  biz. 
 
Azmı  demisən  ki:  “ universitetdə – 
Tədbir  var,  ay  ana” – görüşmüşük  biz. 
Azmı  demişəm  ki:  “mən  internetdə, 
Bir  az  ləngiyəcəm “– gəzişmişik   biz. 
 
Azmı  demisən  ki: “ müəllim  saxladı” 
Mənimlə  bir  yerdə  olmusan,  fəqət. 
Azmı  demişəm  ki: “dekan  yoxladı” 
Amma  görüşmüşük  hardasa  xəlvət. 
 

 
150
Azmı  demisən  ki:  “telefondakı, 
Qrup  yoldaşımdır, yaxın  rəfiqəm” 
Fəqət  anlamayıb anan  onda  ki, – 
Xətdən   o  ucdakı “rəfiqən”  mənəm. 
 
Bir  gün  də  getməyib  ömürdən  hədər, 
Nə  olsun  arabir  dalaşmışıq  biz. 
Görüş  xatirinə  düşün  nə  qədər, 
Müqəddəs  yalanlar  danışmışıq  biz. 
 

 
151
 
 
 
 
 
 
 
 
 
 
18. Cehiz məsələsi (bir zarafat) 
 
Əzizim, bu  söhbət  açılmır  gündə, 
Get  ordan  qələmi, dəftəri  gətir. 
İndidən  deyirəm  sən  cehizində
Nələri  gətirmə, nələri  gətir. 
 
Yağ  gətir, bal gətir,  unutma  qəndi, 
Yumurta  qalibmi  bax  gör  hində  sən?! 
Sənin  qaşqabağın  yer  süpürəndi, 
Tozsoran  gətirmə  cehizində  sən. 
 
Vallah  istəmirəm  qulluqçu, kəniz, 
Alarsan  “kenzo”dan  ətir  mənimçün. 
Gətirmə  qab-qacaq,  bagema,  servis, 
MP3  pleyer  gətir  mənimçün. 
 
Gətirmə, alaram  vedrə,  ya  səbət, 
Bizdə  hər  tərəfdə  dükan, bazardı. 

 
152
“Jiquli” gətirsən  pis  olmaz, fəqət – 
“BMV”  gətirsən  əla  olardı. 
 
Bir az ərköyünsən, bir  az  uşaqsan, 
Nöqtə qoy bunlara, biryolluq bitir. 
Hələ  çox  başımı  ağrıdacaqsan, 
Mütləq  cehizində  analgin  gətir. 
 
Bitsin  bu  zarafat  gülmə,  gülüm, sus, 
Səndən  bir  kibrit  də  gözləmirəm  mən. 
Qəlbində  eşq  olsun, qanında  namus, 
Özün  gəl  heç  bir  şey  istəmirəm  mən. 
 

 
153
 
 
 
 
 
 
 
 
 
 
19. Başlamaq 
 
Günəşimi gecələrdə gizlətdim, 
neçə sevgi soyundum ürəyimdən, 
neçə adam itirdim, 
amma ümidimi üzmədim, 
yaşadım, sənəcən, yaşadım. 
 
Tez-tez qaçdım bu şəhərdən 
vannalarda kağız gəmilərlə, 
içində getmək sözü olan şeirlərlə qaçdım... 
Ayaqqabılarımı  atdım əjdaha yolların ağzına 
amma sən  başını qaldırıb saçlarını oynatdın, 
gülümsədin... 
Bitdim mən 
Başladıq Biz. 
Səsində tərbiyəli kitablar, 

 
154
susmağında oxunmamış cildlərin ağırlığı, 
gözlərin dənizlərlə əkiz... 
 
Dənizgözlüm, səndə doğuldum 
bürcüm balıqlar. 
 

 
155
 
 
 
 
 
 
 
 
 
 
20. Şairlər 
 
Yazmaq zibillikdə eşələnməkdi, 
Sözü tapanacan əllər  kir olur. 
Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin