Qlobal istiləşmə


Qlobal İstiləşmənin Səbəbləri



Yüklə 44,11 Kb.
səhifə2/5
tarix24.10.2022
ölçüsü44,11 Kb.
#66135
1   2   3   4   5
torpaq sərbəst is 20.10.2022

Qlobal İstiləşmənin Səbəbləri.
İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir.
Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur.
Qlobal istiləşmə nədir?
Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid, əmtəən və diazot monoksit qazların yığılmasını arıtır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-dən günümüzə qədər tutulan qeydlər, ortalama qlobal istiliyin 0.5 ilə 0.8 dərəcə arasında artdığını göstərir.
Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikirindədirlər.
Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşıırıq.
Heç bir tədbir görülməzsə bu əsrin sonunda qlobal istiliyin ortalama 2 dərəcə artacağı təxmin edilir.
Həmcinin dünya daxilində tutulmağa başlanan qeydlərdə bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən isti il idi.
Yaxşı bu istilik artımı yəni qlobal istiləşmə nələrə gətirib çıxarır, həyatımıza necə təsir edir?
Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir.

Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkinləri artır. Məsələn 1960-cı illərin sonlarından bu yana Şimali Yarımkürədə qar örtüyündə yüzdə 10 azalma olub. 20-inçi əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

Qlobal istiləşməyə bağlı olaraq dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir.

Qışda istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni iqlimlər dəyişir.


Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır ya da tamamilə yox olur.

Qlobal İstiləşmə insan sağlamlığına ciddi təsir göstərir.


Alimlər, iqlim dəyişiklikləri ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsirinin gostərəcəyi fikirindədirlər.

Qlobal İstiləşmənin Səbəbləri: Hava şəraitinin uzun bir zaman içində ortalama vəziyyəti iqlim olaraq təyin olunar. Dünya son bir milyard il içində təxminən 250 milyon il davam edən isti dövrlər və bunların ardından gələn dörd böyük soyuq dövr keçirmişdir. Dünya təxminən əlli milyon il əvvəl soyuq bir dövrə girmiş, bu dövrdə yüz min ildə bir on min il müddətlə görülən isti dövrlərin xaricində soyuma meyli göstərmişdir. Hal- hazırda bu isti dövrlərdən biri yaşanmaqdadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticəsində dünyanın soyuma meylinin artmasını gözləyirdilər. Lakin bu artım son yüzəlli ildə reallaşmamışdır.


Günəş kimi təbii faktorlarla böyüyən bu artımın səbəbi, xüsusilə son vaxtlarda, böyük ölçüdə insan qaynaqları olan istixanaların təsirindən yaranan qlobal istiləşmədir.




Yüklə 44,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin