FTP texnologiyaları FTP texnologiyaları (File Transfer Protocol – faylların köçürülmə protokolu) təhsil sistemlərində
köməkçi xarakter daşıyır. FTP serverlərdə böyük ölçülü dərslik məzmunlu fayllar yerləşdirilir:
Video filmlər, böyük ölçülü çəkillər, proqram modelləri, sənədlər (əsasən PDF formatda) və s
saxlanılır. Bu faylların yüklənməsi üçün xüsusi proqram paketi lazım olmur, bütün brouzerlərdə
avtomatik işə salınan FTP – müştərilər vardır. Lakin FTP müştərilərin bir zəif cəhətləri vardır:
Belə ki əgər yükləmə vaxtı əlaqə kəsilərsə (bu çox vaxt baş verir) onda yükləməni yenidən
başlamaq lazımdır. Bu çür hallardan keçinmək üçün xüsusi FTP brouzerlərdən və ya yükləmə
proqramlarından məs GetRight, ReGet Deluxe istifadə etmək lazımdır. Əlaqə kəsilib qurulandan
sonra bu proqramlar yükləməni kəsilmiş yerdən davam edirlər.
Qeyd etmək lazımdır ki FTP serverlərdə dərs prosesində istifadə etmək üçün böyük ölçüdə
məlumatlar yerləşdirilir.
Elektron poçt (e-poçt) texnologiyası Elektron poçt İnternet şəbəkəsinin daha məşhur və vacibli servisidir. Praktik olaraq internetin hər
bir istifadəçisi Elektron poçt ünvanına malikdir. Elektron poçt vastəsi ilə mətn, şəkil, proqram,
multimedia faylalrı ötürmək olar.
Ən sadə Distant təhsil kursları məlumat və tapşırıqların e-poçt vastəsi ilə ötürülməsi
texnologiyasının üzərində qurula bilər. Tələbə tapşırığı yerinə yetirərək nətəcələri müəllimə
qiyabi tahsil formasındakı kimi mübadıləni yenə də e-poçt vəstəsi ilə ötürür, lakin e-poçt
mübadilə formasında əməliyyat sürətlə baş verir. Hal hazırda elektron poçtun imkanlarından
istifadı edın distant tədris mərkəzləri mövcud deyil, lakin buna baxmayaraq e-poçt yenə də əsas
köməkçi servis olaraq qalır.
Əgər poçt-a müxtəlif kompüterlərdən baxmaq lazım gələrsə, onda Veb poçt qutusu adlandırılmış
saytdan poçta baxmaq olar. Bu qutuya İnternetə qoşulmuş ixtiyari kompüterdən baxmaq olar.