11. AVTOMATLAġDIRILMIġ TƏHSIL SISTEMLƏRI (ATS)
VƏ ONLARIN TƏTBIQ XÜSUSIYYƏTLƏRI
ATS-lər avtomatlaĢdırılmıĢ informasiya sistemi olaraq, virtual siniflərdə (auditoriyalarda)
təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılır və öyrənən, öyrədən
tədris-metodiki, didaktik və digər təhsil yönümlü materialları özündə birləĢdirən
avtomatlaĢdırılmıĢ informasiya sistemlərinə deyilir.
Avtomatlaşdırılmış Təhsil Sistemləri və bu məqsədlə yaradılmış köməkçi vasitələr müxtəlif iş
rejimlərində fəaliyyət göstərən obyektlərin işini tənzimləyir və həmin obyektlərin müstəqil idarə
olunmasının təmin edilməsində istifadəçiyə kömək edir.
Ümumiyyətlə, ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda gösərilən
mərhələləri əhatə edir:
1. Ənənəvi Təhsil Sistemindən (ƏTS) Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid
inqilabi xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini
deklorativ qaydada
dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata
keçirilməlidir.
2. ATS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən ibarət
olması məqsədəuyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən
qanunauyğunluğa riayət olunması, bütün prosesin texnoloji
mərhələlər və
tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır.
3. ATS-in tam həcmdə (bütün kompleks alt sistemlərilə) istismarının aşağıdakı
mərhələlər üzrə həyata keçirilməsi məqsədəuyğundur:
Şəkil.1. Avtomatlaşdırılmış təlim sistemlərinin ümumiləşdirilmiş blok sxemi.
Dostları ilə paylaş: