Avropa Şurası Qadınlara qarşı Zorakılıq və Məişət
Zorakılığının Qarşısının Alınması və Ona qarşı Mübarizə
haqqında Konvensiyası (CETS No. 210, “İstanbul
Konvensiyası”)
Nə üçün konvensiya
Faktlar və rəqəmlər
Avropa Şurası ölkələrində əhəmiyyətli sayda qadın və gənc qız hər gün zorakılığa məruz qalır. Qadınlar və
gənc qızlar zorakılığın müxtəlif formaları – məişət zorakılığı, zorlama, cinsi zorakılıq, məcburi evlilik,
qadın sünnəti ilə üzləşirlər. Zorakılıq həm də psixoloji ola bilər ki, buraya da tənqid, təcrid, sözlə təcavüz,
təhdid daxildir. Zorakılığın fiziki olmaması onu daha az zərərli olması demək deyil. Qurbanlar və
təqsirkarlar cəmiyyətin bütün təbəqələrinə məxsusdurlar. Zorakılıqdan təkcə ona məruz qalanlar deyil,
onun şahidi olmuş uşaqlar da travma alır.
Qadınlara qarşı zorakılıq müxtəlif yaşda olan və fərqli mənşələrə məxsus qadınlara təsir göstərir, lakin
onlardan bəziləri xüsusilə həssasdırlar. Zorakılığın ən əsas səbəbi cəmiyyətdə qadınlar və kişilər arasında
bərabərsizliyin olması, dözümsüzlük və inkar mədəniyyətinin daimiləşməsi ilə əlaqədardır. Yəni,
cəmiyyətdə qadınlar və kişilərin qeyri-bərabər qüvvələrə malik olması zorakılığa əsas səbəbdir və zorakılıq
məhz həmin qeyri-bərabərliyin nəticəsi olaraq meydana gəlir. Qadınlara münasibətdə ayrı-seçkilik də
qüvvələrin qeyri-bərabər olmasından irəli gəlir ki, bu da onların zorakılıq hallarından can qurtarmasını
çətinləşdirir. Qadınların üzləşdiyi zorakılıq çox vaxt öz cəmiyyətləri və ya rəsmi qurumlar tərəfindən
ciddiyə alınmır ki, bu da onları gələcəkdə baş verə biləcək, hətta ölümlə nəticələnəcək zorakılıq halları
qarşısında aciz edir.
Təəssüf ki, qadınlara qarşı zorakılıq çox zaman şəxsi məsələ olaraq qəbul edilir və bir çox qadın bunu
ətrafa bildirmək istəmir və ya şikayət etmək istədikdə isə öz ailələri, cəmiyyətləri tərəfindən bu işdən
çəkindirilir. Şikayətlərin edilməməsi isə istintaq, mühakimə və cəza tətbiq etmə kimi məsələlərdə
uğursuzluqlara səbəb olur. Bəzi məsələlərin məhkəməyə çıxarılmasına lüzum görülmür, çıxarıldıqda belə
təqsirli şəxslər az bir cəza ilə canlarını qurtarırlar. İstintaq və məhkəmə prosesləri zamanı qurbanlara qarşı
həssaslığın, qayğının az olması onların yenidən zorakılığın qurbanına çevrilməsi ilə nəticələnir. Bu isə
qadınların zorakılıqdan şikayət etmək ruhunu azaldır, belə ki, adekvat müdafiənin çatışmazlığı səbəbindən
şikayətlərin edilməsi onları gələcəkdə yenidən zorakılığa qurban olması riskini artırır.
Məişət zorakılığı dərin travmaya səbəb olan zorakılıq növüdür. Qurbanların əksəriyyəti isə qadınlar və gənc
qızlardır. Tədqiqatlar göstərir ki, uşaqlara qarşı fiziki təcavüz (yəni onların döyülməsi və s.) ilə qadına
qarşı məişət zorakılığı arasında müəyyən əlaqə var. Amma məişət zorakılığının digər formaları, yəni
qocalara və kişilərə qarşı zorakılıq halları ilə bağlı çox az araşdırma aparılıb. Bəzi kişilərin də məişət
zorakılığına məruz qalmasına baxmayaraq, amma bu qadınların üzləşdiyi zorakılığın qəddarlığı və təkrar
olunma tezliyi ilə müqayisədə çox azdır və kişilər zorakılığa özləri tərəfindən göstərilən zorakılığa cavab
olaraq məruz qala bilərlər. Amma əksər hallarda zorakılığı törədən məhz kişilər olur.
Qadınlara qarşı zorakılığın maliyyə dəyəri kifayət qədər yüksəkdir. Zərərin Avropa Şurasına üzv
dövlətlərin hər birində 34 milyard avro olduğu müəyyənləşdirilmişdir
ki, bu da adambaşına 555 avro
deməkdir
1
.
Konvensiya ilə nəticələnən proses
1
1
www.coe.int/t/dg2/equality/DOMESTICVIOLENCECAMPAIGN/FAQ_en.asp#P59_4532
12
1990-cı ildən bəri Avropa Şurası qadınlara qarşı zorakılığın bütün formaları ilə mübarizə aparmaq üçün
fəaliyyətlərini daha da intensivləşdirib. Bu Fəaliyyət 2002-ci ildə Nazirlər Komitəsinin üzv dövlətlərdə
qadınları zorakılıqdan qorumaq haqqında 5 saylı Tövsiyəsini (Rec (2002)5) qəbul etməsi ilə kulminasiya
nöqtəsinə çatdı.
2005-ci ildə Avropa Şurasına üzv dövlətlərin hökumət və dövlət başçılarının 3-cü Zirvə Toplantısının
sonunda qəbul edilmiş Fəaliyyət Planı qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı
Avropanı əhatə edən kampaniyanın başlanmasının əsasını qoydu. Daha sonra, kampaniyanı dəstəkləmək,
üzv dövlətlərdə inkişafı dəyərləndirmək və gələcəkdəki fəaliyyətlərə tövsiyələr vermək üçün İşçi Qrup
yaradıldı. 2006-2008 illərdə Avropa Şurası ilk dəfə olaraq Avropa ölkələri parlamentlərinin və yerli və
regional hakimiyyət orqanlarının birgə kampaniya keçirməsinin şahidi oldu.
İşçi qrup tərəfindən üzv dövlətlərdə milli səviyyədə keçirilən tədbirlərin qiymətləndirilməsi nəticəsində
hələ də çox iş görülməsinin tələb edildiyi məlum oldu: aydın idi ki, irəliləyişə baxmayaraq mövcud
qanunvericilik tez-tez yerinə yetirilməmiş, qurbanlara göstərilən xidmətlər cüzi olmuş və minimum
səviyyədə maliyyələşdirilmiş, həmçinin təmin olunan müdafiə sahəsində üzv dövlətlər arasında böyük fərq
mövcud olmuşdur. 2008-ci ilin nəticələrinə dair Yekun Fəaliyyət Hesabatında İşçi Qrup qadınlara qarşı
zorakılığın bütün formalarının qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün Avropa Şurasının
hərtərəfli, məcburi hüquqi qüvvəyə malik olan insan hüquqlarına dair sənədinin qəbul olunmasını tövsiyə
etdi.
Bu tapıntılara və tövsiyələrə cavab olaraq, 2008-ci ilin dekabrında Nazirlər Komitəsi qadınlara qarşı
zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun aradan qaldırılması məqsədilə çoxşaxəli Xüsusi
Komitənin (CAHVIO) əsasını qoydu və zorakılığın qurbanlarını müdafiə edən və dəstəkləyən, təqsirkarları
məsuliyyətə cəlb edən tədbirlərin nəzərdə tutulduğu qadınlara qarşı zorakılıq və məişət zorakılığı
məsələləri ilə bağlı bir və ya bir neçə hüquqi sənəd hazırlanması barədə təlimat verdi.
Özünün ilk iclasında, CAHVIO qərara aldı ki, qadınlara qarşı zorakılıq, o cümlədən bütün ailə üzvlərinə
qarşı məişət zorakılığı ilə mübarizə və onun aradan qaldırılması kimi fəaliyyətləri birləşdirən bir
Konvensiyanın qəbul edilməsi münasib olar. Dövlət nümayəndələrini və bu işdə marağı olan digər şəxsləri
bir araya gətirən 9 iclas ərzində CAHVIO tərəfindən Konvensiyanın layihəsi hazırlandı.
Parlament Assambleyası Qadınlar və Kişilər üçün Bərabər İmkanlar komitəsinin o vaxtki sədri vasitəsilə
mükazirələrdə aktiv iştirak etmişdi. Layihənin mətni 2010-cu il Dekabr ayında tamamlandı və 2011-ci il 7
Apreldə Nazirlər Komitəsi tərəfindən qəbul olundu. Konvensiya nazirlərin də iştirak etdiyi 2011-ci il 11
mayda keçirilən konfransda imza atmaq üçün açıq elan olundu. Konvensiya səkkizi Avropa Şurasına üzv
dövlət olmaqla 10 parlamentdə ratifikasiya olunduğu təqdirdə qüvvəyə minəcək.
Konvensiyanın əlavə dəyəri
İstanbul Konvensiyası inqilabi bir sənəddir. Bu, məcburi hüquqi qüvvəyə malik olan ilk beynəlxalq hüquqi
sənəddir ki, dünyada bütün ölkələr üçün açıqdır və onları qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə
mübarizə, onun aradan qaldırılması üçün hərtərəfli tədbirlər toplusu ilə təmin edir. Konvensiya qadınlara
qarşı zorakılığı həm insan hüquqlarının pozulması, həm də ayrı-seçkiliyin bir forması olaraq tanıyır.
Bununla yanaşı, Konvensiya qadınlar və kişilər arasında bərabərliyə nail olunmasının qadınlara qarşı
zorakılığın köklü surətdə aradan qaldırılmasında əhəmiyyətli rola malik olduğunu vurğulayır. Burada bir
sıra əməllər, məsələn, təcavüz məqsədli təqib, məcburi evlilik, qadın sünnəti, məcburi abort və
qısırlaşdırma cinayət olaraq təsbit edilir.
Konvensiya, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri effektiv şəkildə həll
etmək üçün işə cəlb olunmuş bütün müvafiq qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını
(QHT-lər) əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyə çağırır. Konvensiya güclü və müstəqil monitorinq
mexanizmi yaradır və onun milli səviyyədə icrası üzərində aparılan monitorinqdə parlament üzvlərinə
xüsusi yer ayıdır. Bundan əlavə, Parlament Assambleyası bu sənədin icrasını davamlı olaraq
qiymətləndirməyə dəvət olunur.
13
Kitabın məqsədləri
Parlament üzvləri qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi məsələlərdə maarifləndirmə işlərinin
artırılmasında mühüm rol oynaya bilərlər. Eyni zamanda, onlar qadınlara qarşı zorakılıq məsələləri ilə bağlı
qanun layihələri təklif və qəbul etmək, daha sonra isə onların effektiv şəkildə həyata keçirilməsinə nəzarət
etməklə qanunvericilik bazasına birbaşa təsir qüvvəsinə malikdirlər.
Bu kitabça parlament üzvlərinin İstanbul Konvensiyasının mahiyyətini və məzmununu anlamasına kömək
edən və Konvensiyanın təbliğ edilməsi üçün istifadə edilə biləcək bir vasitədir. Kitabda Konvensiyanın
əsas müddəaları öz əksini tapmaqla yanaşı, onlardan milli qanunvericilik və siyasətdə necə istifadə
olunması haqqında da nümunələr verilib.
Kitabda Avropa Şurasına üzv dövlətlərdə mövcud olan qadınlara qarşı zorakılıq və məişət zorakılığına
qarşı mübarizə ilə bağlı milli qanunvericilik aktları və həyata keçirilən tədbirlərə dair nümunələr verilib ki,
onlar da qəbul oluna biləcək qanunlar və həyata keçirilə biləcək tədbirlər barədə təsəvvür yaradır. Lakin, bu
nümunələr üzv dövlətlərdə qəbul olunmuş qanunvericilik və tədbirlərin tam siyahısını ehtiva etmir.
Konvensiya nələri əhatə edir
Konvensiyasının I fəsli
Məqsədlər
Konvensiya Tərəflərə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə aparmaq və onu aradan
qaldırmaq üçün ən yaxşı təcrübəyə əsaslanan hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlər təklif
edir. Konvensiyanın əsas məqsədləri aşağıdakılardır:
Qadınları bütün növ zorakılıqlardan qorumaq və qadınlara qarşı zorakılıq və məişət zorakılığının
qarşısını almaq, ona qarşı mübarizə aparmaq və törədənləri məsuliyyətə cəlb etmək;
Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvinə dəstək olmaq, qadınlar və kişilər
arasında bərabərlik prinsipini inkişaf etdirmək və qadınları hüquqlarını genişləndirmək;
Qadınlara qarşı zorakılığın, o cümlədən məişət zorakılığına məruz qalmış bütün qurbanlara yardım
etmək və onları qorumaq;
Zorakılığın bu formalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək;
Qadınlara münasibətdə zorakılıq və məişət zorakılığının aradan qaldırılmasında vahid yanaşma və ya
həll yolu tapılması məqsədilə hüquq-mühafizə orqanları və təşkilatların əməkdaşlıq etmələrinə dəstək
və yardım göstərmək.
Əhatə dairəsi
Konvensiya qadına qarşı hər növ zorakılıq, o cümlədən məişət zorakılığına şamil edilir.
Bundan başqa, Konvensiyaya Qoşulan tərəflər Konvensiyanın tətbiqi dairəsini genişləndirərək onu məişət
zorakılığının qurbanı olmuş qocalar, uşaqlar və kişilərə də şamil etməyə çağırılırlar.
Konvensiya həm sülh dövründə, həm də silahlı münaqişə dövründə tətbiq edilir.
14
Anlayışlar
Qadınlara qarşı zorakılıq anlayışının mənası Nazirlər Komitəsinin 2002-ci il tarixli 5 saylı Tövsiyəsində,
CEDAW-nun 19 saylı Ümumi Tövsiyəsi və qadınlara qarşı zorakılığın bütün formalarının ləğv edilməsi
haqqında BMT-nin Bəyannaməsinin 1-ci Maddəsində verilən təriflər əsasında müəyyən edilib.
Qadına qarşı zorakılıq insan hüquqlarının pozulması və qadınlara münasibətdə hər hansı bir növ ayrı-
seçkiliyin qoyulması kimi anlaşılır ki, buraya da istər ictimai, istərsə də şəxsi həyatda meydana
gəlməsindən asılı olmayaraq fiziki, cinsi, psixoloji və iqtisadi ziyan və zərərlə, o cümlədən təhdidlər,
məcburi və ya əsassız azadlıqdan məhrum etmə kimi hadisələrlə nəticələnən və ya nəticələnə bilən
bütün gender əsaslı zorakılıq hərəkətləri daxildir;
Məişət zorakılığına yuxarıda qeyd olunan eyni zorakılıq növləri daxildir, amma bu ailə, evli olan və ya
olmayan partnyorlar və ya arasında törədən şəxsin qurbanla əvvəl və ya hazırda bir yerdə yaşayıb
yaşamamasından asılı olmayaraq baş verir. Buraya hər iki cinsdən olan qurbanlar və təqsirkarlar, eyni
zamanda uşaqlara və yaşlılara, eləcə də cinsi partnyora qarşı zorakılıq daxilidir;
Gender dedikdə hər hansı bir cəmiyyətin cinsiyyətinə müvafiq olaraq kişi və qadına verdiyi rollar,
eləcə də qadın və kişilər üçün münasib olduğu düşünülən davranışlar, fəaliyyətlər və xüsusiyyətlər
olaraq başa düşülür;
Qadınlara qarşı gender əsaslı zorakılıq dedikdə məhz qadın cinsinə mənsub olduqları üçün qadınların
üzləşdiyi zorakılıqlar (məcburi abort, qadın sünnəti) və ya kişilərlə münasibətdə qadınların daha çox
üzləşdiyi zorakılıqlar (cinsi zorakılıq, zorlama, cinsi qısnama, təqib, məişət zorakılığı, məcburi evlilik
və ya qısırlaşma) nəzərdə tutulur;
Qurban dedikdə həm qadınlara qarşı zorakılıq, həm də məişət zorakılığına məruz qalan şəxslər başa
düşülür;
Qadın dedikdə 18 yaşdan aşağı gənc qızlar da nəzərdə tutulur.
Zorakılıq qorxusundan azad olma, bərabərlik and ayrı-seçkiliyə yol verməmə
Konvensiya hər kəsin zorakılıqdan azad yaşamaq hüququnu qoruyub təbliğ etməklə yanaşı, qadınlara qarşı
obyektiv və ağlabatan səbəb olmadan qərəzli davranışları, yəni ayrı-seçkiliyin bütün formalarını da
qadağan edir. Həm qanunvericilikdə, həm də təcrübədə qadınlar və kişilər arasında bərabərliyə nail olmaq
qadınlara qarşı zorakılığa son qoymaq üçün əsas şərtdir. Tərəflərdən tələb olunur ki:
Qadınlar və kişilər arasında bərabərlik prinsipini öz konstitusiyalarına və ya qanunvericilik aktlarına
daxil etsinlər;
cəzalar tətbiq etməklə ayrı-seçkiliyi qadağan etsinlər;
qadınlara münasibətdə ayrı-seçkilik qoyan qanunlar və təcrübələri ləğv etsinlər.
Konvensiyada ( Maddə 4) əksini tapan ayrı-seçkilik üçün əsasların siyahısı İnsan hüquqları üzrə Avropa
Konvensiyasının 14-cü Maddəsi və onun 12 saylı Protokoluna istinadən hazırlanıb. Siyahı tam siyahı
deyildir və bura birbaşa Konvensiyaya müvafiq olaraq gender, cinsi oriyentasiya, yaş, sağlamlıq və ailə
vəziyyəti, əlillik, miqrant yaxud qaçqın olma ilə yanaşı başqa statuslar daxildir. Qadınları zorakılıqdan
qorumaq və belə zorakılığın qarşısını almaq üçün xüsusi tədbirlərin tələb oluna bilməsi nəzərə alınaraq
onlar Konvensiyanın şərtlərinə görə ayrı-seçkilik hesab edilmir.
Vahid siyasətlər və məlumatların toplanması
Konvensiyanın II fəsli
Hərtərəfli və əlaqələndirilmiş siyasətlər
15
Qadınlara qarşı zorakılıq və məişət zorakılığı müxtəlif iştirakçı və qurumlardan geniş tədbirlər həyata
keçirməsini tələb edən kompleks fenomenlərdir. Təcrübə göstərir ki, uğurlu nəticələrin əldə edilməsi sıx
əməkdaşlıq çərçivəsində çalışan polis, məhkəmə sistemi, sosial xidmət, sağlamlıq, qadınlara aid QHT-lər,
uşaq müdafiəsi qurumları və başqa tərəfdaşların bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsindən asılıdır.
Məhz buna görə Konvensiya aşağıdakıları etməyə çağırır:
bütün sektorları əlaqələndirən qanunlar və siyasət tədbirləri toplusu müəyyənləşdirilməsini;
qurbanların hüquqlarının bütün tədbirlərin mərkəzində olmasını;
federal sistemə malik olan Tərəf dövlətlərdə dövlət qurumları, QHT-lər, milli, yerli və regional
parlamentlər daxil olmaqla bütün müvafiq iştirakçılar tərəfindən parlament üzvlərinin və
qanunvericilik səlahiyyətinə malik olan digər qurumların rolunun əhəmiyyətinin tanınmasını.
Bu əməkdaşlıq şansa buraxıla bilməz. Ümumi anlayış və yanaşma tərzinə nail olmaq üçün protokollar və
təlimlərə ehtiyac var. Hər bir quruma həyata keçirməyi üçün xüsusi rollar verən və QHT-ləri də əhatə edən
Milli Fəaliyyət Planları əməkdaşlıq və koordinasiyaya necə nail olunması barədə nümunədir.
Birləşmiş Krallıqda, bütün əlaqədar yerli qurumlara müntəzəm olaraq görüşmək və məişət
zorakılığı qurbanları (ciddi ziyan və ölüm təhlükəsi ilə üzləşənlər) barədə informasiyanı
bölüşmək üçün şərait yaratmaq məqsədi ilə Risklərin Qiymətləndirməsi üzrə Çoxsaylı
Qurumların Konfransları(MARACs) təsis edilib. MARACs-da bütün qurumlar bir araya gələrək
qurbanları dəstəkləmək və onlara yardım etmək üçün risklərə qarşı müdafiə planı hazırlaya
bilərlər. İngiltərə, Uels və Şimali İrlandiyada 250-dən artıq MARACs fəaliyyət göstərərək il
ərzində 53000 məsələni aydınlaşdırırlar(əlavə məlumat üçün:www.caada.org.uk). Avstriya və
Almaniyada, məişət və cinsi zorakılıq məsələləri ilə bağlı müdaxilə mərkəzləri yaradılmışdır ki,
bütün müvafiq qurumların (sığınacaqlar, hüquq-mühafizə, prokurorluq, məhkəmə, şahid
qorunması, uşaq müdafiəsi) həyata keçirdikləri cavab tədbirləri əlaqələndirilmiş olsun.
(Vyanada müdaxilə mərkəzi haqqında əlavə məlumat üçün www.interventionsstelle-wien.at
yaxud Berlində Müdaxilə Mərkəzi üçün www.big-berlin.info baxın)
Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti
QHT-lər və vətəndaş cəmiyyəti zorakılıqla mübarizə və onun aradan qaldırılmasında əhəmiyyətli rola
malikdirlər. QHT-lər zorakılığın qurbanları üçün bir sıra xidmətlər həyata keçirsə də və dəyişiklik üçün
maarifləndirmə işlərini aparsa da, kifayət qədər və davamlı maliyyələrinin olmaması ucbatından istənilən
nəticələrin əldə olunması ləngiyir. Konvensiya onların işini daha çox siyasi və maliyyə dəstəyi ilə təmin
etməyə çalışır. Tərəflərdən də öz işlərini ən yaxşı şəkildə yerinə yetirməyə çalışan, dövlət orqanları və
QHT-lər arasında əməkdaşlıq yaradan QHT-ləri tanımaq, həvəsləndirmək və dəstəkləmək və onları adekvat
şəkildə maliyyələşdirmək tələb olunur.
Məlumatların toplanması və tədqiqat
Məlumatların toplanması qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığının xüsusiyyətlərini və
yayılma dərəcəsini öyrənmək, sübutlara əsaslanan siyasətin qurulması və onun işləkliyinin
qiymətləndirilməsi üçün vacibdir. Konvensiya tərəflərdən milli statistik məlumatların, məsələn xidmət
qrupları, QHT-lər və ədliyyə sektoru tərtib edilmiş inzibati məlumatların toplanmasını tələb edir. Hesabatda
qurban və günahkar haqqında xüsusi məlumatlar, yəni onların yaşı, cinsi, zorakılığın növü, zorakılıq edən
və məruz qalan arasında yaxınlıq, hadisənin baş verdiyi yer öz əksini tapmalıdır. Bununla belə, Tərəflərdən
zorakılığın səbəbləri və təsirləri ilə bağlı tədqiqatları dəstəkləmək və bu hadisələrin əhatə dairəsi və
təkrarlanma tezliyi barəsində əhali arasında sorğular keçirmək də tələb edilir. Bu məlumatlar ictimaiyyət və
Konvensiyanın monitorinqini aparan ekspert qrupları üçün əlçatan olmalıdır.
16
İspaniyada, Gender Zorakılığı haqqında 2003-cü il Orqanik Qanunu, Qadınlara qarşı zorakılıq
üzrə Dövlət Müşahidə Qurumunun gender zorakılığı məsələləri barədə (Maddə 30) məlumat
toplaması və məsləhətlər verməsini nəzərdə tutur. Bu, Məşğulluq və Sosial İşlər Nazirliyinin
tərkibində kollegial orqandır və gender zorakılığı məsələlərini təhlil etmək, məsləhət vermək,
təşkilati əməkdaşlıq, hesabatların və araşdırmaların hazırlanması, bu sahədə fəaliyyət üçün
təkliflər planının tərtibi kimi işlər görür. Onun fəaliyyətinə muxtar icmalar, yerli qurumlar,
sosial qüvvələr, istehlakçı və istifadəçi assosiasiyaları, ümummilli qadın təşkilatları, həmçinin
həmkarlar ittifaqı təşkilatları da daxildir.
Qabaqlayıcı tədbirlər
Konvensiyanın III fəsli
Münasibətlər, önyarğı, gender stereotipləri və gender barəsində qərəzli adət və ənənələr zorakılığı adi hala
gətirən davranış nümunələrinin yaranmasına səbəb olur. Qadınlara qarşı bütün növ zorakılıqların, o
cümlədən məişət zorakılığının aradan qaldırılması üçün Konvensiya Tərəflərdən milli səviyyədə bir sıra
tədbirlər həyata keçirməyi tələb edir:
Münasibət və davranışlarda dəyişikliyi təbliğ etmək;
Zəif və həssas insanların ehtiyaclarını nəzərə almaq, bütün tədbirlərin mərkəzində onların hüquqlarını
qorumaq ;
Hər kəsi, xüsusilə kişilər və gənc oğlanları zorakılığın qarşının alınmasına həvəsləndirmək;
Mədəniyyətdən, adətlərdən və dindən zorakılığa bəraət qazandırmaq üçün istifadəni əngəlləmək;
Qadınların hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş proqram və fəaliyyətləri inkişaf
etdirmək.
Zorakılığın qarşısının alınmasına yönəldilmiş tədbirlərə daxildir:
Maarifləndirmə:
Qadınlara qarşı zorakılıq və məişət zorakılığı məsələləri haqqında ictimaiyyət
arasında maarifləndirmə işləri aparmaq və kampaniyalar keçirmək vacibdir. Bu təşəbbüslər
ictimaiyyəti məlumatlandırmağa, onların müxtəlif növ zorakılıqları tanımasına və onlara qarşı
çıxmasına, etiraz etməsinə kömək edir. Qurbanlara belə hallarda haradan və necə yardım almaq, hansı
növ dəstəklərin olduğu kimi məlumatlar vermək də eyni dərəcədə əhəmiyyətlidir. Zorakılığın bütün
formalarının qurbanları üçün milli yardım xəttinin yaradılması yardım növlərindən biridir.
2004-cü ildə Türkiyədə, ən böyük tirajlı qəzet olan Hürriyyet məişət zorakılığına qarşı
kampaniya başlatdı. Kampaniya özəl mətbuat qurumunun cəmiyyətdə məişət zorakılığı ilə bağlı
maarifləndirmə aparmaq və ona münasibəti dəyişmək sahəsində iştirak etməsinə dair unikal
nümunə yaratdı. Həmin kampaniya siyasətçilər, dini liderlər, şərhçilər və qadın QHT-ləri
tərəfindən verilən əməkdaşlıq və dəstək tədbirlərini gücləndirdi.
2006 - 2008-ci illər ərzində Avropa Şurası qadınlara qarşı məişət zorakılığı ilə mübarizə üçün
bütün Avropanı əhatə edən kampaniya həyata keçirtdi. Təqribən 25 üzv dövlət daha sonra bu
kampaniyanı milli səviyyədə reallaşdıraraq ictimaiyyət arasında məişət zorakılığı haqqında
maarifləndirmə işləri apardı.
2008-ci ildə, BMT-nin Baş Katibi bu məsələlərə siyasi və maliyyə yardımını səfərbər etmək
məqsədilə “Qadına qarşı zorakılığa son qoymaq üçün Birləşək” adlı 7 illik kampaniya başlatdı.
Təhsil:
Yanaşma tərzi və davranış çox erkən yaşlarda formalaşır. Məhz buna görə münasibətlərdə
qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin uşaqlara erkən yaşlarda öyrədilməsi vacibdir. Tərəflər,
məktəblərdə tədrisin bütün mərhələlərində bərabərlik məsələləri ilə bağlı materialların öyrədilməsinə
17
və bu prinsiplərin qeyri-formal tədris mühitində, yəni icma mərkəzləri və idman klublarında təbliğinə
çağırılır.
İsveçrə məişət və cinsi zorakılıq, gənclərə qarşı zorakılıq kimi məsələləri diqqət mərkəzində
saxlamaq üçün dövlət məktəblərində kurslar təşkil edib. UNİCEF uşaqlar arasında zorakılığa
son qoymaq məqsədi ilə “Təhlükəsiz və Etibarlı Məktəb” adlı müfəssəl təhsil proqramı işləyib
hazırlayıb. Bu kampaniyanın əsas məqsədi ibtidai və orta məktəblərdə uşaqlar üçün təhlükəsiz
mühitin yaradılmasını təmin etməkdir. Xorvatiyada bu kampaniya 400-dən artıq məktəbdə
keçirilib.
Mütəxəssislərin təlimi : Zorakılığın aşkarlanması və aradan qaldırılması, bərabərlik, qurbanların
ehtiyacları, yenidən qurbana çevrilmənin qarşısının alınması və qurumlar arasında əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən bütün müvafiq mütəxəssislərin təlimi
.
Danimarkada, məişət zorakılığı tibb tələbələri, tibb bacıları və ictimai səhiyyə elmi
namizədlərinin tədris planlarına əlavə edilmişdir. Eyni zamanda, bu, Ginekologiya, Ümumi
Təcrübə və Psixiatriya sahələrində tibb mütəxəssisləri yetişdirən aspirantura tədris planında da
əsas mövzulardan biridir. Birləşmiş Krallıqda, məişət zorakılığı məsələləri ilə məşğul olan
hakimlər üçün xüsusi təlim proqramları var. Məişət zorakılığı sahəsində mütəxəssis hakim
olmaq üçün həmin kurslarda iştirak etmək tələb olunur. İspaniyada, məişət zorakılığı məsələləri
ilə bağlı ixtisaslaşdırılmış məhkəmələrin yaradılması hakimlər və prokurorlar üçün xüsusi
təlimlərin keçirilməsi istiqamətində imkan yaratmışdır.
Qabaqlayıcı müdaxilə və müalicəvi proqramlar
:
Konvensiya tərəflərdən məişət zorakılığı
təqsirkarları və ya cinsi təcavüzkarları üçün qeyri-zorakı davranışın mənimsənilməsi, hərəkətlərinə
görə cavab verməsi, qadınlara qarşı münasibətlərini gözdən keçirməsini öyrətməyi nəzərdə tutan
müalicəvi proqramları yaratmağı və ya dəstəkləməyi tələb edir. Müalicəvi proqramların əsasını
qoyarkən qurbanların təhlükəsizliyi, dəstəklənməsi, hüquqlarının qorunması sıx əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərən və mütəxəssis yardım xidmətindən istifadə edən proqramların da
fəaliyyətinin mərkəzində durmalıdır.
Dostları ilə paylaş: |