Qrup: 221 Fakültə


Statistika qruplaşdırmasının növləri



Yüklə 183,55 Kb.
səhifə2/2
tarix27.04.2023
ölçüsü183,55 Kb.
#103552
1   2
Analitik qruplaşdırmanın təşkili və aparılması

Statistika qruplaşdırmasının növləri
Qruplaşdırma vasitəsi ilə çox vəzifələr həyata keçirilir. Qruplaşdırma vasitəsi ilə sosial-iqtisadi hadisələr tiplərə, ictimai qruplara ayırmaq, onların quruluşunu və quruluşda baş vermiş dəyişikləri müəyyənləşdirmək, sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni müəyyən etmək mümkündür. Bunlardan başqa qruplaşdırma vasitəsi ilə istehsalın iqtisadi səmərəliliyini və istifadə olunmamış ehtiyatları aşkar etmək mümkündür.
Qruplaşdırmanın vəzifələrinə uyğun olaraq onu aşağıdakı üç növə ayırmaq olar:
1) tipik qruplaşdırma;
2) quruluş qruplaşdırma;
3) analitik qruplaşdırma.

Analitik qruplaşdırma.
Qruplaşdırmanın mühüm vəzifələrindən biri də sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları öyrənməkdən ibarətdir.
Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları müəyyənləşdirmək məqsədilə aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir.
Qarşılıqlı əlaqədə olan əlamətlər amil və nəticə əlamətlərinə ayrılırlar. Əlamətin dəyişilməsinə səbəb olan əlamətlərə amil əlamətləri, amil əlamətlərinin təsiri nəticəsində dəyişən əlamətə isə nəticə əlaməti deyilir. Məsələn, müəssisələri əsas istehsal fondlarının həcminə görə qruplaşdırmaq və hər qrupa düşən məhsulun həcmini müəyyən etsək, onda əsas istehsal fondları amil əlaməti, hər qrupa düşən məhsulun həcmi isə nəticə əlaməti olar. Deməli, əsas istehsal fondları məhsul istehsalına təsir edən mühüm bir amildir.
Əgər müəssisələri əmək məhsuldarlığının səviyyəsinə görə qruplaşdırsaq və hər bir qrup üçün məhsulun orta maya dəyərini hesablasaq, onda əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, məhsulun orta maya dəyəri isə nəticə əlaməti olacaqdır. Qruplaşdırmadan asılı olaraq əlamət bir halda amil , digər halda isə nəticə əlaməti ola bilər. Əmək məhsuldarlığının səviyyəsilə əməyin enerji ilə təchiz olunması arasında əlaqəni öyrənərkən, əməyin enerji ilə təchiz dərəcəsi amil əlaməti, əmək məhsuldarlığının səviyyəsi isə nəticə əlaməti olar.
Amil əlaməti əsasında qruplaşdırma aparıb və nəticə əlaməti üzrə orta və nisbi göstəricilər hesablasaq, bu göstəricilər arasında qarşılıqlı əlaqəni müəyyən etmək mümkün olar.
Bir sənaye sahəsinin 25 müəssisəsini əsas istehsal fondlarının dəyərinə görə 3 bərabər fasiləli qrupa ayırıb (analitik qruplaşdırma əsasında) hər qrup üzrə hər müəssisəyə düşən məhsul istehsalının həcmini müəyyən etsək 3.10 saylı cədvəldəki qruplaşdırma məlumatını alarıq.

3.10 saylı cədvəldəki məlumatdan aydın görünür ki, əsas istehsal fondlarının həcmi artdıqca, hər müəssisəyə düşən məhsul istehsalı sürətlə artır.


Qruplaşdırmanın üç növü arasında çox sıx əlaqə vardır. Aparılan tədqiqat zamanı sosial-iqtisadi hadisələrin tipləri müəyyən edildikdən sonra, onların quruluşu və quruluşda baş vermiş dəyişikliklər, həmçinin həmin hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələri aşkar etmək və öyrənmək lazımdır.

Nəticə
Qruplaşdırmanın üçüncü mühüm məsələsi sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqları öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir.
Qarşılıqlı əlaqədə olan əlamətlər təsiredici amil və nəticə əlamətinə ayrılır. Məsələn, müəssisələri əsas fondların həcminə görə qruplaşdırıb, hər qrup üzrə bir müəssisəyə düşən məhsul istehsalı hesablansa, onda əsas fondlar amil əlaməti, hər müəssisəyə düşən məhsul buraxılışı isə nəticə əlaməti olar. Başqa sözlə desək, əsas fondun həcmi nəticəyə (məhsul istehsalına) təsir edən amildir.

Ədəbiyyat


  • https://www.pa.edu.az/library/8/61/statistikanin_umumi_nezeriyyesi_muhazireler.pdf



  • Natiq Cavadov - Statistika 1



  • https://www.azstat.org/Kitweb/zipfiles/00407.pdf

Yüklə 183,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin