Qrup №223. 18 Kurs iŞİ Fənn



Yüklə 205,21 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü205,21 Kb.
#50493
1   2   3
cavidhaziyev.prosesler

Qarışıq rejim.

Y
ataqların işlənilməsində neftin hərəkətinə eyni zamanda bir neçə təbii enerji təsir edirsə ona qarışıq rejim deyilir. Qarışıq rejimlər təbii və texnogen mənşəli olurlar. Təbii qarışıq rejimin müxtəlif formaları mövcuddur məsələn, strukturun tağ hissəsində qazbasqı rejim, aşağı hissələrində isə neftdə həllolmuş qaz rejimi və yaxud yatağın konturətrafı zonalarında subasqı rejimi, mərkəzi hissələrində isə neftdə həllolmuş qaz rejimi özünü göstərə bilər. Texnogen qarışıq rejim. Adından göründüyü kimi işlənilmə prosesinin təsiri nəticəsində yaranır və müxtəlif formada özünü biruzə verir. Məsələn, işlənilmənin ilk dövründə yataqda qeyd olunan neftdə həll olmuş qaz rejimi sonralar qravitasiya rejiminə keçə bilər. Neft və qaz yataqlarının işlənilmə layihələrinin tərtib edilməsində və işlənilmə prosesinin bilavasitə həyata keçirilməsində təbii rejimlərin müəyyən olunması çox böyük əhəmiyyət kəsb edir.

Neft laylarının rejimlərinin növləri

a - sərt su təzyiq rejimi, b - qaz təzyiq rejimi, c - həll edilmiş qaz rejimi,

d - cazibə rejimi

Qarışıq rejimli yataqların işlənilməsini səmərəli aparmaq üçün burada lay enerjisini təşkil edən amillərin rolunu nəzərə almaq lazımdır. Bütün mümkün hallarda yatağa süni təsir üsulları tətbiq edilməlidir. Lakin nəzərə almaq lazımdır ki, lay rejimləri haqqında məlumatlar bilavasitə işlənilmə proseslərində əldə edilir: məsamələrdə toplanmış neftlərin quyudibi zonaya hərəkət etdirən qüvvələrin xarakteri öyrənilir və artıq tətbiqinə başlanılmış işlənilmə layihələrinə müvafiq dəyişmələr edilməsi tələbatı qarşıya çıxır. Odur ki, lay rejimi haqqında məlumatların daha əvvəl – yatağın işlənilmə prosesinə başlanılma ərəfəsində əldə edilməsi daha aktualdır. Məhz bu məlumatlara istinadən neft yataqlarının işlənilmə layihələri tərtib olunsa, onların istismar xüsusiyyətləri elmi cəhətdən etibarlı əsaslandırıla bilər. Beləliklə, lay rejimlərinin proqnoz edilməsinin aktuallığı şübhə doğurmur. Əvvəlcə onu qeyd etmək lazımdır ki, lay rejimləri haqqında ən ümumi təsəvvür analogiya üsulu ilə əldə edilir ki, bu da regionda artıq kəşf edilmiş və istismara verilmiş neft-qaz yataqlarının geoloji-fiziki xassələrinin oxşarlığına istinad edir. Təbii ki, bu üsulun etibarlılıq dərəcəsi yüksək olmur və yatağın enerji xüsusiyyəti haqqında yalnız ümumi mülahizələr söyləməyə imkan verir. Qoyulan məsələnin həlli isə proqnozlaşdırılan yatağa qazılmış ilkin quyulardan əldə edilmiş məlumatlar əlaqədardır. Belə ki, bu quyulardan əldə edilmiş süxur və flüid nümunələri, geoloji müxtəliflik, lay təzyiqi və temperaturu haqqında ölçü nəticələri və s. məlumatları yatağın daxili quruluşunu və onlarda toplanmış neft, qaz və su yığımlarının yerləşmə şəraitini və hidrodinamiki xüsusiyyətlərini proqnozlaşdırmağa imkan verir. Bu məqsədlə aşağıda qeyd olunan yanaşmadan istifadə edilə bilər. Əvvəlcə quyulardan götürülmüş süxur nümunələri və flüidlərin qiymətlərini quyunun müvafiq kəsilişləri ilə uzlaşdırılır. Sonra onların yataq həcmini nə dərəcədə əks etdirdiyi öyrənilir. Tədqiqatlar nəticəsində işlənilmənin əvvəlində məhdud sayda quyulardan əldə edilən məlumatlar: strukturun ölçüləri, laylaşma xarakteri, litalogiyası, neft-qaz və suyun ayrı-ayrı layların məsamələrində yerləşmə şəraiti öyrənilir. Quyularda aparılmış ölçü işləri lay təzyiqinin və temperaturunun səciyyələndirilməsinə də imkan verir. Beləliklə, yatağın geoloji-hidrodinamikasını səciyyələndirən məlumatlar əldə edilir ki, bunlarda onların lay enerjisi haqqında ilkin məlumatların alınmasına şərait yaradır. Cənubi Xəzər hövzəsi yataqlarında məhsuldar qat laylarında aparılan müvafiq tədqiqatlar aşağıdakı mülahizələri ön plana çəkir: Hərgah, lay iri və ya orta dənəli, yaxşı seçilmiş qumlardan təşkil edilmişsə, onun keçiriciliyi yüksək və neftlərinin özlülüyü kiçikdirsə, belə yataqda aktiv enerji mənbəyinin mövcudluğunu göstərir. Lakin, burada yatağın neftli sahəsinin onun su-neft konturu ilə əlaqəsinin olub-olmaması nəzərə alınmalıdır. Belə ki, yataq hərgah sadə quruluşlu olmaqla tektonik qırılmalarla su-neft konturundan izolə edilməmişsə (heç bir tektonik qırılma yoxdursa), bu yataqda subasqı və ya onun xüsusiyyətlərinə

oxşar bir rejimin biruzəsini göstərmək olar (məsələn Mərkəzi Abşeron yataqlarında qırməki altı və qırməki üstü qumlu lasy dəstələri). Əksinə, yatağın neftlilik sahəsi su-neft konturu ilə bilavasitə sərhədlənmişsə (tektonik qırılmalarla izolə edilmişsə) və konturətrafı zona ilə əlaqəsi yoxdursa, onda bu yatağın işlənilməsində qazbasqı rejiminin olacağı haqqında fikir söyləmək olar. Yatağın kəsilişində məhsuldar qumlu laylarla gilli layların intensiv növbələşməsi şəraitində, neftdə həll olmuş qaz rejiminin biruzəsini proqnozlaşdırmaq olar (məsələn, qırməki lay dəstəsinin işlənilmə obyektləri). Belə kəsilişdə qalınlığı sahə üzrə sabit qalırsa, yüksək keçiricili qum laylarına rast gəlinirsə, onda neftlərin hərəkətinə su-neft konturunun da təsiri özünü göstərə bilər (məsələn, Balaxanı-Sabunçu-Ramanı və ya Suraxanı mədənlərində qırmaəki lay dəstəsinin bəzi istismar obyekləri). Geoloji müxtəliflik kəskin olmayan layda, süxurların keçiriciliyi yüksək, neftlərin özlülüyü isə az olduqda, bu yataqda birmənalı aktiv subasqı rejimi olacağını gözləmək olar. Lakin bu tip lay yüksək qaz amili ilə səciyyələnirsə və onun yatma bucağı böyükdürsə, burada qazbasqı rejimi, yatım bucağı azdırsa onda layda neftdə həllolmuş qaz rejiminin olacağını gözləmək olar. İlkin quyulardan əldə edilmiş nümunələr lay süxurlarının keçiriciliyinin aşağı, neftlərin özlülüyünün isə yüksək olması bu yatağın işlənilməsində qeyri-aktiv rejimli olacağını göstərir. Burada işlənilmənin əvvəlində neftdə həll olmuş qaz, bir qədər sonra isə qravitasiya rejiminin olacağı proqnozlaşdırıla bilər. Qeyd etmək vacibdir ki, lay rejimlərinin etibarlı proqnozu neft yatağının işlənilmə proseslərini daha effektli aparılmasına imkan verir. Məsələn, əgər layda aktiv enerji mənbəsi mövcuddursa (məsələn, subasqı rejimi), belə halda laya qazılmış quyular arasında məsafə nisbətən böyük götürülür və ona əlavə suvurulması məqsədə uyğun sayılmır. Hərgah, lay rejimi passivdirsə (məsələn, neftdə həllolmuş qaz rejimi), yataq sıx quyu şəbəkəsi ilə işlənilməli və onun enerjisini aktivləşdirmək üçün tədbirlər həyata keçirilməlidir (yatağa su və ya qaz vurulmalıdır). Rejim mənsubiyyətindən asılı olaraq, yatağın işlənilmə proseslərini effektli aparmaq üçün digər tədbirlər də həyata keçirilir.  Yuxarıda göstərilən rejimlər işlənilmə prosesində yatağın müxtəlif hissələrində eyni vaxtda rast gəlinə bilər. Məsələn, yatağın qanadında su basqı, tağ hissəsində isə qazbasqı rejimlərinin təsiri ilə yaranan qarışıq rejim.


Yataqlarda işlənilmə prosesində əmələ gələn qarışıq rejimlərə misal olaraq neftdə həll olmuş qaz rejimin tədricən yatağın müxtəlif hissəsində qravitasiya rejiminə keçməsini göstərə bilərik. Ümumiyyətlə, qarışıq rejim ikinci rejimin üstün olmasından daha çox asılıdır.



NƏTİCƏ

Cənubi Xəzər hövzəsi yataqlarının geoloji-geofiziki və hidrodinamiki ölçü qiymətlərinin sistemləşdirilməsi əsasında lay rejimlərinin proqnozlaşdırılması həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, məsələdə yatağın kəsilişi sadə quruluşlu, kollektorları yaxşı seçilmiş qumlardan təşkil edilmişsə və layın keçiriciliyi yüksək, neftlərin özlülüyü kiçikdirsə, belə hallarda subasqı rejiminin biruzəsini əvvəlcədən söyləmək olar. Yatağın kəsilişində məhsuldar qumlu laylarla gilli layların intensiv növbələşməsi şəraitində passiv enerji mənbəyi olan neftdə həll olmuş qaz rejimi proqnozlaşdırılır. Beləliklə, axtarış və kəşfiyyat dövrlərində yatağa qazılmış ilk quyulardan əldə edilən süxur və flüid nümunələri, lay təzyiqi haqqında məlumatlar müxtəlif məhsuldar layların işlənilməsinin gələcək dövrlərində enerji mənbəyinin xüsusiyyətlərinin proqnozunu həyata keçirilməyə imkan vermişdir.



ƏDƏBİYYAT.

  • Краткая химическая энциклопедия. Т. V. М.: Советская энциклопедия. 1961

  • Качалов Н. Стекло. Издательство АН СССР. Москва. 1959

  • Шульц М. М., Мазурин О. В. «Современные представления о строении стёкол и их свойствах». Л.: Наука. 1988

  • A.K. Varshneya. Fundamentals of inorganic glasses. Society of Glass Technology, Sheffield, 682 pp. (2006).

  • М. И. Ожован. Топологические характеристики связей в окисных системах SiO2 и GeO2 при переходе стекло-жидкость. ЖЭТФ, 130 (5) 944—956 (2006).

Yüklə 205,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin