Qəhvə dözümlülüyü
əhəmiyyətli dərəcədə artırır
İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının
alınmasında ən ucuz müalicə üsuludur
Azərbaycanda,
xüsusən
cənub bölgələrində
anadangəlmə ürək
qüsurları ilə doğulan
uşaqların sayı artıb.
B
u barədə Azərbaycan
Tibb
Universitetinin
(ATU) Tədris Cərrahiyyə
Klinikasının angioqrafiya la-
boratoriyasının müdiri, in-
vaziv kardioloq Qalib İma-
nov universitetin mətbuat
xidmətinə
müsahibəsində
məlumat verib.
Onun sözlərinə görə, ürək-
damar xəstəliklərinin sayı
təkcə Azərbaycanda deyil,
dünyanın bütün ölkələrində
artır. Ürək xəstələrinin dünya-
da qəbul olunmuş statistikası
var. Bu statistikaya uyğun ola-
raq, Azərbaycanda da onko-
loji xəstəliklərlə bərabər, ürək
xəstəlikləri də çox yayılıb. Ürək
xəstəliklərindən ölənlərin sayı
şiş xəstəliklərindən dünyasını
dəyişənlərlə müqayisədə iki-
üç dəfə çoxdur. Ürək-damar
xəstəlikləri hələ də dünyada
ən çox ölümə və əlilliyə səbəb
olan xəstəlikdir. Ürək-damar
xəstəlikləri ilə bağlı klinika-
ya müraciətlər çox olur: həm
böyüklər, həm də uşaqlar ara-
sında bu xəstəliyə rast gəlinir.
Q.İmanov bildirib ki, böyüklər
əsasən arterial hipertoni-
ya, ürəyin işemik xəstəliyi ilə
bağlı müraciət edirlər. Uşaqla-
ra isə daha çox anadangəlmə
ürək qüsurları diaqnozu qo-
yulur.
Avropa
ölkələrində
ürəyin işemik xəstəliyi ge-
niş
yayılıb.
Müalicəsində
müəyyən irəliləyişlər olsa da,
statistikaya görə, hələ ki, bu
xəstəlikdən əziyyət çəkənlərin
sayı həddindən artıq çoxdur.
Anadangəlmə ürək qüsurla-
rı xəstəliyi inkişaf etməmiş
ölkələrdə daha çox yayı-
lıb. Avropada, Amerika kimi
ölkələrdə isə demək olar ki,
bu xəstəliyə rast gəlinmir.
Kardioloq diqqətə çatdırıb
ki, anadangəlmə ürək qüsu-
ru prenatal dövrdə, yəni ana
bətnində erkən həftələrdə
artıq aşkar olunur. Körpə
dünyaya
gələn
kimi
əməliyyatla aradan qaldırılır.
Əgər ağır qüsurdursa, hamiləlik
yarımçıq dayandırılır. Beləliklə,
anadangəlmə ürək xəstəliyi
ilə doğulmuş uşaqların sayı
azalmış olur. Xarici ölkələrdə
anadangəlmə ürək xəstəliklərini
əməliyyat edən mərkəzlərin ol-
duğunu deyən kardioloq qeyd
edib ki, ora daha çox Şərq
ölkələrindən, inkişaf etməmiş
ölkələrdən xəstələr gəlirlər.
“Azərbaycanda, xüsusən cənub
bölgələrində
anadangəlmə
ürək xəstəlikləri ilə doğulan
uşaqların sayı daha çoxdur”-
deyə əlavə edib. Səbəbinin də
həmin bölgələrdə qohum ev-
liliyinin daha çox olmasından
irəli gəldiyini bildirərək de-
yib: “Bizdə prenatal, yəni ana
bətnində müayinələr artıq 5
ildir aparılır. Bu haqda insanla-
rın maarifləndirilməsi vacibdir.
Çünki çox adamın bu barədə
məlumatı yoxdur. Bir çox gine-
koloqlarımız artıq bunu bilir və
hansı xəstələrin transfetal exo-
kardioqrafiya göstərişi varsa,
yönləndirirlər kardioloqa. Biz
də xəstəni müayinə edirik, onda
bu qüsur varsa və yüngül hesab
ediriksə, bu haqda onun ailəsinə
bildiririk. Əməliyyat vasitəsi ilə
hər şey öz yoluna düşür. Yox
əgər ağır qüsurdursa, ailə ilə
məsləhətləşib, valideynlərin ra-
zılığı ilə hamiləliyi sonlandırı-
rıq. Lakin elə qüsurlar da aşkar
olunur ki, heç bir əməliyyata
ehtiyac olmadan problem həll
olunur. Hazırda invaziv kardio-
logiyada da bir çox əməliyyatlar
qapalı yolla həyata keçirilir”.
Həkim diqqətə çatdırıb ki,
qulaqcıqlar arası çəpər defek-
tinin bağlanması, qapaqlar-
da olan daralmaların aradan
qaldırılması kimi xəstəliklərin
əməliyyatları qapalı yolla ke-
çirilir. Qeyd edib ki, bunlar
əvvəllər açıq, ağır əməliyyatla
aradan qaldırılırdı, indi isə qa-
palı yolla bir damardan iynə ilə
girməklə, bütün bu problemi
həll etmək olar. Əməliyyatdan
sonra xəstədə heç bir çapıq, iz
qalmır. Bu əməliyyatların artıq
9 ilə yaxındır ki, Azərbaycanda
həyata keçirildiyini söyləyib:
“İstifadə olunan aparatlar ba-
halı olduğu üçün əməliyyatların
sayı çox deyil. Çünki qapa-
lı əməliyyat açıq əməliyyatdan
daha baha başa gəlir. Onun
sözlərinə görə, sığorta sistemi
tam qurulandan sonra bu cür
xəstələrdə qapalı yolla müalicə
riskinin, əməliyyat ağırlaşmala-
rının qarşısı alınacaq”.
Azərbaycanda ürək xəstələ-
rində aktual problem lərdən da-
nışan kardioloq nəzərə çatdırıb
ki, ən aktual problem arterial
hipertoniyadır. Yüksək təzyiqi
olan və diabet xəstələrin sayı
əvvəlki illərlə müqayisədə ar-
tır. Q.İmanov qeyd edib ki,
ürək xəstəliklərinin yaranma-
sına səbəb əsasən düzgün qi-
dalanmamaq, oturaq həyat
tərzidir. Zərərli vərdişlər də bu
xəstəliklərin yaranma riskini
çoxaldır.
Anadangəlmə ürək qüsurları ilə
doğulan uşaqların sayı artıb