QüDRƏTLİ DÖVLƏt və


Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsi



Yüklə 0,53 Mb.
səhifə26/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Strategiyanın icrasının monitorinqi qiymətləndirilməsi

  1. Strateji fəaliyyət istiqamətlərinin icrası


2022‒2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün bir-biri ilə əlaqəli olan fəaliyyət proqramları həyata keçiriləcəkdir. Qəbul olunmuş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və müvafiq fəaliyyət proqramlarının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaqdır. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq və ciddi koordinasiyası tələb olunan proqram və ya tədbirlərə dair məlumatlar kommunikasiya ediləcəkdir. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaqdır.



Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin reallaşdırılması







    1. Hədəflərin monitorinqi və icrasının qiymətləndirilməsi


“2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üçün monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. Bu hədəflər müvafiq fəaliyyət istiqamətlərinin icra statusunu qiymətləndirməyə imkan verəcəkdir. Baza ili üzrə göstəricilər 2021-ci ilin məlumatlarına əsaslanılır. İlkin nəticələr Strategiyanın icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023, 2024 və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir. Nəticələr sistemli ölçüləcək, məqsədlərə nailolunma səviyyəsi, səmərəliliyi, yekun nəticələrin uyğunluğu və davamlılığı müəyyən ediləcəkdir. Bu, “2022‒2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası”nın illik əsasda icra statusunu qiymətləndirməyə imkan verəcəkdir. Sözügedən Strategiya üzrə monitorinq və qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydasına əsasən həyata keçiriləcəkdir.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin