QüDRƏTLİ DÖVLƏt və



Yüklə 0,53 Mb.
səhifə22/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

İdxalın əvəz olunması istehsalın lokallaşdırılması məqsədilə yerli istehsal potensialı gücləndiriləcəkdir. İnnovasiyaların özəl və dövlət sektorlarında tətbiqi stimullaşdırılacaq, özəl sektor tərəfindən İKT infrastruktur layihələrinə investisiya qoyuluşları təşviq ediləcəkdir. Nəticədə, transmilli şirkətlərin ölkə ərazisində aparılan tədqiqatlara ayırdıqları xərcləri artacaqdır.
İnnovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyəti və əlçatanlılığı artırılacaqdır. Rəqəmsal akademiya yaratmaqla peşəkar rəhbər kadrların hazırlanması və yenidənhazırlanması təmin ediləcəkdir. İKT sahəsi üzrə nüfuzlu beynəlxalq texniki universitetlərlə tərəfdaşlıq qurulacaqdır. Əhalinin mənimsəməsi vacib hesab edilən rəqəmsal bacarıqları formalaşdırılacaqdır. Nəticədə texniki, texnoloji və innovasiya yönümlü ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili məzunlarının sayı ilbəil artacaqdır.
Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaqdır. Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaqdır. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaqdır.
Abşeron vadisi” innovasiya klasteri yaradılacaqdır. İnnovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir. İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcəkdir. Nəticədə, “Abşeron vadisi” çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaqdır.
Yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaqdır. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcəkdir. Əhalinin idmanla məşğul olması təşviq olunacaqdır. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaqdır. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq. ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcəkdir.



    1. Yüklə 0,53 Mb.

      Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin