QüDRƏTLİ DÖVLƏt və



Yüklə 0,53 Mb.
səhifə21/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaqdır. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaqdır. Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaqdır.
Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcəkdir. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcəkdir. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaqdır. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40% artacaqdır.
Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaqdır. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcəkdir. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaqdır.
Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaqdır. Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcəkdir. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur inkişaf etdiriləcəkdir. Nəticədə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi genişləndiriləcəkdir.
Elmi tədqiqat, texniki konstruktor işlərinin (ETTKİ) kommersiyalaşdırılma- sına dəstək veriləcəkdir. Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdirilə- cək, ETTKİ infrastrukturu inkişaf etdiriləcəkdir. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaqdır. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq, ETTKİ üzrə xərclərin ÜDM-dəki payı isə 0,1% səviyyəsinə çatdırılacaqdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin