QüDRƏTLİ DÖVLƏt və



Yüklə 0,53 Mb.
səhifə2/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

EN

Azərbaycan Respublikasının Energetika Nazirliyi

ƏN

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

ƏƏSMN

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

GİN

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

İN

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

KTN

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

MN

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

MdN

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

MSN

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

RİNN

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

SN

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

TN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

AQUPDK

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

DİDK

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi

DGK

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

DSK

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

DŞAK

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

DMX

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

DSX

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

DTA

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VXSİDA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

İTSDA

Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

İKZF

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

ƏMA

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi

MB

Azərbaycan Respublikasının Mərkəzi Bankı

ARDNŞ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

DNF

Azərbaycan Respublikası Dövlət Neft Fondu

GF

Azərbaycan Respublikasının Gənclər Fondu

EİF

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

Ələt AİZ

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu

ƏSF

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu

AİH

Azərbaycan İnvestisiya Holdinqi

YİH

Yerli İcra Hakimiyyəti orqanları

ABİF

Azərbaycan Biznesinin İnkişafı Fondu

BBDTL

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

AzMelSuTəs” ASC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

ADY” QSC

“Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyəti

AXDG” QSC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

Azergold” QSC

“Azergold” Qapalı Səhmdar Cəmiyyəti

Təmiz Şəhər” ASC

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

Azərenerji” ASC

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti


Azərişıq” ASC

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

Azərsu” ASC

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Azəristilktəchizat” ASC

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

AZAL

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti

AHİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

ASK

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

ASF

Aqrar Sığorta Fondu

ABA

Azərbaycan Banklar Assosiasiyası

ABADA

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası

DİM

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası



Azərbaycan Respublikası Tarif (qiymət) Şurası

Xülasə


Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.
Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin etmişdir.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.
Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabillik təmin edilmiş və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olmuşdur.
Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.
Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcəkdir.
Qeyri-neft/qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.
Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsi yüksələcək, iqtisadiyyatda şəffaflıq daha da artacaq, iqtisadi idarəetmənin keyfiyyəti yeni səviyyəyə qalxacaqdır. Dövlət əmlakının özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlığının genişləndirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, burada dövlət payının azaldılması sahəsində müvafiq işlər görüləcəkdir.
Makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmləri təkmilləşdiriləcəkdir. Kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcəkdir.
İnsan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir.
İnnovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığı təmin olunacaqdır.
Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir.

  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin