İqtisadiyyatdakiçikvəortabiznesindominantlığıxeyliyüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatmışdır.
Ölkəninərzaqtəhlükəsizliyiningücləndirilməsiüçünyerliistehsalpotensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini stabil şəkildə təmin etməyə imkan verir.
Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafındaxariciinvestisiyalarmühümroloynamışdır. 2011‒2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılmışdır. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilmişdir. Xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirmişdir.
Dövlətbüdcəsihəmsosialrifahındəstəklənməsində,həmdəiqtisadifəallıqüçüninvestisiyalarıntəminolunmasındaaktivolmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artmışdır.