Dövlətborcunundaxilivəxariciseqmentlərimakroiqtisadisabitlikvəbüdcə dayanıqlığı hədəflərini dəstəkləmişdir. 2021-ci ilin 31 dekabr tarixinə məcmu dövlət borcu ÜDM-in 18,2%-ni təşkil edir ki, bu da fiskal dayanıqlıq baxımından məqbul səviyyədir. Daxili borclanmanın son illər genişlənərək 2021-ci ilin 31 dekabr tarixinə 2.507,1 mln manata çatdırılması maliyyə bazarlarının inkişafı və effektiv fəaliyyəti baxımından əhəmiyyətlidir.
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədəqorunmuşdur. Bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olmuşdur. Monetar şərait makroiqtisadi sabitlik hədəfləri çərçivəsində tənzimlənmişdir. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayınadək 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilmişdir. Lakin 2021-ci ilin birinci yarısında xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində fasilə verilmiş, ilin ikinci yarısından başlayaraq
isə inflyasiya proseslərinin sürətlənməsi nəzərə alınaraq uçot dərəcəsi tədricən yüksəldilmişdir. Makroiqtisadi sabitliyin qorunması şəraitində iqtisadiyyatda likvidlik effektiv idarə olunmuşdur.
Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadiartımınmaliyyələşməsinəəhəmiyyətlidəstəkvermişdir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Bu şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlmiş, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 mlrd manatdan artaraq 17,1 mlrd manata çatmışdır. Maliyyə sektorunun sağlamlaşdırılması üzrə həyata keçirilmiş tədbirlər sektora etimadı yüksəltmişdir. Depozitlərin həcmi (maliyyə sektoru çıxılmaqla) 3,9 dəfə artaraq 2011-ci ildəki 6,9 mlrd manatdan 2021-ci ildə 27,1 mlrd manata çatmışdır.