QüDRƏTLİ DÖVLƏt və



Yüklə 0,53 Mb.
səhifə8/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərmişdir.
Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır. 2003‒2021-ci illərdə 3400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir.
Elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artmışdır. Son 5 ildə akademik nəşrlərin sayı
80% artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir.
Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalmış, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artmışdır. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil etmişdir.
Ölkədə təmiz ekoloji mühit dəstəklənmiş, mövcud təbii resurslardan dayanıqlı səmərəli istifadə ilə yanaşı, bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlbi imkanları genişlənmişdir. Müasir su ehtiyatları infrastrukturu yaradılmış, tullantıların səmərəli idarə edilməsi imkanları genişləndirilmiş, bərpa olunan enerji mənbələri üzrə yeni qoyuluş gücləri yaradılmışdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin