Qlobaliqtisadiyyatda“yaşıllaşmavəkarbonsuzlaşma”meyilləriqeyri-resursiqtisadiyyatlarıninkişafıüçünimkanlaryaradır. Qeyd olunan meyillərin sürətlənməsi uzunmüddətli dövrdə ölkənin neft gəlirlərinə təsir edə bilər. Qlobal enerji bazarında neftə tələbin düşməsi qeyri-neft/qaz sektorunun dərin şaxələnməsini və qeyri-neft/qaz valyuta gəlirləri hesabına azalan neft gəlirlərinin kompensasiyasını tələb edir. İqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunması dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biridir. Dayanıqlı İnkişaf Məqsədləri, İqlim dəyişmələri üzrə Paris Sazişi üzrə çağırışların və ölkənin inkişaf prioritetlərinin reallaşdırılması bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını və ekoloji təmiz, enerji səmərəli texnologiyalardan istifadəni tələb edir.
İqtisadiartımıninklüzivvədayanıqlıolmasıüçünkəndvəşəhərlərarasındainkişaf balansı gözlənilir. Kəndlərdə də, şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun vacib elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yaradılır. Bütün bunlar şəhər və kənd yerləri arasında həyat standartlarında fərqi əhəmiyyətli dərəcədə azaldır. Kəndlərin planlanması və əhalinin məskunlaşması zamanı regionun iqtisadi dəyər zəncirində mövcud və potensial rolu nəzərə alınır.
Qloballaşma proseslərinin sürətlənməsi və maliyyə böhranlarının başver-mə tezliyinin artması makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasınadiqqəti artırır. Makroiqtisadi sabitlik və dayanıqlıq uzunmüddətli dövrdə davamlı iqtisadi artımın başlıca şərtləridir. Aşağı və stabil inflyasiya, dayanıqlı məzənnə, habelə maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir.