QüDRƏTLİ DÖVLƏt və



Yüklə 0,53 Mb.
səhifə9/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılmışdır. Qlobal rəqabətin əsas faktoru kimi keyfiyyətli insan kapitalı, texnoloji modernizasiya və dayanıqlı iqtisadi artım öz mühümlüyünü saxlayır. Lakin yeni sənayeləşmədə texnoloji dəyişikliyə uyğunlaşmaq üçün bütün ölkələr yeni strateji həllərin tətbiqinə başlamışlar. Bu dəyişikliklərin təsirlərini minimallaşdırmaq üçün ölkədə yüksək sosial-iqtisadi rifah və potensial formalaşdırılmışdır.


    1. Qarşıdakı onillik müddətdə qlobal meyillər, çağırışlar və imkanlar


Ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışlarla üzləşməsi labüddür. Milli iqtisadiyyatımızın kiçik olması və qlobal iqtisadiyyata yüksək inteqrasiyası xarici mühitdən irəli gələn qalıcı çağırışlara həssaslığını şərtləndirir və milli iqtisadiyyatın strukturunun dəyişməsini zəruri edir. Bu çağırışlar çoxistiqamətlidir.
Ölkəmizin yüksəkgəlirli dövlətlər qrupuna daxil olması üçün uzunmüddətli dövrdə iqtisadiyyat sürətli davamlı artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı
25 il ərzində hər il orta hesabla 7%-i üstələyən artım nümayiş etdirmişdir. Bu iqtisadiyyatlar sürətli, dayanıqlı və inklüziv şəkildə artaraq, yüksəkgəlirli ölkələrlə məsafənin azalmasına nail olmuşlar. Milli iqtisadiyyatımız yüksəkgəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir. Bunun üçün dayanıqlıq və inklüzivlik keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artım olmalıdır. Yalnız belə bir iqtisadi artım hər bir Azərbaycan Respublikası vətəndaşının gəlirlərinin davamlı artması üçün zəmin yarada bilər.
Dünya ölkələrinin iqtisadiyyatlarında sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətlə genişləndirir və onun coğrafiyasını böyüdür. Bu, qlobal əmtəə və xidmətlərin son istehlakçıya vaxtında, keyfiyyətli və aşağı qiymətə çatdırılmasına imkan verir. Rəqəmsal cəmiyyətin istehlakçıları sifariş etdikləri məhsulları bütün dəyər zənciri üzrə izləmə imkanına malikdirlər. Bu meyillərdən faydalanma ölkə iqtisadiyyatının qısa müddətdə qlobal dəyər zəncirinə inteqrasiyasına dəstək olacaqdır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin