QüDRƏTLİ DÖVLƏt və


Aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya



Yüklə 0,53 Mb.
səhifə12/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

Aparıcı iqtisadi sahələrdə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa dəstək genişlənir. Əqli mülkiyyətə əsaslanan və texnologiya, dizayn və brendlər formasında olan qeyri-maddi kapitalın dəyər zəncirində davamlı artmasında əqli fəaliyyət nəticələrinin, innovasiya və yaradıcılığın təşviqi vacib amil rolunu oynayır. Bu səbəbdən əqli mülkiyyətin üstünlük təşkil etdiyi yaradıcı iqtisadiyyatın inkişafı dəstəklənməli, yaradıcı və müasir rəqəmsal texnologiya biliciləri arasında əməkdaşlıq yaranmalı, peşə hazırlığının keyfiyyəti artırılmalıdır.
Dünya ölkələrinin iqtisadiyyatlarında rifahın dəstəklənməsində əsas uğur yüksəkgəlirli əhali qrupu ilə yoxsul əhali qrupu arasında balansın təmin olunmasıdır. Gəlirlərin əldə olunmasında və bölgüsündə “yüksək məhsuldarlığa çıxış əsasında gəlir qazanmaq” prinsipinə deyil, “hamı üçün məhsuldarlığın artırılması ─ iş və ya sahibkarlıq fəaliyyəti imkanlarına bərabər çıxış yaradılması” prinsipinə üstünlük verilməlidir. Bu balans daim dövlətin sosial-iqtisadi inkişaf və tənzimləmə funksiyası ilə reallaşdırılmalıdır.
Dayanıqlı məşğulluq vətəndaşın rifahının davamlı təmin olunmasına və dövlətin sosial yükünün optimallaşdırılmasına xidmət edir. Rəqabətli dəyər zəncirlərinin yaranması və əhalinin təhsil səviyyəsinin artırılması dünya iqtisadiyyatında dayanıqlı iş yerlərinin yaranmasını dəstəkləyir. Xarici investisiyaların cəlbi və rəqəmsal texnologiyaların tətbiqi ilə daxili istehsal və xidmətlər qlobal dəyər zəncirinə inteqrasiya olunacaqdır. Bu isə rəqabətli və dayanıqlı məşğulluq imkanlarının yaranmasına və bu yolla vətəndaşın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir. Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur. Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin