QüDRƏTLİ DÖVLƏt və


─2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış



Yüklə 0,53 Mb.
səhifə14/58
tarix16.03.2023
ölçüsü0,53 Mb.
#88285
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
2022-2026 sosial iqtisadi inkisaf

2022─2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış


2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır.
Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəkdir. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaqdır.
Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaqdır. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaqdır. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcəkdir.
İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcəkdir. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaqdır. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaqdır.
Yeni inkişaf modeli çərçivəsində, işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə vahid iqtisadiyyat‒müasir dəyər zənciri qurulacaqdır. Milli iqtisadiyyat dərindən şaxələnməklə qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevriləcəkdir.
Biznesin, ev təsərrüfatlarının fərdlərin bütün bazarlarda effektiv fəaliyyəti üçün zəruri şərtlər təmin olunacaq, iqtisadiyyata cəlb edilən investisiyalar, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığı, iqtisadi maraqları, ölkənin tarixi milli dəyərləri qorunacaq və sosial-iqtisadi sahələr sürətlə müasirləşəcəkdir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin