Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıqtəminolunacaq,maliyyəsektorununbütünseqmentlərininsabitliyigücləndiriləcək. Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı ‒ irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcəkdir. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaqdır. Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.
Maliyyəsektorununbütünseqmentlərininiqtisadiyyatdaroluartırılacaqdır. Bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakı yüksəldiləcək, maliyyə inklüzivliyi genişləndiriləcək, maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları artırılacaqdır. Dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdiriləcək, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişlənəcəkdir. Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali və biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaqdır. Dayanıqlı iqtisadi artımın təmin olunmasında maliyyə sekrorunun rolunun gücləndirilməsi üçün ölkədə uzunmüddətli kollektiv investorlar şəbəkəsinin yaradılması stimullaşdırılacaq, sığorta və korporativ qiymətli kağızlar bazarı dərinləşdiriləcəkdir. Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəkdir. Eyni zamanda, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaqdır.