Məmmədağa gümbəzin yanında dəfn ediliblər. Qəbrinin
üstündə gümbəzi Naib Kərimov tiktirib, qalan işləri isə
Kərbəlayi Şirin Yarıyev gördürüb.
Seyid Məhəmməd ağanın bacıları Mirsəkinə, Mirziynət,
Mirməryəmdir.
Mirəşrəf ağanın övladları Mirfatimə, Mirtahirə, oğlu seyid
Əhməd, Seyidəli, seyid Hüseyn olmuşdur.
Mirəşrəf ağa 1901-ci ildə təhsilini başa vurduqdan sonra
Nəcəfdən Salyana gəlir.
Rüstəmov Dadaş Xəlil oğlu:
-Mirəşrəf ağanın anası Miranaxanım Mirələkbər qızı
olmuşdur.
Onun qardaşı seyid Məhəmməd ağa isə vəsiyyətində
bildirmişdi ki, məni Salyanda dəfn edin, çünki mənim qəbrim
burada olsa bu torpağa heç bir vaxt xəta-bəla yetişməz. Mirəşrəf
ağa da Mirbağır ağa ilə birgə ermənilərə qarşı mübarizədə iştirak
etmişdir.
1918-ci illdə ermənilər Sаlаyаnа hücum edərkən, Аğа
Mirbаğır аğа ilə birgə Аğа Mirəşrəf аğа ermənilərə qаrşı cihаd
elаn etmişlər. Xаlqı ermənilərə qаrşı döyüşə qаldırıblаr.
Аğаlаrın hər ikisi kəfən geyinib, ön cəbhədə olublаr.
Mirəşrəf ağanın oğlu Seyidəli 1905-ci ildə Salyan şəhərində
anadan olmuşdur. İlk təhsilini rus-tatar məktəbində almışdır. O,
1912-1918-ci illərdə elmin əsaslarını öyrənmişdir. Bolşeviklərin
Azərbaycana soxulması ilə əlaqədar Mirəşrəf ağanın ailəsi İraqa
köçmüş, oğlu Seyidəli Bakıya qayıdarkən bir daha xaricə
buraxılmamış, ailəsindən aralı düşmüşdür.
Azərbaycanda qaldıqdan sonra Seyidəli 1923-cü ilin
sentyabrında Lənkəranda təşkil edilmiş pedaqoji kursa daxil
olur. Kursu bitirdikdən sonra Bankə qəsəbəsinin Surra kəndində
ilk pedaqoji fəaliyyətə başlayır. 1928-ci ildə Salyanda 2-ci dəfə
axşam məktəbini bitirir. Xalq Təhsili Komitəsinin əmri ilə
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
65
Lənkəran qəzasının Kalaxan (indiki Lerik rayonunun
ərazisindədir) kəndinə müəllim təyin olunur. 1936-37-ci illərdə
Bakıda, Əhmədli qəsəbəsində, 64 №-li məktəbdə tədris hissə
müdiri, 1939-40-cı illərdə şəhər 24 saylı məktəbdə müəllim
işləmişdir.
Seyidəli müəllim 1940-cı ildə indiki АD Pedaqoji
Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olur və
müharibə başladığı üçün təhsili yarımçıq qalır.
Müharibədən sonra, 1945-50-ci illərdə Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakultəsinin ərəb dili şöbəsini
bitirir. Müxtəlif təhsil ocaqlarında müəllimlik etmişdir.
Ağazadə Seyidəli 1976-cı ildə Ali Ruhani İdarəsi tərəfindən
Sabirabad məscidinə axund təyin olunur.
Seyidəli müəllim istedadlı ziyalı, görkəmli elm xadimi,
istedadlı qələm əhli idi. Onun «Bağdad gecələri» povesti hələ
1960-cı ildə «Azərbaycan» jurnalında çаp olunmuşdur.
Qurani-Kərimin təfsirində Əli Fəhmi ilə birgə işləmişdir.
Ağazadə Seyidəli 12 oktyabr 1979-cu ildə Bakı şəhərində
vəfat etmişdir.
Seyidəlinin 6 oğlu, 3 qızı var.
HАCI İSMАYIL
Qafqaz
Müsəlmanları
İdarəsinin qazisi,
Əjdər bəy məscidinin
(«Göy» məscid) axundu
-Əlbəttə, mənim üçün Kərbəlayi Seyidəli ağa haqqında
danışmaq çox çətindir. Biz onun mərhum atası, qardaşları və
anası ərəb qızı haqqında çox eşitmişdik. Eşitmişdik ki,
Azərbaycanın bütün yerlərindən onların cəddini çağıraraq
sürülər, dəvələr, ilxı atlar nəzir edirlər, nəzirləri də qəbul
olunarmış və o sürünü, dəvələri və ya qaramalı ağanın qapısına
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
66
gətirərmişlər. Ağa isə mal sahibinə bir manata satır və beləcə
onlаrın nəzirləri də bаş tutаrmış.
Seyid Əşrəf ağa həyatını xalqın maariflənməsinə,
imkansızların işlə, torpaqla, hər cür maddi yardımla təmin
edilməsinə həsr etmiş, nə qədər yetim, bivaris, evlənə bilməyən
qızları, oğlanları ailə sahibi etmişdir. Ağanın qardaşı
Məhəmməd ağanın vəfatı zаmаnı Salyanda, rayona yaxın
bölgələrdə kəndlərin camaatı bir il hüzr mərasiminin qarasından
çıxmamışdı.
Biz 1977-ci illərin əvvəllərində axund Əlqəmə ilə Kərbəlayi
Seyidəli ağanın evinə gəldik. Mən ağanın evinə gələndə artıq 14
il idi ki, Masallının Əhmədli kəndində yaşamış və minbərə
çıxaraq mollalıq etmişdim. Gəlmişdik ki, ağa bizim dərsimizin
davamını desin.
Ağa bizə dedi: «Bala, mənim dilimdən iltizam alıblar ki, dini
dərs deməyim. Dini dərs deməyi mənə qadağan ediblər, ancaq
atam da, nəslimiz də din yolunda ömürlərini sona vurublar. Mən
də sizin elminizi təmənnasız davam etdirməyə hazıram».
Beləliklə,
Ərəb qrammatikasından, yəni Ağayi
Zəməxşərənin «Ünumüzəc» adlanan qrammatika kitabından
dərsə başladıq. (Ərəb aləmində müəllif öz kitabının adını
«Nümunə» adlandırmışdır).
Dövlət tərəfindən ağaya nəzarət edirdilər. Bütün bunlara
baxmayaraq ağa dərsi davam etdirirdi. İl yarımdan sonra Hacı
Adil Sabirabadlını da özümüzə yoldaş etdik. Biz üç nəfər tələbə
ağadan hər gün dərs alırdıq. O, həm müəllim, həm də bir ata
kimi bizim qayğımıza qalırdı. Hacı Adilin Təzə Pir məscidinin
rəisi olması və 1000-dən artıq tələbəyə dərs deməsi, Quranı
öyrətməsi «Təzihil-məsail» kitabını tərcümə etməsi Kərbəlayi
Seyidəli ağanın bərəkətindəndir.
1979-cu ilin oktyabr ayı idi. Həmin gün ki, bizə
«Ürvətülvüsqa» (Qırılmayan ip) adlanan kitabı tədris etməyi
təyin etmişdi, cümə günü idi. Biz Hacı Adilin maşını ilə adəti
üzrə dərsə getdik. Gördük ki, ağanın qapısında mafə var. İçəri
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
67
daxil olduqda gördük ki, ağa rəhmətə getmişdir. Bunu bilən kimi
mənim ürəyim getdi, həkim çağırdılar, iynə-dərmandan sonra
ayıldım.
Azərbaycanın hər yerindən axundlar, mollalar, Bakı
şəhərindən gələnlər, Salyan camaatı, ziyalılar, din xadimləri,
alimlər cəm oldular. Ağa vəsiyyət etmişdi ki, mənim qüslümü,
kəfənimi, namazımı, dəfnimi, xanımlarımın payını, balalarımın
payını İsmayıl etsin, mənim məclisimi o aparsın. Ağanın
dediklərinin hamısına layiq əməl olundu.
Biz müntəzəm olaraq ağanın Bakının Əhmədli kəndindəki
qəbristаnlığındа olan şərəfli məzarının qarşısında baş əyir, onu
öpür və ziyarətində oluruq. Ömrümün sonuna kimi də o ağanı
Allah kəlamı, Quranı-Kərimlə yad etməyi özümə borc bilirəm.
Allah ağaya rəhmət eləsin!
SEYİD MİRTƏRLAN
KƏRBƏLAYİ SEYİD MİRİŞ OĞLU
Mirtərlan ağa Salyan rayonunda seyid-peyğəmbər nəslinin
nüfuzlu nümayəndələrindən biri olub.
O, 1884-cü ildə Xalac kəndində ( yeri gəlmişkən onu da
xatırladaq ki, Xalac kəndi qədim türk ellərinin 24 boylarından
biri olan Xalac tayfasının adından yaranmışdır - red) anadan
olmuş və 1953-cü ildə haqq dünyasına qovuşmuşdur.
Məzarı Xalac kəndində, «Sarı Seydan» ocağının yanındadır.
Mirtərlan ağa hələ uşaq vaxtlarından zəhmətə qatlaşmış, öz
halal çörəyini əllərinin qabarı ilə qazanmışdır. Onun atası
Kərbəlayi Miriş də zəhmətkeş olmaqla bərabər, dövrünün
tanınmış iman sahiblərindən biri idi. Onların soy kökü yeddinci
imamımız Museyi-Kazıma gedib bağlanır. Ağa öz övladlarını da
din, Quran əhli kimi tərbiyə etmişdir. Mirtərlan ağanın 2 oğlu
olub: Mirsadiq və Miriş.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
68
Seyid Mirsadiq ağa (1924-1984) 2 oğul, 5 qız atası idi.
Miryavər, Miryasər, Mirfatimə, Mirlalə, Mirtükəzban,
Mirzəhra və Mirpüstə.
Seyid Mirsadiq sıravi işlərdən tutmuş yüksək vəzifələrə
qədər çalışıb. Həmişə camaatın hörmətini qazanıb. Mirtərlan ağa
el içərisində nüfuzlu ağsaqqal, hörmətli din xadimi kimi
tanınmışdı. Onun möcüzələri və kəramətləri də çox olmuşdur.
Mirtərlan ağanın ölümündən sonra seyid Miriş ağa atasının
yolunu davam etdirir. O həm gözəl insan, həm də xeyriyyəçidir.
Qapısında məscid də tikdirib. Miryaqub və Mirdaməd adlı
oğlanları və 5 qızı var.
Mirtərlan ağanın nəvəsi Miryavər ağa da babasının yolunu
tutub. Həyat yoldaşı Suma xanım da əhli-ibadətdir.
Seyid Miryusif, seyid Mirsaleh, seyid Mirəli, seyid
Mirsadiq adlı nəcib oğlanları, Mirəşrəf, Mirsalam və
Mirləman adlı nəvələri var.
Allah hamısını başacan eləsin.
Bu gün Miryavər ağa camaatın xeyir-şərinin yaraşığıdır.
Miryavər ağanın ən böyük arzusu xalqına xidmət və bir də
babalarının müqəddəs ocaqlarını ziyarət etməkdir. Ağa
xeyriyyəçi kimi də tələbələrə köməklik edir, kasıb-kusublara,
əlsiz-ayaqsızlara əl tutur. Dövlət tərəfindən ona tapşırılan bütün
işlərin yüksək səviyyədə həyata keçirilməsinə nail olmuşdur.
Allah köməyi olsun!
«Göyləri, yeri və onların arasındakıları altı gündə
yaradan, sonra ərşə əyləşən Allahdır. Sizin Ondan başqa
dostunuz və şəfaət edəniniz yoxdur.
Məgər düşünmürsünüz? O, göydən yerədək bütün işlərə
tədbir qılar.
Sonrа bunlаr sizin hesabınızla min il qədər olan bir
gündə Ona dönər».
(Qurаni-Kərim, «Səcdə» surəsi, аyə 4-5)
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
69
HACI SEYİD MİRTAĞI
SEYİD MİRƏZİZ OĞLU
Salyan rayonunun tanınmış seyidlərindən biri də Hacı seyid
Mirtağı ağa idi. O, 1927-ci ildə Salyan şəhərində anadan
olmuşdu. Mirtağı ağa hələ uşaqlıqdan atasını itirmiş, anası isə
yeganə oğlunu götürüb Marışlı kəndinə köçmüşdür. 5 nəfərdən
ibarət ailəyə dayısı himayədarlıq etmişdi. Valideynlərini itirən
Mirtağının ailəsini dayısı 2-3 il Lerikdə saxlamışdır. Ağa orta
məktəbi bitirdikdən sonra kolxozda işləmişdir. Müharibə
qurtarandan sonra Mirtağı ağa dəmir yol stansiyasında qatar
bələdçisi vəzifəsində çalışmışdır. Ağa Marışlı kəndindən olan
Faxranisə Əliqulu qızı ilə evlənmişdir. Onların 8 övladı
olmuşdur: Mirağa, Mirəziz, Mirmehdi, Mirnağı, Mirsəidə,
Mirdürrə, Mirməsmə, Mirsəkinə.
Mirtağı ağa Allahın sevimli və səbrli bəndəsi idi. Ağanın bir
oğlu Mirağa 39 yaşında maşın qəzasında, Mirsəidə isə 25
yaşında xəstəlikdən, Mirmehdi isə 26 yaşında ürək
çatışmazlığından dünyalarını dəyişmişlər. Dərdin ağırlığına
baxmayaraq, o, Allahın işinə şükr etməkdən başqa bir çarə
bilmirdi. Qalan övladları isə valideynlərinin adına layiq
əməlləriylə xalq yanında hörmətlə anılırlar. Bu gün Mirtağı
ağanın 14 nəvəsi və bir nəticəsi var. Hacı Mirtağı ağanın soy
kökü imam Əli ibn- Əbu Talibin nəslindəndir.
Mirtağı ağa 1995-ci ildə Məşhəd, Kərbəla, 1996-cı ildə
nahiyyə qazisi Hacı Salmanın köməkliyi ilə Həcc ziyarətində də
olmuşdur.
Uşağı olub qalmayan valideynlərdən Seyid Sadıqlı kənd
sakini Sürayyə xanım oğlu Elmirin həyatda qalmasını bir
möcüzə kimi ağanın adı ilə bağlayır.
Ağanın qızı Mirməsmə xanım (onu da xatırladaq ki,
Mirməsmə xanım da atası kimi ilahi vergi sahibi, dili tutulanlar,
qorxu keçirənlər, ağzı əyilənlər, övlad üzünə həsrət qalanlar və
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
70
neçə-neçə naümid xəstə onun şəfalı əlləri ilə nicat tapır) qardaşı
Mirmehdinin ölümünü belə xatırlayır:
- Xocalı hadisələri televizorda göstərilən vaxt Mirmehdinin
qəflətən ürəyi dayandı. O, çox vətənpərvər, xalqını sevən bir
insan idi. Onun özündən sonra bir qız nişanəsi qaldı. Allah
bütün dünyasını dəyişənlərə rəhmət eləsin!
M
IRMEHDININ HƏYAT YOLDAŞI
Ş
AHINƏ XANIMIN DEDIKLƏRINDƏN
- 1990-cı ildə bu evə gəlin gəlmişəm. Ancaq tale belə
gətirdi, həyat yoldaşımı vaxtsız itirdim. Mirmehdi öz dünyasını
Vətən eşqinə təslim etdi. Vətənimizin bütövlüyü üçün canından
keçən bütün şəhidlərimizin Allah-təala axirət dünyasını versin,
qəbrini nurla doldursun.
Mart ayının 8-ində qızımız Miryaqut dünyaya göz açdı, atası
isə martın 12-də dünyasını dəyişdi.
Ağa özü isə 2003-ci ildə rəhmətə getdi. Allah rəhmət eləsin!
«D
INƏ NAIL OLMAĞIN
ƏSASI PIS ƏMƏLLƏRDƏN
ÇƏKINMƏKDIR
».
SEYİD MİRNADİR MİRQULAM OĞLU
Sаylаn, Dəmiryol qəsəbəsi,
1933-cü il təvəllüdlü el аğsаqqаlı
Seyid Mirnadir seyid Mirqulam oğlu
Seyid Mirqulam seyid Mirəsədulla oğlu
Seyid Mirəsədulla Məşədi seyid Mirsadıq oğlu
Məşədi seyid Mirsadıq Kərbəlayi seyid Mirzəkəriyyə oğlu
Kərbəlayi seyid Mirzəkəriyyə seyid Bədəl oğlu
Seyid Bədəl Məşədi seyid Mirmurtuza oğlu
Məşədi seyid Mirmurtuza seyid Mirzəkəriyyə oğlu
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
71
Seyid Mirzəkəriyyə seyid Mirhaşim oğlu
Seyid Mirhaşim seyid Sadıq oğlu
Bu insanlar soy kökü imam Bimari-Zeynalabidinə bağlanan
seyid Mirnadir ağanın nəsil şəcərəsidir.
Bütün el-oba yaxşı bilir ki, Аğа Mirbаğır аğа Salyanın
fəxridir. Onun barəsində günlərlə danışsaq, qurtarmaz, çünki o,
öz elmi, biliyi, təfəkkürü ilə dərya timsallı bir insan olub.
Eşitdiyimə görə, onun ən müsbət xüsusiyyətlərindən biri də o
dövrdə yeni əmələ gələnləri, elmi, biliyi olanları önə çəkib xalqa
tanıtdırması olmuşdur. Yaxşı dərin zəka, böyük ürək sahibləri
belə edə bilərlər. Dediyimə misal olaraq, yaşlı nəslin
nümayəndələrindən eşitdiyim və çox böyük tərbiyəvi
əhəmiyyətə malik olan və Аğа Mirbаğır аğаnın nə qədər
uzaqgörən bir insan olduğunu göstərən söhbəti nəzərinizə
çatdırmaq istəyirəm.
O, özünün söhbətində bildirdi ki, mən 1941-1945-ci illərdə
Yardımlı, Lerik rayonlarına çox gedərdim. Günlərin bir günü
həmin ərazilərdə olarkən bir dostum mənə onunla bir məclisə
getməyimi xahiş etdi. Çox sanballı olan məclisə uca boylu,
nurani görkəmli Rahib adında şəxs də gəldi. Hamı ayağa
qalxaraq el ağsaqqalına hörmətlə yer göstərdi. Həmin Rahib
deyilən qoca keçib məclisin yuxarı başında əyləşdi. Hamı ilə
salamlaşdıqdan sonra üzünü mənə tutdu ki, «oğlum, bəs sən
kimlərdənsən?». Mənim dostum bildirdi ki, «Qonaq Arandandı,
yəni Salyan uyezdindən», o vaxtlar Xıllı da Salyan uyezdinin
tərkibində idi. Həmin şəxs təkrar olaraq mənə müraciət etdi –
«Salyan uyezdində kimlərdənsən?». Mən cavab olaraq bildirdim
ki, «Mirbağırın oğluyam».
Mənim cavabımı eşidən qoca: «Sən Аğа Mirbаğır аğаnın
oğlusan? “- deyə soruşdu:
- Xeyr, mən Mirbağır oğlu Mir Qasımam. Аğа Mirbаğır
аğаnı isə tutub apardılar.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
72
Bu cavabdan Rahib kişi çox pərişan oldu və üzünü məclisə
tutub belə söhbət elədi:
- Mən gənc vaxtımda Nəcəfül-Əşrəfə oxumağa getdim və
mədrəsəyə daxil oldum. Həmin mədrəsəni bitirməyə az qalmış
ustadi-müəllimimiz 3 gün dərsə gəlmədi. Biz tələbələr onun nə
üçun dərsə gəlmədiyini öyrənmək məqsədi ilə evinə getdik.
Ustadi-müəllimimizlə söhbətdən sonra bildirdi ki, «Arandan
Аğа Mirbаğır аğа adlı çox yüksək mənəviyyata malik olan
tələbəm var idi. Onun elmi-biliyi hamımızı valeh etmişdi. Bu
gün 3 gündür ki, o, mədrəsəni bitirib getmişdir və onun
gedişindən çox pərişan olduğumdan mən 3 gündür evdən
çıxmıram». Belə insanlar 100 ildən bir dünyaya gəlirlər. Aran
bölgəsi fəxr etməlidir ki, burada Аğа Mirbаğır аğа kimi insan
dünyaya gəlib. Bir də ağsaqqallardan eşitmişəm ki, 1937-ci ildə
Аğа Mirbаğır аğа onu danışdıran müstəntiqdən soruşub:
- Sənin əvvəlin kim olub?
- Heç kim.
- Bəs sən onda nə olacaqsan?
- Heç nə.
Bu cavabları eşidən Аğа Mirbаğır аğа özünəməxsus
təmkinlə cavab verib:
- Bir insan ki, əvvəlinin və sonunun nə olduğunu bilməyə,
onunla danışmağa dəyməz.
Bəli, Аğа Mirbаğır аğа harada olmasından asılı olmayaraq
öz ləyaqətini uca tutmuş, vüqarlı olmuşdur.
P.S. Tərki-dünya ömür sürən filosof Diogen.
Bir dəfə oturub özünü günə verərkən orаdаn keçən İskəndər
filosofа qəzəblənir. Diogen ondаn soruşur:
- Sən kimsən?
- Mən imperаtor İskəndərəm.
- Sonrа kim olаcаqsаn?
- Dünyаnın yiyəsi!
- Sonrа kim olаcаqsаn?
- Heç kim!
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
73
- Mən elə indi o heç kiməm! Mаne olmа, günəşin
qаbаğındаn çəkil!
Ulu babaları Abbasilər sülaləsinin hökmdarı Mənsurun
zülmündən baş götürüb Hindistanın Corağa mahalına qaçıblar.
Nadir şah taxta çıxandan və seyidlərə qarşı təzyiqlər kəsiləndən
sonra bu nurlu nəslin nümayəndəsi seyid Sadıq ağa Azərbaycana
köçmək qərarına gəlir. Seyid Sadıq ağa həm müqəddəs bir
seyid övladı, həm də bacarıqlı tacir, iş adamı idi.
Günlərin bir günü ağa Hindistandan gəlmiş bir tacirlə tanış
olur. Söhbət zamanı öyrənir ki, Azərbaycanın Aran bölgəsində –
Salyanda balıqçılıqla məşğul olmaq üçün yaxşı, münbit yerlər
var. O, Lənkərana, sonra isə Kürün Xəzərə töküldüyü yerə gəlib
çıxır. İndiki «Xurşud» deyilən yerlər o vaxtlar bom-boş sahələr
idi. Qarşıda, qiblə tərəfdə Xarabakənd adında bir oba vardı.
Həmin ərazidəki dərin qobunun içi ilə su axırdı. Həmin su
Qaraquş deyilən bir yerdə, Lopatində Xəzərə qovuşurdu. Heç
kəs o yerlərdən istifadə etmirdi.
Seyid Sadıq ağa həmin yerdə vətəgə qurur. Artıq bir neçə
ildən sonra işləri tam qaydaya düşür, çoxlu var-dövlət qazanır.
Həmin ərazinin həm də heyvandarlıq, əkinçilik üçün əlverişli
olduğunu görüb Marışlı və Quyçu arasında olan boş yerləri satın
alır və orada məskən qurur.
Ağanın dostları, tanış-bilişləri tez-tez onun ziyarətinə
gələrdilər. «Gedək seyid Sadıqgilə» deyə insanlar tez-tez ona
pənah gətirərdilər. Bu qayda ilə həmin kənd sonralar Seyid
Sadıqlı adlanmağa başladı. İllər keçdikcə kənd də böyüyür,
seyid Sadıq ağanın nəsli də artır-çoxalır.
Azərbaycanda Şura hökuməti qurulandan sonra böyük var
dövlət sahibi olan seyidlərimiz kimi seyid Sadıq ağanın
törəmələri – Mirqulam ağa da təzyiqlərə məruz qalır. Nəhayət,
1942-ci ildə seyid Mirqulam dəmiryol stansiyasına köçməyə
məcbur olur.
Seyid Mirqulam ağa 1965-ci ildə rəhmətə gedir və Seyid
Sadıqlıda atasının və 20-ci illərdə rəhmətə getmiş əmisi Məşədi
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
74
Miryəhyanın yanında dəfn edilir. Bu nurlu ağaların dilindən və
işindən inciməyən xalq onların qəbri üzərində gümbəz ucaldır
və həmin müqəddəs məkan camaatın ziyarətgahına çevrilir.
Seyid Mirqulam ağanın 5 övladı var: Mirməsmə, seyid
Mirnadir, seyid Mirsədir, Mirvari və seyid Mirhəbib.
El ağsaqqalı, heç nəyə baxmadan öz sözünü şax üzə deyən,
el-obanın dərin hörmət bəslədiyi seyid Mirnadir ağa 1933-cü
ildə Seyid Sadıqlı kəndində anadan olmuş, 1942-ci ildə dəmiryol
stansiyasına köçmüşdür. Uzun müddət dəmiryol stansiyasında
sıravi işlərdə çalışıb. Kiçik yaşlarından qocalarla oturub-durur,
onların hikmətlərini, müdrik kəlamlarını öyrənərdi. Ağa
həqiqətən böyük hikmət, kəramət sahibidir. Özü də şair təbiətli
ağalarımızdandır. Hər sözü məntiqli, kəsərlidir:
Yoxdan xilqət etdin bu kainatı,
Üstündə yaratdın böyük Adəmi.
Həvvanı bəxş etdin Adəm babama,
Məni də gətirdin fani dünyaya.
Aciz körpə idim, taqətsiz insan,
Yox idi taqətim qalxam o zaman.
Həqdən əmr oldu ata-anaya,
Övlad məhəbbətilə basdı bağrına.
***
Həyat nemətini mən dadmamışdım,
İlk dəfə anamın döşündən daddım.
Böyüyüb ərsəyə mən çatan zaman,
Qüvvələr alındı ata-anadan.
Bilmədim biçarə necə qocaldı,
Ata qocalsa da, güc oğulda qaldı.
***
Çalış, ey vücudum, haqqın yolunda,
Gördüyün işlərə el rəhmət desin.
Eyləmə nadanlıq haqqın yolunda,
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
75
Gördüyün işlərə el lənət desin.
***
Bir gün olar mən də köç eyləyərəm,
Qismət olsa el çiynində gedərəm.
Qaranlıq məzarda pənci-əladan
Köməklik rəmzini ondan dilərəm.
Mirnadirəm, başda ikən əqilim,
Kor olsun gözlərim, getsə əqilim.
Deyir ki, həyatda üç böyük borcum var:
Biri canımdır ki, Allaha borcluyam. Nə qədər ömür sürürəm,
Allaha minnətdaram. İkinci, ustadıma borcluyam. Elmim,
əxlaqım, davranışım, həyatda qazandığım uğurlar ustadlarımın
adı ilə bağlıdır. Həyatda atdığım səhv addımlar isə özümə
məxsusdur. Deyir ki, Allah-təala yoxdan var yaradandır, biz isə
varı kəşf edirik.
Ağa Sovet hakimiyyətinin islam dininə vurduğu ziyanları
heç cür unuda bilmir. Deyir ki, o quruluş bizə hər cür nemət
versə də, mən onu qəbul etmirdim. Çünki o bizə yalan
danışmağı öyrətdi. Əli (ə) buyururdu ki, qorx o insanlardan ki,
xırda yalanları saymazlar. Amma onlar dərk etməzlər ki, yalanın
böyüyü-kiçiyi olmaz.
Xeyirxah əməllər sahibi olan seyid Mirnadir ağa 1987-ci ildə
dədə-baba yurdunda - Seyid Sadıqlıdakı camaatla əl-ələ verib
köhnə, dağılmış məscidin yerində altıguşəli məscid inşa etdirdi.
Məscid istifadəyə veriləndən sonra - 1988-ci ildə stansiyanın
camaatı tez-tez ağanı sorğu-suala tutardılar. Deyərdilər ki, ağa,
sən Seyid Sadıqlıda cəmisi 9 il yaşamısan. Stansiyada isə 46
ildir ki, yaşayırsan. Necə olur ki, ömrünün çox az bir hissəsini
yaşadığın kənddə məscidi bərqərar etdirirsən, amma uzun illər
ömür sürdüyün stansiyada məscid inşa etdirmirsən?
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
76
Cəmiyyətin bu iradı ağaya bərk təsir etdi. Xalqın arzusunu,
iradını nəzərə alan seyid Mirnadir ağa öz həyətinin yarısını
kəsərək burada camaatın köməkliyi ilə gözəl bir məscid tikdirdi.
... Deyirlər ki, məşhur memar Əcəmi Möminə Xatun
türbəsini tikib başa vurandan sonra öz işinə heyran qalır. «Allah-
təala mənim kimi ikinci Əcəmi yaratmayacaq»-deyə
qürrələndiyi vaxt bir hamilə qadın onun yanından keçirmiş.
Onun bu sözlərini eşidən qadın təəccüblə Əcəminin sifətinə
baxır. Onun baxışını dərk edən Əcəmi: mənim Allahım, məni
əfv et, memarı yaradan memar var, - deyir və alnını möhürə
qoyub Allaha - öz memarına səcdə eləyir.
Mirnаdir аğа söyləyir: аtаsı Mirqulаm nəql edirdi ki, Аğа
Mirbаğır аğаnın bаcısı Mirgövhər 30-cu illərdə rəhmətə
getmişdi. Yаğаn leysаn yаğış isə imkаn vermirmiş ki,
Mirgövhər xаnımın cənаzəsini bаsdırsınlаr. Bu hаldа Аğа
Mirbаğır аğа əllərini göyə qаldırıb Аllаhа duа edərək buyurur:
«Pərvərdigаrа, bizə imkаn ver mərhumu dəfn edək». Nəql
edirlər yаğış kəsir və mərhumu аpаrıb bаsdırırlаr. Mərhumu
bаsdırıb evə qаyıtdıqdаn sonrа leysаn təzədən yаğmаğа bаşlаyır.
Seyid Mirnadir ağanın qardaşları seyid Mirsədir və seyid
Dostları ilə paylaş: |