Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix03.02.2017
ölçüsü2,57 Mb.
#7370
1   2   3   4   5   6   7   8   9   ...   15

böyük rolu olmuşdur. 
Şəhərin Seyidlər məhəlləsində yerləşən, müxtəlif dərman və 
preparatlar saxlamaqdan ötrü anbar kimi istifadə edilən 
müqəddəs məscidimizdən bəlkə 
də indiki nəslin 
nümayəndələrinin xəbəri yoxdur, yaxud da binanın vaxtı ilə 
Allah evi olmasını heç ağıllarına belə  gətirmirlər. Çünki 
məscidin fəaliyyəti 1929-30-cu illərdən dayandırılmışdır. 
Hündür və  əzəmətli görünən məscidin minarəsi sökülmüşdür. 
Çöl divarında, mehrabın üstündə  ərəb dilində olan kitabə 
məscidin kim tərəfindən tikilməsi ilə  əlaqədar yuxarıda 
söylədiyimiz fikri təsdiq edir: «Bu məscidin binası qoyulub 
Hacı Tağı  Kərbəlayi Hüseyn bəy  oğlu tərəfindən, rəbiəl-axır 
ayında, hicri 1326 ildə» (Miladi 1908-ci il, aprel ayında-red). 
Şilli məhəlləsinin məscidi kimi tanınan tikili bu günə qədər 
qalsa da, baxımsızlıq üzündən köhnəlmişdir. Çox keyfiyyətlə və 
incə zövqlə tikilən məscidə zaman və təbiət nə qədər əl çəksə də, 
gözəlliyi və orijinallığı ilə başqa tikililərdən seçilir. Məscidin 
fəaliyyəti 1929-cu ildə dayandırılmış və onun bir hissəsi sökülüb 
yerində küçə salınmışdır. Binanın divarlarında yazı və müəyyən 
bir qeyd aşkar edə bilmədik. Lakin məhəllənin ixtiyar qocaları 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
53
onun tikilməsini də Hacı Tağının adı ilə bağlayırlar. Təxminən 
1911-12-ci illərdə tikilməsi güman edilən məscidin sağ 
tərəfindəki  şəbistan hissəsində  mədrəsə olmuşdur. Burada 
Kərbəlayi Molla Hüseyn, Molla Abısəməd, Molla 
Əbdülhəsən, Molla Əziz kimi savadlı mollalar dərs demişlər.  
Şəhər kolxoz bazarında yerləşən məscid də öz orijinallığı ilə 
seçilir. Məscid keçən  əsrin ikinci yarısı  və bizim əsrin 
əvvəllərində Salyanın varlı tacirlərindən biri olan Hacı  Səməd 
tərəfindən tikilmişdir. Binanın 24 metrdən ibarət olan minarəsi 
sökülmüşdür. Hazırda minarənin təxminən 12 metrə çatan qalığı 
durur. Binanın divarlarında kitabəyə rast gəlməsək də, yaşlılar 
məscidin Birinci Dünya müharibəsi başlanan vaxt, yəni 1914-cü 
ildə açıldığını bildirirlər. Təxminən 400 nəfərə qədər adam üçün 
nəzərdə tutulmuş məscid həm də mədrəsə olmuşdur. Burada dini 
təhsili olan və xalq arasında «ruhani» adı ilə tanınan  Molla 
Məmməd dərs demişdir.  
 
Sahib Həsənov, tarixçi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
54
«SARI  SEYDAN»  OCAĞI 
 
Sаlyаnın müqəddəs ocaq və pirləri arasında «Sarı Seydan» 
ocağı da mühüm yer tutur.  
«Sarı Seydan» ocağının tarixi barəsində 2 ehtimal var: 
1721-ci ildə rusların Azərbaycana basqını zamanı  İrandan 
seyidlər müsəlman bacı-qardaşlarının köməyinə  gəlmiş, (Sali 
Seydan, yəni seyidlər ili) düşmən basılmış, lakin onların rəhbəri, 
seyid Saləddin döyüşdə qəhrəmancasına şəhid olmuş və o Xalac 
kəndində dəfn edilmişdir.  
İkinci ehtimal isə aşağıdakından ibarətdir: M.S.Ordubadinin 
«Qılınc və  qələm» romanında belə bir epizod var: şəhid olmuş 
bir  ərəb mücahidini-imamın yaxınlarından birini Şeyx Nizami 
Gəncəvi Salyanın Xalac kəndi  ətrafında dəfn edir. O şəhid, 
qərib, islam uğrunda  şəhid olmuş  cəngavərin adı Sarı Seydan 
imiş.  
Elə o vaxtlardan da xalq bu qəribin, imamımızın 
əshabələrindən olan Sarı Seydanın qəbrini ziyarətgaha çevirmiş, 
insanlar bu müqəddəs ocağa, Allahın dərgahına üz tutaraq, öz 
niyyət və diləklərinin qəbul edilməsi üçün dualar etmişlər. 
Bu gün «Sarı Seydan» ocağına iman gətirən yüzlərlə  xəstə, 
dilək, niyyət sahibləri Allah dərgahına üz tutanda xalqımızın 
qeyrətli oğullarının da ölənlərinə  rəhmət, özlərinə can sağlığı 
diləyirlər. Minlərlə insanın dua etdiyi, alqış elədiyi o nurlu 
insanlar bu müqəddəs yeri abadlaşdırmış, ocağın üstünü 
götürmüş, ziyarətə  gələnlər üçün hər cür şərait yaratmışlar. 
Namaz qılmaq, dəstəmaz almaq, qurban kəsmək üçün ayrıca 
otaqlar tikilmiş, bura ziyarətə  gələnlərin dincəlməsi üçün 
rahatlıq yaradılmışdır. 
Adının çəkilməsini istəməyən o xoşbəxt insanlara qibtə  də 
edirsən... Böyük savab qazanmış o qeyrətli insanlara biz də üz 
tuturuq. Allah ölənlərinizə min rəhmət eləsin, sizi xatadan-
bəladan, mərdiməzardan uzaq eləsin.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
55
«Sarı Seydan» ocağı  sınanılmış ocaqlarmızdandır. El-oba 
bura həmişə ailəsi ilə birlikdə ziyarətə  gəlir. Allah onları  və 
bütün iman sahiblərini darda qoymasın, «Sarı Seydan» ocağı 
onların yolunu daha da nurlu etsin.  
 
ZАKİR  İBRАHİMOV 
Qırxçıraq kənd sakini 
Mən hər il bu ocağa gəlirəm. Oğlum Türkiyədə təhsil alırdı. 
«Sarı Seydan» ocağına niyyət etmişdim ki, oğlum sağ-salamat 
qurtarıb, Vətənə qayıtsın, qurban kəsim. Niyyətim qəbul olub. 
Allah bütün niyyət sahiblərinin  аrzusunu ürəyində qoymasın. 
«Sarı Seydan» köməklərinə çatsın.  
«Sarı Seydan» ocağına axund, gənc islamşünas, ağır seyid 
nəslindən olan Əlisəf Abbasov nəzarət edir, burada dini ayin və 
adətlərə tam riayət edilməsinə çalışır.  
Gənc olmasına baxmayaraq, onun başı çox bəlalar 
çəkmişdir. Seyid Əlisəf torpaqlarımızın azadlığı  uğrunda 
döyüşlərdə  iştirak edib. Şuşada - 1988-ci ildə Kövhər ağa 
məscidinin açılışı zamanı o vaxtkı  bərbad məscidin minbərinə 
qalxmış, azan vermişdir.  
Sonralar o Salyanın görkəmli  din xadimləri  Аxund Hacı 
Salmanın, Axund Əlqəmənin  yanında islamın sirlərini 
öyrənmiş, kamillik zirvəsinə çatmışdır.  
Onu da qeyd edək ki, Əlisəfin anası seyid Kübra bel-kürək 
seyidlərindən olan seyid Mirsadiq oğlu seyid Rza ağanın 
törəməsidir. 
Əlisəfin bir qızı var: Mirkübra.  
Bu gün seyid Əlisəf öz ustadlarının, müəllimlərinin yolunu 
layiqincə davam etdirir. «Sarı Seydan» ocağına gələnlərin 
hamısı ondan razılıq edir. 
«Yumşaq rəftarda xeyir, yaxşılıq və  bərəkət vardır, 
mülayim rəftar etməyən xeyirdən məhrum olur. Həmişə 
xeyir söz söyləyin,  şər sözlərdən uzaq olun». (Qurani-
Kərimdən bir аyə). 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
56
Dəfələrlə bölgəmizdə olarkən xeyriyyəçilərimizin məscidlər 
tikdirdiyinin  şahidi olmuşuq. Lakin Salyanda, Ərəb Bəbirxanlı 
kəndindəki məscidin xuddamı  Hаcı  Ağahüseyn kişi başqalarından 
seçilir.  
O, el arasında öz zəhmətsevərliyi, vətənpərvərliyi, səxavəti, 
ədaləti ilə tanınmış insandır.  İmkansızlara, yetim-yesirə  əl tutmağı 
özünə müqəddəs borc hesab edir.  
Hаcı  Ağahüseyn Səfərov hələ o qanlı-qadalı günlərdə, 20 
Yanvarda Bakıda təcavüzə  məruz qalmış  oğul və  qızlarımıza ilk 
yardım aparan, şəhidlərimizin matəm mərasimini təşkil edənlərdən 
biridir.  
Onu da xatırladaq ki, bu məscidin yenidən tikilib ərsəyə 
gəlməsində Ağahüseyn kişi çox əziyyətlər çəkib.  
Söhbət təkcə  mənəvi  əzab-əziyyətlərdən getmir. O qeyd edir ki
məscidin tikilməsində Salyanın, Neftçalanın,  ətraf yerlərin qeyrətli 
oğullarının, xüsusən B.Leysanov, Q.Həsənov,  Ş.Salmanov, 
S.Salmanov,  Ş.Qədirov, G.Salmanov  və o cümlədən digər 
oğullarımızın böyük zəhməti olub. Amma yenə  də  əsas yük 
Ağahüseyn kişinin boynuna, onun balalarının, kənd sakinlərinin 
çiyninə düşüb, məscidin inşasını 1989-cu ildə başlyıb, 2000-ci ildə 
başa çatdırıb. 
2003-cü il sentyabr ayının 24-də  Həzrəti Məhəmmədə (s) 
Peyğəmbərlik verildiyi gün məscidin dövlət qeydiyyatına alınması 
mərasimi keçirildi.  
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı 
Yusif  Ələkbərov,  şöbə müdiri Şəmsəddin müəllim,  Dini 
Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi, islamşünas 
alim Mustafa İbrahimov, Komitənin Salyan üzrə nümayəndəsi, 
fəlsəfə elmləri namizədi  Tərlan Quliyev, Əli Bayramlı  şəhər 
məscidinin axundu  Məşədi  Əvəz,  rayon sakinlərindən  Seyid 
Mirnadir ağa, Məşədi Fəridə, Əvəz müəllim və başqaları çıxış 
edib məscidlə bağlı ürək sözlərini dedilər. 
Tədbirin sonunda Dini Qurumlarlа  iş üzrə Dövlət 
Komitəsindən göndərdirlmiş müqəddəs «Quran» kitabları  və 
müəllifi olduğu kitablar görüş iştirakçılarına hədiyyə edildi.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
57
Hər gün bu müqəddəs məscidə onlarla adam pənah gətirir. 
Xəstəsi olan, nəzir deyən məscidə ziyarətə gəlir, niyyətləri qəbul 
edildiyi üçün Allaha dua edirlər.  
Biz orada olarkən Neftçaladan Surma xalanın  sudurğa 
keçirən oğlunun sağalması üçün bu məscidə  nəzir dediyinə, 
niyyəti qəbul olduğuna görə iməkləyə-iməkləyə  məscidə 
gəldiyinin, sevindiyindən ağladığının şahidi olduq.  
İllərlə övlad üçün tamarzı olan, Biləsuvar rayon sakini 
Gültəkinin yuxusuna bu məscid girir. Axtara-axtara bu məscidi 
tapır. Ziyarətə gəlib niyyətinə çatır.  
Onu da xatırlayaq ki, bu məscid üç dəfə tikilmişdir. Birinci 
tikilişi xatırlayanlar dünyasını  dəyişmişdir. Amma ikinci dəfə 
məscidi  Səməd bəy  tikdirmişdir. O, dövrünün varlı-karlı 
kişilərindən biri olub. Bu məscidi də  Аğа Mirbağır ağa ilə 
məsləhətləşdikdən sonra tikdirib. 
Səməd bəy Həccə getmək istəyir, odur ki, Аğа Mirbağır 
ağanın yanına məsləhətə gedir. Ziyarətinin məscidin 
tikdirilməsində görən  Аğа Mirbağır ağa onun gətirdiyi 5 kq 
qızılı üç yerə bölür və bir hissəsini Səməd bəyin özünə verir, bir 
hissəsini kasıb-kusublara,  əlsiz-ayaqsızlara xərcləməsini və bir 
hissəsini də  məscidin tikdirilməsinə  sərf edilməsini məsləhət 
görür.  
Səməd bəy də  ağanın məsləhətinə qulaq asır. O, Ərəb 
Bəbirxanlı kəndindəki müqəddəs yerdə məscid tikdirir, məscidin 
daşının üstünə  də öz adını yazdırır:  (hicri-qəməri tarixi ilə 
1332, miladi tarixi ilə 1911-1912-ci illər. Kərbəlayi Səməd 
Kərbəlayi Cəbrayıl oğlu).  
Deyirlər ki, bu yerdə X əsrdə  İslamın Azərbaycanda 
yayılması zamanı şəhid olmuş iki nəfər mücahid, imamlarımızın 
yaxınları dəfn edilib. Elə o vaxtdan da bu yer yaxın-uzaq ellərin 
iman yeri olub.  
Hаcı  Ağahüseyn hələ 1918-1919-cu illərin erməni rus 
qüvvələrinin  Ərəb Bəbirxanlıya qədər gəlib çıxmasını 
atasının söylədiklərindən xatırlayır: 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
58
- Ermənilər üç gəmi ilə Bakıdan Bankəyə  gəlib çıxır, Diro 
dağında dinc əhalini qırırlar. Silahsız camaat naəlac qalır, arvad-
uşağı  kənddən Salyana köçürməyə başlayır. Bankədən Salyana 
qədər camaat didərgin düşür. Bu zaman Seyid Mirbağır ağa, 
Mirəşrəf ağa, Mirhəşim ağa və başqa hörmətli din xadimləri 
türklərə  xəbər göndərir.  Əli silah tutanlar ağaların çağırışına 
yığılır. 
Türk komandirlər - Ənvər paşa, Nuru paşa,  İsmayıl paşa, 
Ramazan paşanın başçılığı ilə türk əsgərləri köməyə  gəlirlər. 
Kurqaraqaşlının cənub tərəfində mövqe tuturlar. Onların bir 
topları da olub. Paşalar ağaların yanına gələrək qüvvələrinin, 
silahlarının az olduğunu bildirirlər. Ağalar da deyir ki, biz də 
varıq, hələ ki, ölməmişik. Camaata müraciət edirlər. Ağaların 
başına onlarla silahlı adam yığılır. Camaat Ərəb Bəbirxanlıdan 
bir az aralıda pusquda durur. Gözləməyə başlayırlar. Nuru paşa 
tapşırır ki, mənim işarəm olmadan bir nəfər də atəş açmasın.  
Bu vaxt ermənilər xəbər göndərirlər ki, Salyana girəndən 
sonra Mirbağır ağanı  gəminin dаr ağacından asacağıq. Ağa da 
onlara cavab göndərir ki, sizin kimilərin heç dırnağı da bu 
torpağa dəyməyəcək...  
Ermənilər yavaş-yavaş irəliləməyə başlayırlar. 30-40 metr 
qalmış Nuru paşa işarə edir və ermənilərin hamısını darmadağın 
edirlər.  Məşədi Nağı  İsmayıl oğlu, Nəzir Ağayar oğlu, 
Ağababa Hüseyn oğlu, Həşim  Ələsgər oğlu, Məşədi 
Məhəmməd oğlu  şəhid olmuş,  Əli Kərbəlayi Hüseyn oğlu, 
Məcid  İslam oğlu, Abbas Aslan oğlu xüsusi qəhrəmanlıq 
göstərmişlər. 2004-cü ildə  Hаcı  Ağahüseyn öz şəxsi vəsaiti 
hesabına məscidin həyətində onların xatirəsinə abidə kompleksi 
ucaltmışdır.  
Həmin döyüşdə türklər Mirbağır ağaya fəs və üçatılan tüfəng 
bağışlamışlar. Həmin döyüşdə  Hаcı  Ağahüseynin atası  Əli 
Səfərov da iştirak edib.  
30-cu illərdə  həmin məscidi sökmək istəyirlər. Sökmək 
istəyənlərdən 2 nəfəri yuxarıdan yıxılaraq qol-qıçlarını 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
59
sındırırlar. Sonradan məscidi sökməyə traktor göndərirlər. 
Traktor məscidin divarlarının bir metrində sönür. Buna 
inanmayan rayon rəhbəri gəlib özü şahid olur və  çıxıb gedir, 
məscidə toxunmamağı tapşırır.  
Sonralar məscidi anbar edirlər. Arаdan xeyli keçmiş məscidi 
yenə  də sökmək istəyəndə qapının üstündəki  şəklin qeybdən 
həkk olunmasına inanmayanlar, şəklin rəsmini bıçaqla 
qaşıyanda dəhşətli hadisə, möcüzə baş verir. Şəkildəki 
yaralanmış insanın yara yerindən həqiqi qan axmağa başlayır. 
Bununla da daha heç bir şeyə toxunmurlar və  məscid bərbad 
hala düşənə  qədər toxunulmaz qalır. Bunu o vaxtın fəal 
kommunistlərindən olan Ərəstun Manafov ölümündən əvvəl, bu 
yaxınlarda açıb danışdı. Bunu Qardaşbəyli kənd sakini, el 
ağbirçəyi, dünyanın hər üzünü görmüş, bir çox hadisələrin 
şahidi olmuş Mina xala da təsdiq etdi.  
Kərbəlayi Ağahüseyn: 
- Keçmişdə Salyan rayonu «Darülmöminin diyarı» kimi çox 
yüksək bir ad qazanmışdı. Amma təəssüf ki, Sovet hakimiyyəti 
illərində bu ad qismən kölgədə qalsa da, Allaha çox şükür ki, 
rayonun nurlu ağsaqqalları, o cümlədən Hacı Salman, Hacı 
Əlqəmə, Hacı Oqtay, seyid Mirnadir ağa kimi nüfuzlu din 
xadimlərimizin sayəsində yenə də öz əvvəlki şöhrətini bərpa edə 
bilmişdir.  
İnanırıq ki, qədirbilən xalqımız Kərbəlayi Ağahüseyn kimi 
xeyirxah  əməl sahiblərinin xidmətlərini heç vaxt unutmayacaq, 
həmişə onunla fəxr edəcəkdir.  
 
«KASIBLAR  AĞASI» 
 
 «Darülmöminin  diyarı» olan Salyan torpağı  nəcib el 
ağsaqqalları, nurlu seyidləri ilə tanınır.  
Onlardan biri də Seyid Mirhəşim ağadır.  
Seyid Mirhəşim ağa 1870-ci ildə Salyan şəhərində, seyidlər 
məhəlləsində ruhani ailəsində anadan olmuşdur. Hələ kiçik 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
60
yaşlarından atasından ərəb və fars dillərini öyrənmiş, müqəddəs 
kitabımız «Qurani-kərim»i  əzbərdən mənimsəmişdir. Onun 
hafizəsinin belə qüvvətli olması  hаmını heyrətə  gətirmişdi. 
Nəhayət, 1898-ci ildə onu ali ruhani təhsili almaq üçün Nəcəfül-
Əşrəf şəhərinə göndərirlər.  
Mirhəşim ağa Nəcəfdə 15 il təhsil aldıqdan sonra ali dini 
rütbə alır, həmin  şəhərdə  də ailə qurur. O, bir müddət Nəcəfdə 
yaşadıqdan sonra ailəsi və 2 uşağını götürüb doğma vətəninə, 
Salyan  şəhərinə  gəlir. Çox keçmir ki, övladının biri rəhmətə 
gedir. Həyat yoldaşı o biri uşağı götürüb öz məmləkətlərinə 
getmək istəyir. Bunu görən Mirhəşim ağa öz ailəsini götürüb 
Nəcəf şəhərinə qayıdır. Orada bir neçə il qaldıqdan sonra həyat 
yoldaşı da dünyasını  dəyişir. Mirhəşim ağa daha orada qalmaq 
qərarından daşınaraq oğlunu götürüb Salyana qayıtmaq istəyir. 
Dostlarına məktub yazıb bildirir ki, həyat yoldaşım vəfat edib, 
indi daha Salyana qayıdıram. Bundan agah olan dostları  ağa 
üçün ev tikmək qərarına gəlirlər. Amma dostlarından biri öz 
ikimərtəbəli evini ağaya bağışlayır. Hazırda həmin evdə ağanın 
övladları yaşayırlar.  
Mirhəşim ağa Salyanda hörmətli el ağsaqqallarından sayılan 
Məhəmməd Rza kişinin qızı Maytab xanımla evlənir. Maytab 
xanımdan ağanın 4 oğlu, 2 qızı olur. Böyük oğlu 24 yaşında, 
1948-ci ildə avtomobil qəzasında həlak olur. Onun digər 
oğlanları  seyid Abdulla və dördüncü övladı  seyid Mirdaməd 
ağa da vəfat etmişdir.  
Mirhəşim ağa dövrünün alimi sayılırdı. O, ruhanilik edib, 
ruzi qazanar, ailəsini dolandırardı. Ağa verilən nəzirlərin çox 
cüzi hissəsini götürər, qalanını öz sahibinə qaytararmış.  
Fağır seyid olduğuna görə, onu xalq arasında «Kasıblar 
ağası» adlandırırmışlar.  
Ağanın ikinci övladı  Mirsəfurə  Cəlilabad rayonunda ailə 
həyatı qurmuş, hal-hazırda orada yaşayır. Üçüncü övladı  seyid 
Mövsüm ali təhsilli baytar həkimidir.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
61
Ağanın dördüncü övladı  seyid Mirdaməd  (1934-1999) - uzun 
illər fəhlə, sonralar plastik kütlə emalı zavodunda ambardar işləmişdir. 
Mirdaməd ağanın 1 oğlu, 3 qızı var: Mirşahin, Mirmaytab, Yaqut, 
Rəxşəndə.  
Nəvəsi Mirabdulla babasının yolunu davam etdirir. Quranı (özü 
də babasına məxsus, hicri tarixi ilə 1351-ci ildə çap edilmiş Quranı) 
tam başa vurub.  
Ağa öz qızına anası Maytabın adını qoymuşdur. Hazırda Salyan 
rayonunda  Vaqif Hüseynovun ömür-gün yoldaşıdır. Vaqif müəllim 
həm ağsaqqal, həm də xeyriyyəçi bir adamdır. O, Kürqaraqşlı 
kəndindəki məscidi Mirhəşim ağanın adına inşa etdirib. Allah ondan 
razı olsun.  
Ağanın beşinci övladı  Mirsəfiyyə  tibb bacısı, sonbeşiyi  seyid 
Hüseyn Salyan rayonu 5 saylı SMD-də mühasib işləyir.  
Seyid Mirhəşim ağa çox mülayim, sadə  və insanların qəlbini 
oxşayan bir adam olub. Xalqının xeyir-şərində  təmənnasız iştirak 
edərdi. Dünyasını  dəyişənlərin kəfən-dəfnini ağa təmənnasız özü 
yerinə yetirərdi. 
1941-ci ilin dekabrında seyid Mirhəşim ağa xəstələnir və bir neçə 
gündən sonra rəhmətə gedir. Məzarı Salyan rayon qəbristanlığında 
müqəddəs ziyarətgah kimi anılır. Buraya hər gün ziyarətə onlarla 
adam gəlir.  
 
MİRHƏŞİM  АĞАNIN  NƏVƏSİ 
MİRŞАHIN  MİRDАMƏD  OĞLU 
 
-Babam Mirhəşim ağa elimizin, obamızın ağsaqqalı, 
rayonumuzun  ən hörmətli adamı idi. Camaatın pənah bilib sığındığı 
müqəddəs şəxsiyyət kimi hamının qəlbində bu gün də yaşayır. Onun 
adı hər evdə, hər ailədə and yeri, inanc məfhumu deməkdir. Təbiətən 
çox sakit, nurlu və mehriban bir adam olub. Danışırlar ki, adam 
onunla söhbət etməkdən doymurmuş. Bu nurlu insanın hər kəlamı 
məzmunlu imiş. Bütün ağalar hamımızın  əzizi və müqəddəsidir. 
Allah-təaladan babama rəhmət, xalqıma əmin-amanlıq diləyirəm.  
 
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
62
VАQİF  HÜSEYNOV 
Sаlyаn şəhər sаkini, xeyriyyəçi. 
 
Tarix həmişə dühalar yetirib. Onlar öz elmləri, 
qabiliyyətləri, kəşfləri ilə qaranlıqları  işıqlandırmış, insanlara 
düz yol göstərmişlər.  
Salyan diyarında da belə insanlar çox olmuşdur. Mirhəşim 
аğа, Molla Məhəmməd Səlyani, Molla Abdulhəsən, Molla 
Allahyar Cəngənli, Molla Əziz, Mirzə  Həşimxan,  Şeyx Səməd 
Rəbbani,  Şeyx Rüstəm,  Əbu  Ərəbqardaşbəyli, Hacı  Həkim 
Səməd Arbatani, Pirəbbə, Molla Ağabba, Molla Mirtərlan ağa, 
Mirəşrəf ağa və onlarca görkəmli din xadimlərimizin xidməti 
sayəsində Salyan rayonu müsəlman dünyasında «Darülmöminlər 
diyarı» kimi tanınır. Bu müqəddəs insanların hər birinin həyatı 
bu günkü gənclərimizə örnəkdir.  
Onların həyatlarının öyrənilməsi, təbliği dinimizə, 
islamımıza böyük köməkdir.  
Allah dünyadan köçən islam əhlinə rəhmət eləsin.  
 
HАCI  CАVАD  ƏLİYEV 
 
- Mənim valideynlərim son dərəcə dindar olmuşlar. Mən də 
o ruhda tərbiyə almışam. Özüm də namaz əhliyəm.  Şəriətimiz 
buyurur ki, böyüyü tanıyan Allah-təalanı tanıyar. O kəslər ki, 
düz yolda, Allah yolundadırlar, halala haram qatmırlar, onların 
ruzisi başlarından töküləcək. Bölgəmizin müqəddəs insanları 
Аğа Mirheydər ağa, Mirhəşim ağa, Mirəşrəf ağa və başqaları 
hələ 70-80 il bundan əvvəl haqq dünyasına qovuşsalar da, onlar 
onların 
əməlləri camaatın xatirəsindən silinməmiş, 
unudulmamışdır. Mən deyərdim ki, bundan böyük xoşbəxtlik 
yoxdur. Allah o nurlu seyidlərimizə rəhmət eləsin. 
 
 
 

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
63
AĞA  MİRHEYDƏR  AĞA 
 
Möminlər diyarı Salyanın görkəmli din xadimlərindən, 
alimlərindən biri də  Ağa Mirheydər ağadır. O, kasıb seyid 
olub. Salyanda ilk dini mədrəsəni də o açıb. Bu bölgənin əksər 
din xadimləri onun mədrəsəsində təhsil alıblar.  
Ağa Mirheydər ağanın 2 övladı olub: Rübabə  və seyid 
Mirkərim.  
Seyid Mirkərim ağa  Əli Bayramlıda yaşayıb və orada da 
rəhmətə gedib.  
Seyid Mirheydər ağanın Salyanın qədim qəbristanlığındakı 
müqəddəs məzarının üstünü Kərbəlayi Seyran Əbil oğlu 
götürtdürmüş, ziyarətgaha gedən yolu hörmətli  Əliağa 
Hüseynov  çəkdirmiş, qəbiristanlığın girəcəyindəki çardağı isə 
Akif Məmmədyarov düzəltdirmişdir.  
Bu gün Salyan camaatının böyük ziyarətgahlarından sayılan 
Аğa Mirheydər ağanın ocağına soy kökü imam Hüseyn 
əleyhissəlama bağlanan Hаcı seyid Mirəfsər ağa rəhbərlik edir.  
Hаcı seyid Mirəfsər ağa  1995-ci ildə  Kərbəla ziyarətində 
olub.  Oğlu seyid Rövşən  də atasının yolunu davam etdirir, 
ziyarətgaha gələnlərə dua edir.  
Allah köməkləri olsun. Amin! 
 
SEYİD  MİRƏŞRƏF  AĞA 
 
Salyan rayonunun daha bir siması  seyid Mirəşrəf ağa 
Mirəhməd oğlunun soy-kökü ikinci imamımız  İmam Həsənin 
nəslinə çatır. O, 1870-ci ildə Salyan şəhərində anadan olmuşdur.  
Ağazadə Mirəşrəf Mirəhməd oğlu o vaxt Nəcəfdə  təhsil 
alarkən ərəb qızı Minarə xanımla ailə həyatı qurmuşdur.  
Mirəşrəfin bir qardaşı da Ağa seyid Məhəmməd ağadır. Onu 
da xatırladaq ki, seyid Mirəşrəf ağanın qardaşı dövrünün 
tanınmış ziyalısı olmuşdur. Seyid Məhəmməd ağa hətta Salyan 
qubernatorluğunda mühüm vəzifədə işləmişdir.  

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
64
Ağa seyid Məhəmməd ağa 1917-ci ildə rəhmətə gedib. Şəhər 
qəbiristanlığında dəfn edilib. Qızı Mirzəhra, nəvəsi 
Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin