Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


  Fəsil 2. Maliyyə biznesində korporativ idarəetmənin müasir vəziyyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
quliyeva elnara

 


26 
Fəsil 2. Maliyyə biznesində korporativ idarəetmənin müasir vəziyyəti 
 2.1. Maliyyə biznesində korporativ hərəkətlər
Şirkətlər fəaliyyət göstərdikləri müddət ərzində səhmdarların (investorların) 
və digər maraqlı şəxslərin hüquqlarına təsir edə bilən qərarlar qəbul edir və 
tədbirlər həyata keçirirlər. Bunlara ümumilikdə korporativ hərəkətlər deyilir. 
Korporativ hərəkətlər hüquqi şəxslər tərəfindən fəaliyyətdə olduqları dövrdə 
həyata keçirilən, bu şəxslərin hüquqi şəxs kimi statusunu müəyyən edən, 
nizamnamə kapitalını və idarəetmə orqanlarını formalaşdıran, habelə digər 
şəxslərin onların nizamnamə kapitalında və idarəetmə orqanlarında iştirakı ilə bağlı 
tədbirləri nəzərdə tutur. 
Korporativ hərəkətlər məqsədindən asılı olaraq aşağıdakı kim təsnifatlaşdırılır: 
1. Hüquqi şəxsin təsis edilməsi (yaradılması), yenidən təşkili və ləğv edilməsi; 
2. Hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması və ləğv edilməsi; 
3. Nizamnamə kapitalının həcminin müəyyən edilməsi; 
4.Korporativ qiymətli kağızların emissiyası; 
5.Hüquqi şəxsin idarəetmə orqanlarının yaradılması; 
6.Hüquqi şəxsin idarəetmə orqanlarının iclaslarının çağırılması və keçirilməsi; 
7.Hüquqi şəxsin əqdlərinin razılaşdırılması; 
8. Hüquqi şəxsin sənədlərinin qəbul edilməsi; 
9.Hüquqi şəxs tərəfindən digər hüquqi şəxsin (hüquqi şəxslərin) paylarının əldə 
edilməsi; 
10. Hüquqi şəxsin təsərrüfat fəaliyyətinin nəticələrinin yekunlaşdırılması; 
11.Hüquqi şəxsin fəaliyyəti barədə məlumatın açıqlanması. 
İnvestorların (səhmdarların), digər maraqlı şəxslərin hüquqlarının təmin 
edilməsi baxımından korporativ hərəkətlər maksimal açıqlıq və şəffaflıq şəraitində 
həyata keçirilməlidir. 


27 
Qeyd edilən korporativ hərəkətlərin bir çoxu qanunvericilikdə öz əksini 
tapmışdır. Bununla belə, həmin hərəkətlərin həyata keçirilməsi təsərrüfat 
cəmiyyətlərinin fəaliyyətindən və digər xüsusiyyətlərindən asılıdır. Bu baxımdan 
bu hərəkətlərin dəqiq reqlamentasiyasını həyata keçirmək üçün tövsiyə xarakterli 
korporativ idarəetmə sənədlərinin (Məcəllə, Prinsiplər, Qaydalar və s) qəbul 
edilməsi zəruridir. 
Bu cür sənədlər korporativ hərəkətlərin qanunvericilik aktlarında nəzərdə 
tutulmayan aspektlərini əks etdirərək, təsərrüfat cəmiyyətinin fəaliyyətinə aydınlıq 
gətirir, səhmdarların hüquqlarının qorunması baxımından əlavə üsullar müəyyən 
edir. 
Korporativ hərəkətlərin yuxarıda qeyd edilən növləri bir-birindən fərqlənsə də, 
onları birləşdirən ümumi xüsusiyyətlər də mövcuddur. Belə ki, bu hərəkətlər 
aşkarlıq, hesabatlıq, maraqlar toqquşmasının qarşısının alınması, qanunvericiliyə 
riayət olunması şəraitində həyata keçirilməlidir. 
Hüquqi şəxsin təsis edilməsi (yaradılması), yenidən təşkili və ləğv edilməsi
Hüquqi şəxs- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından 
keçmiş, mülkiyyətində öz öhdəlikləri üçün cavabdeh olduğu ayrıca əmlakı olan, öz 
adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, 
vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan 
xüsusi yaradılmış qurumdur. 
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, 
həm də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər. 
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar: 
Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər 
kommersiya hüquqi şəxsləri sayılır. Qeyri-kommersiya hüquqi şəxsləri isə ictimai 
birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda yaradıla bilər. Bu 
növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və götürülən mənfəəti 
iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, xeyriyyə, mədəni, 
təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən 


28 
tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının ödənilməsi, insan 
hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlər üçün 
nəzərdə tutulur. 
QEYD: Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o 
hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya 
qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. 
Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri 
təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. 
Hüquqi şəxs bir şəxs tərəfindən yaradıldıqda hüquqi şəxsin yaradılması 
haqqında qərarın qəbul edilməsi ilə, iki və daha çox şəxsin iştirakı ilə yaradıldıqda 
isə təsis yığıncağının keçirilməsi və müqavilə imzalanması yolu ilə yaradılır.
Bu prosesə nizamnamə kapitalının ödənilməsi və nizamnamənin hazırlanması 
da daxildir. 
Hüquqi şəxsin yenidən təşkili bir neçə formada həyata keçirilə bilər: 
a) birləşmə, 
b) qoşulma, 
c) bölünmə,
d) ayrılma,
e) çevrilmə 
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya 
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə 
bilər. 
Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya 
tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili 
məhkəmənin qərarı ilə həyata keçirilir. 
Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan 
hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 


29 
Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil 
edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin 
hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən 
təşkil edilmiş sayılır. 
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri 
hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 
Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 
1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil 
edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə 
tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin 
əldə edilməsi ilə əlaqədar olaraq; 
2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə 
əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 
3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş 
fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya 
kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə 
məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda; 
4. müflis olma nəticəsində. 
Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri 
(iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğvetmə 
komissiyasını (təsviyəçini) təyin edir. Bu ləğvetmə komissiyası ləğv edilən hüquqi 
şəxsin adından məhkəmədə çıxış edir. 
Səhmdar cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək 
səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. 


30 
Kommersiya hüquqi şəxsin yaradılması prosesi biznesə başlama prosedurunun 
keyfiyyətinə təsir edən amillərdən biridir. Bu göstərici ölkədə sahibkarlığın inkişafı 
üçün yaradılan şəraiti xarakterizə etməyə kömək edir. 
"Doing Business 2010" hesabatına görə Azərbaycanda biznesə başlama 
prosedurlarının sayı, biznesə başlama vaxtı, biznesin bağlanması nəticəsində 
müflisləşmə hüquqi prosesinə sərf olunmuş məbləğin müəssisənin ümumi 
əmlakında payı kimi göstəricilər Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, İƏİT-ə 
üzv ölkələr ilə müqayisəli şəkildə aşağıdakı cədvəldə əks olunmuşdur. 
Cədvəl № 2 
"Doing Business 2010" hesabatında biznesə başlama prosedurlarının sayı 
Azərbaycanda 6 olaraq göstərilir ki, bu da Şərqi Avropa və Mərkəzi Asiya üzrə 
olan orta göstəricidən (6.7) daha pozitivdir, İqtisadi Əməkdaşlıq və İnkişaf 
Təşkilatına (İƏİT) üzv olan ölkələr üzrə orta göstəricidən isə (5.7) çox az fərqlənir. 
Biznesə başlama vaxtı Azərbaycanda 10 gündür ki, bu da həm Şərqi Avropa və 
Mərkəzi Asiya üzrə olan orta göstəricidən (17.4), həm də İƏİT ölkələri üzrə orta 
göstəricidən isə (13) daha yaxşıdır. 
Azərbaycan
Şərqi Avropa və 
Mərkəzi Asiya 
ölkələri 
İƏİT-ə üzv 
ölkələr üzrə 
orta göstərici 
Biznesə başlama 
prosedurlarının sayı 

6.7 
5.7 
Biznesə başlama vaxtı 
10 
17.4 
13 
Biznesin bağlanması 
nəticəsində müflisləşmə 
hüquqi prosesinə sərf olunmuş 
məbləğin müəssisənin ümumi 
əmlakında payı 
8% 
13.5% 
8.4% 


31 
Müflisləşmə prosesinin hüquqi cəhətdən tam yekunlaşması Azərbaycanda 2.7 
il, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 2.9 il, İƏİT ölkələrində isə 1.7 il 
uzanır. 
Biznesin bağlanması nəticəsində müflisləşmə hüquqi prosesinə müəssisənin 
ümumi əmlakının Azərbaycanda 8%-i, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 
13.5%-i, İƏİT ölkələrində isə 8.4%-i sərf olunur. 
Nizamnamə kapitalı: mahiyyəti və onun həcminin müəyyən edilməsi 
Nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür 
yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir. Nizamnamə kapitalı 
təşkilatın kapitalının ən sabit elementlərindəndir və onun dəyişdirilməsi müəyyən 
edilmiş qaydada qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. 
Eyni zamanda, təşkilatın öhdəliklərinin icrasının təminatı baxımından 
nizamnamə kapitalı onun nizamnaməsindən irəli gələn vəzifələrinin icrası üçün 
lazım olan vəsaitlərin formalaşma mənbəyidir. Nizamnamə kapitalı gələcəkdə gəlir 
əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır. 
Nizamnamə kapitalının formalaşması qaydası və şərtləri təşkilatın yaradılma 
məqsədi və onun təşkilati-hüquqi forması ilə əlaqəlidir. Müxtəlif təşkilati-hüquqi 
formalara malik təşkilatların nizamnamə kapitalının formalaşdırılması qaydaları 
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir. 
Hüquqi şəxsin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat 
verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Nizamnamə kapitalının 
miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş 
məbləğdən az olmamaq şərti ilə təsisçilər tərəfindən müəyyənləşdirilir. 
Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respblikası 
Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi 
haqqında" 224 nömrəli, 23 dekabr 2000-ci il tarixli Qərarı ilə səhmdar 
cəmiyyətinnizamnamə kapitalının minimum həddi - qapalı səhmdar cəmiyyəti 


32 
üçün 2000 AZN, açıq səhmdar cəmiyyəti üçün 4000 AZN məbləğində müəyyən 
edilmişdir. 
Nizamnamə kapitalı pul, yaxud qeyri pul formasında ola bilər. 
Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları 
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və təsisçilər arasında bağlanmış 
müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul 
vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak 
hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. 
Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis 
yığıncağının, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin 
səhmdarlarının ümumi yığıncağının qərarları ilə müəyyən edilir.
Təsərrüfat cəmiyyətinin nizamnamə kapitalının 3 funksiyasını qeyd etmək olar: 
1. İlkin kapital kimi çıxış edir; 
2. Təsisçilərin iştirak payını müəyyən edir; 
3. Üçüncü şəxslər qarşısında cəmiyyətin öhdəliklərinin icra edilməsinə təminat 
verir. 
Nizamnamə kapitalının istifadə istiqamətləri qanunvericiliklə müəyyən 
edilməyib. Yeganə tələb nizamnamə kapitalının təşkilatın mülkiyyəti ilə təmin 
olunmasıdır.(20, 
www.economy.gov.az


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin