52
Ola bilәr ki, yaradılıĢın mәrһәlәlәri ilә bağlı ayәlәrin
һamısı bizim baĢa düĢdüyümüz maddi göy vә Yerә aid
olmasın. Bir çox ayәlәrdә (Sәcdә, 4-5) göy vә Yerdәn
mәqsәdin mәnәvi, metafizik anlayıĢlar, üstün vә alçaq
dәrәcәlәr olması eһtimalı böyükdür. Bәzi tәfsirçilәr bu
eһtimala üstünlük vermiĢlәr.
4. Quranın, mövcud Tövratın, yunan filosoflarının vә
müasir (tәcrübi) elmlәrin yaradılıĢın mәrһәlәlәri ilә bağlı
irәli sürdüyü fikirlәri müqayisә etdikdә Quranın önә
çәkdiyi mәsәlәlәrin müasir elmin kәĢflәri ilә uyğun
gәldiyinin Ģaһidi oluruq. Halbuki Tövratın vә yunan
filosoflarının fikirlәrindә bu adekvatlıq görünmür. Bu,
Quranın әzәmәtinin, sәdaqәtinin göstәricisidir. Hansı ki,
һәr bir oxucunu heyrәtә salır.
Lakin bütün bunlar Quranın elmi ecazkarlığını sübuta
yetirmir. Çünki yaradılıĢın ümumilikdә altı mәrһәlәni
keçmәsi Qurandan öncә Tövratda da öz әksini tapmıĢdır.
Tәbii ki, o dönәmdә әrәblәr yәһudilәrlә birgә yaĢayırdılar
vә onlar (Tövratda verilәn bu bilgidәn) xәbәrdar idilәr
(Baxmayaraq ki, Quranda yeddinci gün — istiraһәt günü
qeyd olunmamıĢdır).
5. Quranda Yer vә göylәrin yaradılıĢı һaqqında ümumi
vә qısa mәlumat verilmiĢdir. Buna görә dә onu bu vә ya
digәr elmi nәzәriyyәlәrә qәti tәtbiq etmәk doğru olmazdı.
Lakin әgәr tüstüdәn mәqsәdin qaz-toz dumanlıqları
olmasını bir eһtimal
kimi önә çәksәk, bu daһa doğru olar.
6. Ayәtullaһ Mәkarim ġirazinin qeyd etdiyi mәrһәlәlәr
yaradılıĢın mәrһәlәlәrindәn söһbәt açan ayәlәrlә uyğun
gәlmir. Çünki onun öz nәzәrinә görә birinci vә ikinci
mәrһәlә göylәrin yaradılıĢına, üçüncü vә dördüncü
mәrһәlә Yerin yaradılıĢına, beĢinci vә altıncı mәrһәlә
Fussilәt surәsinin 10-cu ayәsindә göstәrildiyi kimi
53
dağların, mәdәnlәrin vә qida maddәlәrinin yaradılıĢına aid
olmuĢdur. Bu mәrһәlәlәrdә heyvanların vә insanın
yaradılıĢından söһbәt getmәmiĢdir. Halbuki o, altıncı
mәrһәlәni heyvanların vә insanın yaradılıĢı ilә bağlayır
1
.
Bu fikir Tövratda qeyd olunan mәrһәlәlәrә daһa uyğun
gәlir.
Dostları ilə paylaş: