226
hesab oluna bilmәz. Ġslamın bu göstәriĢi insanın instinktiv
meyllәrinin tәsdiqi olub bәlәdçilik mәqsәdi daĢıyır.
2. Quranın Ģәxsәn Peyğәmbәrә (s) ünvanlanan ― کثبیث
شِطف‖ göstәriĢi fәrdi hökmdür. Bu, bir çoxlarında ayәnin
digәrlәrinә aid olmadığı tәsәvvürünü yarada bilәr. Lakin
bu heç dә belә deyil. Çünki ayәni bir neçә yolla
ümumilәĢdirmәk olar.
Birinci: Әhzab surәsinin 21-ci ayәsindә (
Həqiqətən,
Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər
və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!) qeyd
olunduğu kimi Peyğәmbәr (s) hamıya örnәkdir. Demәli,
hamı ilk ayәdә Peyğәmbәrә (s) aid olunan hökmә әmәl
edәrәk ikinci ayәyә (Әhzab, 21) sadiq qalmalıdır.
Ġkinci: Ayәdә Peyğәmbәrә (s) müraciәt olunsa da
geyimin paklığının yalnız Peyğәmbәrә (s) aid ola bilәcәk
heç bir cәhәti yoxdur.
Üçüncü: Geyimin paklığı haqqında nәql olunan
rәvayәtlәr göstәrir ki, bu hökm yalnız Peyğәmbәrә (s) aid
deyil (fәrdi hökm deyil, ümumi hökmdür).
3. Ayә haqqında irәli sürülәn 6 ehtimaldan yalnız biri
geyimin pak olmasıdır. Buna görә dә qәti olaraq ayәnin
mәlum mövzuya aidiyyәtını iddia etmәk olmaz.
4. Namaz qılanın Ģәrtlәrindәn olan geyimin paklığının
gigiyenik faydaları bu hökmün yalnız spesifik sәbәbi ola
bilәr. Bunun tam sәbәb olduğunu hesab etmәk yanlıĢdır.
Ehtimal ki, bu hökmә sәbәb olan digәr mәnәvi, ictimai vә
s. amillәr dә mövcuddur.
Dostları ilə paylaş: