Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
113
140. Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini
(müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki,
ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.
141. Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları
müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və
narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü
haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!
142. Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur).
Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-
aşkar düşməninizdir.
143. (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və
bir cüt keçi. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı
(müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram
buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə
xəbər verin!"
144. (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki
erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları
haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada)
şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı
yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru
yola salmaz!
145. (Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü
heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən)
günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət
qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə,
Allah ona cəza verməz)". Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə
və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla,
onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə
cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!
147. Əgər onlar səni yalançı hesab etsələr, de: "Rəbbiniz böyük mərhəmət sahibidir.
Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!"
|