Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə109/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   105   106   107   108   109   110   111   112   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

115 



156. Biz onu sizin: "Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) 

nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik",- deməməyiniz.  

157. Və ya: "Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq", - 

söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət 

və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən 

daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis 

cəza ilə cazalandıracağıq!  

158. (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud 

da Rəbbinin bə’zi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) 

Rəbbinin bə’zi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya 

imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: 

"Gözləyin, doğrusu, biz də gözləyirik!"  

159. (Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir 

əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə 

etdiklərini bildirəcəkdir!  

160. Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş 

görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.  

161. (Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, 

batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"  

162. De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi 

Allah üçündür!  

163. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"  

164. De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? 

"Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını 

daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran 

məsələlər barəsində xəbər verəcəkdir.  

165. (Ey insanlar!) Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin 

edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, 

sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və 

şübhəsiz ki, (mö’minləri) bağışlayan, (onlara) rəhm edəndir!  

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin