arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
117
8. O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır
gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!
9. Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə
ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.
10. Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz
isə olduqca az şükür edənlərsiniz!
11. Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə
edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.
12. (Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə
buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu
isə palçıqdan yaratdın!" - dedi.
13. (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə)
təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!"
14. (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"
15. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"
16. (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın
üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə)
mane olacam!
17. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından
gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"
18. (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar
edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını
alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən
(cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə)
yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!"
20. Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək
məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız
və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!"
|