Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
109
104. Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim
görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ
etməkdir)
105. Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): "Sən
dərs almısan (bunları başqalarından öyrənmisən)", - desinlər və Biz də onu (Qur’anı)
bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət
və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, mö’minlər isə onları
təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
106. (Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qur’ana) tabe ol. (Sən yəqin bilirsən
ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!
107. Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi
qoymamışıq və sən onların vəkili də deyilsən!
108. Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və
ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə
öz əməllərini gözəl göstərdik. (Mö’minlərə Allah rizasına gördükləri işləri gözəl
göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin
hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!
109. (Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona
mütləq inanacaqlar. (Onlara) de: "Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin
imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə
(mö’cüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!"
110. Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qur’ana və ya göndərdiyimiz hər
hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində
şaşqın bir vəziyyətdə qoyarıq.
111. Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı
və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə,
onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
112. Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq.
Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən
çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları
uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
|