Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
106
76. Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" dedi.
(Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi.
77. (Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə:
"Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən
olardım", - söylədi.
78. (Daha sonra) doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" -
dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!
79. Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri
yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!"
80. Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: "Allah məni doğru
yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi
hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz
bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə
(Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81. Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik
qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən
qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət
əzabından) əmin olmağa daha layiqdir?
82. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola
yönəlmişlər də onlardır!
83. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi
dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
84. Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə)
çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu,
Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq
edənləri) belə mükafatlandırırıq.
85. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı
əməlisalehlərdən idi.
86. Biz, həmçinin İsmaili, Əlyəsə’i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları
aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.
|