Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
104
57. De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu
yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə)
deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd
edənlərin ən yaxşısıdır!"
58. De: "Əgər tə’cili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda
əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı
tanıyandır!"
59. Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və
quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin
zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın
kitabda (lövhi-məhfuzda) olmasın!
60. Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-
həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur.
Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib
yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər
barəsində xəbər verəcəkdir.
61. (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi
yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib
çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir
əyər-əskikliyə yol verməzlər!
62. Sonra insanlar Allahın - özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin
ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
63. (Ya Rəsulum!) De: "Gizlində (Allaha) dua edib:" Əgər bizi suyun və qurunun
zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq", - deyə yalvardığınız zaman
sizləri bunlardan xilas edən kimdir?"
64. De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan)
sonra siz yenə də (Ona) şərik qoşursunuz?"
65. De: "Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə
əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu
daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa
düşsünlər!
|