Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə99/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   95   96   97   98   99   100   101   102   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

105 



66. (Ya Rəsulum!) Sənin camaatın onu (Qur’anı), haqq olduğu halda, yalan hesab etdi. 

(Onlara) de: "Mən sizin vəkiliniz deyiləm!"  

67. Hər bir xəbərin (Qur’anda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir 

olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.  

68. (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə 

qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, 

xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.  

69. Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. 

Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun tə’sirilə) pis əməllərdən çəkinsinlər.  

70. Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) 

şəxsləri boşla getsinlər. (Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü 

həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi 

(havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə 

görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi 

həmim) və şiddətli əzab gözləyir!  

71. De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi 

tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən 

şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: 

"Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar! De: "Allahın hidayəti (islam dini) 

doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,  

72. Həmçinin: "Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!" 

(deyə buyurulmuşdur)".  

73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) 

dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm 

Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!  

74. (Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri 

tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"  

75. Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və 

gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə 

inananlardan olsun!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin