Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə97/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   93   94   95   96   97   98   99   100   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

103 



46. (Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi 

əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara 

bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz 

döndərirlər.  

47. De: "Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım 

tayfadan başqası həlak edilərmi?"  

48. Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. 

İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə 

görməzlər!  

49. Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!  

50. De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi 

bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe 

oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"  

51. Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur’anla) xəbərdar et. 

Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) 

pis əməllərdən çəkinsinlər!  

52. (Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri 

yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli 

yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.  

53. Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba, 

Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür 

edənləri daha yaxşı tanıyan deyildirmi?"  

54. Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz 

Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü 

Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə 

(Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!"  

55. Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.  

56. (Ya Rəsulum) De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə 

qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola 

biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin