Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
99
7. (Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri
ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir", -
deyərdilər.
8. Onlar dedilər: "Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını
təsdiq edən) bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş
bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün)
onlara bir an belə möhlət verilməzdi.
9. Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir
peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları
(göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri
şübhəyə salardıq.
10. Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin
məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.
11. (Ya Rəsulum!) De: "Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı
deyənlərin aqibəti necə oldu?"
12. De: "Göylərdə və yerlərdə olanlar kimindir?" De: "Allahındır!" O Öz- Özünə rəhmli
olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən
etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır.
Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
13. Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir,
biləndir.
14. (Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü
bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə
Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!"
(deyə buyuruldu).
15. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından
qorxaram".
16. O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə
açıq-aydın qurtuluşdur (uğurdur).
|