Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
96
onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi
aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq",- deyə Allaha and içərlər.
108. Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və
andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib
bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola
yönəltməz!
109. Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq:
"(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa də’vət etdiyiniz zaman) sizə nə cavab
verildi?" Onlar isə (təvazökarlıq edib): "Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri
(görünməyənləri) bilən ancaq Sənsən! - deyə cavab verəcəklər.
110. (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: "Ya
Məryəm oğlu İsa! Sənə və anana ne’mətimi yadına sal. O zaman səni müqəddəs ruhla
qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın.
Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən
Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim
iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir
və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-
aşkar mö’cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni
öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə
demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"
111. Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə
iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar
kəslər olmağımıza şahid ol!" - deyə cavab vermişdilər.
112. Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə
göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):" Əgər mö’minsinizsə,
Allahdan qorxun!" - demişdi.
113. (Həvarilər) demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin
bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi mö’cüzəsini görməklə sənin
peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq".
114. Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et
ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra
gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö’cüzə olsun. Bizə ruzi
ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"
|