Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə87/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   83   84   85   86   87   88   89   90   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

93 



80. Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör 

nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara 

qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!  

81. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) 

özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!  

82. (Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz 

xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların 

(mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı 

tutmalarına görədir.  

83. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin 

yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi 

(haqqa) şahid olanlarla bir yerə yaz!  

84. Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz 

halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!  

85. Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. 

Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!  

86. Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!  

87. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne’mətləri (özünüzə) haram 

etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!  

88. Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan 

qorxun!  

89. Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, 

sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə 

cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından 

on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. 

Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz 

andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). 

Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!  

90. Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan 

əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin