Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə83/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   79   80   81   82   83   84   85   86   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

89 



45. Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası 

göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər 

kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü 

örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq 

sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). 

Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!  

46. Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq 

göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, 

müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.  

47. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə 

hökm etməyənlər, əlbəttə, günahkarlardır.  

48. (Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi 

kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. 

Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et. Sənə gələn haqdan 

ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol 

tə’yin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin 

bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər 

görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü 

Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!  

49. O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin 

istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb 

yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu 

hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bə’zi günahlarına görə müsibətə düçar 

etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!  

50. Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir 

camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!  

51. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-

birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım 

tayfanı düz yola yönəltməz!  

52. Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və 

xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın 

məğlubiyyətindən) qorxuruq", - deyən görərsən. Amma, ola bilsin ki, Allah 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin