Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
88
36. Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və
onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də
onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!
37. Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi
əzaba düçar olanlardır!
38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ)
əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
39. Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə,
Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
40. (Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O,
istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
41. Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə):
"İnandıq", deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin
hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr
içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan
dəyişib təhrif edir və deyirlər: "Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu
qəbul edin. Əgər verilməsə, ondan qaçının". Allahın fitnəyə (azğınlığa) düşməsini
istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki,
Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə
isə böyük (dəhşətli) bir əzab gözləyir!
42. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında
hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə
bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!
43. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim
tə’yin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər?
Onlar iman gətirmiş (mö’min) kimsələr deyildirlər.
44. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim
olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan
qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar
(peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını)
şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun.
Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm
etməyənlər, əlbəttə, kafirdirlər!
|