Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
97
115. Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən
kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç
kəsə verməyəcəyim bir əzab verərəm!"
116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya
Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı
bilin!" - demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım
çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu
mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola
bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
117. Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də,
sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara
şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə
qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər
şeyə şahidsən!
118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən"
(İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni
həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)
119. Allah buyurdu: "Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri
fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi
qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (mö’minlər üçün) böyük
qurtuluşdur (uğurdur)!"
120. Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə
qadirdir!
|